Aqiyə Naxçıvanlı: “Ermənistan öz üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir”

“Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində Cənubi Qafqazda yaratdığı yeni reallıqların post-müharibə dövründə bütün region ölkələri və qonşu dövlətlər üçün yeni iqtisadi inkişaf perspektivləri açdığını bu gün artıq bütün dünya görür və təsdiq edir. O cümlədən bu reallıqlar zəminində Avropa ölkələrinin enerji təhlükəsizliyinin daha etibarlı formada həyata keçirilməsi üçün əlavə imkanlar yaranıb. Lakin bütün bu imkanların reallaşması üçün regionda dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olması lazımdır. Bu baxımdan da Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması hazırda regional təhlükəsizliyin təminatı üçün əsas şərt kimi çıxış edir.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Deputat iyunun 16-da işə başlamış “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun əsas müzakirə mövzularından birinin də Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatı məsələləri olduğunu qeyd edərək, bunları deyib: “Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycanın Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olması işinə verdiyi töhfələr bütün beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin haqlı mövqelərinə aşkar dəstək nümayiş etdirilir. Həmçinin qeyd etmək lazımdır ki, enerji təhlükəsizliyinin təminatı baxımından Cənubi Qafqazda dayanıqlı sabitliyin təmin edilməsində maraqlı olan Avropa Birliyi ölkələri də Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması yönümündə irəli sürdüyü 5 baza prinsipini birmənalı olaraq dəstəkləyirlər. Təqdirəlayiq haldır ki, artıq Ermənistan hökuməti də bu 5 prinsipi qəbul edib. Bununla belə, qarşı tərəf növbəti zəruri addımları atmağa hələ də tələsmir. IX Qlobal Bakı Forumunun açılış mərasimində etdiyi çıxışında Prezident İlham Əliyev bir daha bəyan etdi ki, sülh müqaviləsini şərtləndirən əsas müddəalardan biri də ölkələrin bir-birinin sərhədlərinə qarşılıqlı hörmət sərgiləməkdir. Azərbaycan hər bir işdə olduğu kimi, bu məsələdə də xoş məramını nümayiş etdirərək, sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiya yaradıb. Lakin nəyi gözlədiyi məlum olmayan Ermənistan hələ ki, bu istiqamətdə də müvafiq addım atmayıb. Halbuki Azərbaycanın irəli sürdüyü təkliflər Ermənistanın da maraqlarına tam cavab verir. Azərbaycanla münasibətləri normallaşdırmaq bu ölkəyə iqtisadiyyatını dirçəltmək üçün indiyədək heç zaman malik olmadığı fürsətə sahib olmaq şansı verə bilər”.
Daha sonra A.Naxçıvnlı qeyd edib ki, Bakı Forumunda kommunikasiyaların açılması ilə bağlı aparılan müzakirələr 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinə əməl etməsi ilə bağlı Ermənistana ünvanlanan bir çağırış kimi də qiymətləndirilə bilər: “Təbii ki, bu gün Cənubi Qafqazda gedən proseslərlə bağlı xüsusi diqqət mərkəzində saxlanılan məsələlərdən biri kommunikasiyaların açılması ilə əlaqədardır. Məlum olduğu kimi, 10 noyabr tarixli Moskva Bəyanatında əksini tapmış Zəngəzur dəhlizinin yaradılması təkcə Azərbaycanın deyil, bütövlükdə regionun maraqlarını əks etdirən bir məsələdir və buna görə də bu mövzu hazırda Cənubi Qafqazın siyasi gündəliyinin mühüm tərkib hissəsi kimi çıxış edir. Artıq hər kəs anlayır ki, bu layihənin reallaşması ilə həm regionda, həm də Asiyadan Avropaya doğru geniş bir məkanda tamamilə yeni siyasi-iqtisadi bir mənzərənin formalaşmasına başlanılacaq. Lakin təəssüflər olsun ki, Ermənistan 10 noyabr Bəyanatının bu müddəasını, yəni kommunikasiyaların açılmasını da hələ ki, əngəlləməyə çalışır. Bu isə, möhtərəm dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan üçün qətiyyən qəbuledilməzdir. Əgər bu gün həmin üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Azərbaycan Qarabağın ermənilər yaşayan hissəsindən Ermənistana keçidi təmin edirsə, artıq bir il yarımdır ki, ermənilər bu yollardan istifadə edirlərsə, o zaman bizim də Naxçıvana aparan yolun açılmasını tələb etmək qanuni haqqımızdır. Əlbəttə ki, Azərbaycan bu ədalətsizliyə uzun zaman göz yummayacaq. Yaxşı olardı ki, Ermənistan hələ ki, ona verilən imkanları düzgün qiymətləndirərək Azərbaycanla münasibətlərini normallaşdırmaq üçün lazımi addımları atsın. Bu, həm regional sülhün və təhlükəsizliyin təminatı, həm də Ermənistanın öz maraqları baxımından yeganə düzgün seçim ola bilər”, - deyə Aqiyə Naxçıvanlı öz fikirlərini tamamlayıb.
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq