Səttar Möhbalıyev: “Ulu Öndərin hər zaman ilham mənbəyi Azərbaycan xalqı olub”

“Bu gün hər bir uğuruna qürurlandığımız, fərəhləndiyimiz ölkəmizi ötən əsrin 90-cı illərinin Azərbaycanı ilə müqayisə etdikdə Ulu Öndər Heydər Əliyevin xalqımızın və dövlətimizin həyatında nə qədər böyük işlər gördüyünü bir daha xatırlamalı oluruq. Onun kimliyini, fenomenliyini, dahiliyini, səriştəsini, siyasi bacarığını təməlini qoyduğu işlərin nəticəsini yaşadıqca dərindən dərk edirik. Həmin vaxt - 1993-cü ildə baş verən hadisələr, xalqımızın və dövlətimizin ağır taleyi və bundan xilas yolunun tapılması, duzgün qərarın qəbul olunması ən vacib məsələ idi. Bu taleyüklü seçimi xalqımız heç kimin ixtiyarına buraxmadı, son sözü özü dedi - Heydər Əliyev. Və hadisələrin sonrakı gedişi Azərbaycan xalqının müdrikliyini bir daha ortaya qoymuş oldu. Təbii ki, xalqın bu istəyinin qarşısında heç bir qüvvə duruş gətirə bilməzdi. Həmin vaxt bugünkü qüdrətli Azərbaycan məhv olmaq təhlükəsi qarşısında idi, bu, reallıq idi ki, ölkə parçalanırdı. Dərin siyasi böhran, anarxiya, xaos, vətəndaş müharibəsi təhlükəsi, qarşıdurma, cəbhədə məğlubiyyətlər, əhalinin sosial vəziyyətinin ağırlığı, iqtisadi böhran və daha nələr. Bütün bu işlərin öhdəsindən yalnız bir insan gəldi - Heydər Əliyev.
Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“İlk gündən - 1993-cü ilin 15 iyun tarixindən Ulu Öndərin xilaskarlıq missiyası başladı. Nə komandası var idi, nə də silahı. Xalqına və dövlətinə olan sonsuz sevgisi, xalqın ona olan inamı və etimadı bütün bu işləri görməkdə ona kömək oldu. Baş verən xoşagəlməz hadisələrin hər birinin fərqli xarakterləri var idi və bunların aradan qaldırılması cəsarət, siyasi iradə, qətiyyət, təmkin, dözüm, səbr tələb edirdi. Ulu Öndərin bu keyfiyyətlərə sahib olması xalqımızı yaşanan ağır vəziyyətdən xilas etdi. Mən bu məsələyə əvvəllər də toxunmuşam, özbaşnalıq edən qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi, ölkədə sabitliyin bərqərar edilməsi böyük tarixi missiya idi. Heydər Əliyev bunu heç bir itkisiz, böyük ustalıqla, dahiyanə tərzi ilə bacardı və ölkədə sabitliyə nail oldu. O, qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. Hər zaman milli maraqlara əsaslanırdı, tarixi şəraitdən düzgün nəticə çıxarırdı, zaman və məkan amilini dəqiq qiymətləndirirdi. Heydər Əliyev demokratik insan idi, aşkarlıq prinsipinə daim üstünlük verdi. Həmin vaxt məhz onun təşəbbüsü ilə Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına ötürülürdü, vəziyyət olduğu kimi xalqa çatdırılırdı. 1993-cü il iyunun 24-də Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi ədalətin və milli iradənin birbaşa qələbəsi idi. Bu artıq bütün hadisələrin dövlətin nəzarəti altına keçməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. Ulu Öndər Ali Sovetə rəhbərlik etdiyi dövrdə ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi, Konstitusiya və müxtəlif hüquqi sənədlər zamanın tələblərinə uyğunlaşdırıldı”, - AHİK sədri bildirib.
“Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Qeyd etdiyim bütün bu məsələləri Heydər Əliyev dühası təkbaşına, xalqdan ilhamlanaraq yerinə yetirdi. Əminliklə ifadə edə bilərik ki, Ulu Öndərin ideyaları hər zaman yaşayacaq. Onun nəticələri bu gün ortadadır. Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin peşəkar idarəçilik məharəti sayəsində ölkəmizin bütün sahələrində sürətli inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və ən əsası 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Biz Azərbaycanın son illərdə qazandığı nailiyyətləri saymaqla qurtara bilmərik. Ümumiləşdirib onu deyə bilərəm ki, Azərbaycan minilliklərə söykənən tarixinin ən şanlı və şərəfli dövrünü yaşayır”, - Milli Məclisin deputatı deyib.
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq