AHİK sədri Səttar Möhbalıyev BƏT nümayəndəsini qəbul edib - FOTOLAR
sosial
Oxunub: 281 556
21 июн 2022 | 10:28
AHİK sədri Səttar Möhbalıyev BƏT nümayəndəsini qəbul edib - FOTOLAR


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə işgüzar səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Layiqli Əməyə Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə AHİK-lə BƏT arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıqdan bəhs olunub.

Öncə AHİK sədri işğal zamanı Ermənistanın Şərqi Zəngəzurda və Qarabağda törətdiyi vandal əməllərindən danışıb. Bildirib ki, uzun illər torpaqlarımız işğal altında qalsa da, buna etiraz olaraq əsas aparıcı beynəlxalq təşkilatlardan heç bir səs gəlmədi, ikili standartlardan çıxış etdilər: “Təbii ki, bu da bizdə təəssüf və təəccüb doğururdu. Artıq münaqişə başa çatıb. İşğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işləri aparılır, bir sıra layihələr yekunlaşıb. Yaxın gələcəkdə dövlətimiz tərəfindən sakinlərin öz yurdlarına qayıtması təmin ediləcək. Bütün bu işləri Azərbaycan özü həyata keçirir”.

Sonra S.Möhbalıyev “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” ilə bağlı Azərbaycan həmkarlar ittifaqları tərəfindən görülmüş işlər və həyata keçirilmiş layihələr barədə ətraflı məlumat verib.

AHİK sədri həmçinin BƏT-lə əməkdaşlıq çərçivəsində qarşıda duran vəzifələrdən və görüləcək işlərdən bəhs edib. Bildirib ki, hazırda iyun ayının sonlarında BƏT-in dəstəyi ilə “BƏT-in 105-ci Konvensiyası üzrə müzakirələrin yekunu ilə bağlı məlumat və 205 saylı tövsiyyələrin tətbiqi üzrə həmkarlar ittifaqlarının vəzifələri” mövzusunda 2 günlük seminara hazırlıqlar gedir. Ardınca regionları əhatə edən silsilə tədbirlərin keçirilməsi də planlaşdırılır.

S.Möhbalıyev yeni hazırlanacaq 2022-2026-cı illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramında qeyri-rəsmi məşğulluğun qarşısının alınması, məşğulluq xidmətlərinin çeşdinin və keyfiyyətinin yüksəldilməsi, sosial təminat sistemində ünvanlılıq və şəffaflığın tam təmin olunması, özünəməşğulluq proqramının genişləndirilməsi istiqamətində islahatların aparılması, sosial dialoqun inkişaf etdirilməsi kimi məsələlərin qeyd olunmasının vacibliyini diqqətə çatdırıb.

AHİK sədri həm ölkə proqramında nəzərdə tutulan məsələlərin, həm də BƏT-in Konvensiya və Tövsiyələrinin ölkə ərazisində tətbiqində, monitorinqlərin həyata keçirilməsində, metodiki vəsaitlərin hazırlanmasında BƏT-in texniki dəstək göstərəcəyinə ümidvar olduğunu bildirib.
Səmimi qəbula görə təşəkkür edən O.Kulayeva Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, burada iştirak etdiyi tədbirləri, keçirdiyi görüşləri məhsuldar və səmərəli hesab edib.

BƏT nümayəndəsi həmçinin AHİK sədri tərəfindən irəli sürülən təkliflərin önəminə diqqət çəkib və bunların nəzərə alınacağını bildirib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib, ətraflı fikir mübadiləsi aparılıb.


AHİK sədri Səttar Möhbalıyev BƏT nümayəndəsini qəbul edib - FOTOLARAHİK sədri Səttar Möhbalıyev BƏT nümayəndəsini qəbul edib - FOTOLARAHİK sədri Səttar Möhbalıyev BƏT nümayəndəsini qəbul edib - FOTOLARAHİK sədri Səttar Möhbalıyev BƏT nümayəndəsini qəbul edib - FOTOLARAHİK sədri Səttar Möhbalıyev BƏT nümayəndəsini qəbul edib - FOTOLAR
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq