Səttar Möhbalıyev: “Azərbaycanda sarsılmaz xalq-ordu birliyi mövcuddur”

“Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı hər zaman dillər əzbəri olacaq. Onlar böyük bir missiyanı uğurla sona çatdırmaqla tarixin gedişini dəyişdilər, münaqişənin həlli ilə bağlı saxta proqnozları və yalançı fikirləri alt-üst etdilər. Dünyanın 30 ilə yaxın bir müddətdə müzakirə və təhlil etdiyi münaqişəyə cəmi 44 günə nöqtə qoyuldu, Azərbaycanın şanlı tarixinin ən böyük sərkərdələrindən olan cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” ifadəsi reallığa çevrildi. Bu əmrin icrası üçün Silahlı Qüvvələrimizin qarşısında heç bir qüvvənin davam gətirə bilməyəcəyini döyüş meydanında, özlərinin canı və qanı bahasına sübut etdilər. Xatırlayırsınızsa, müharibənin gedişi zamanı və ondan sonra dünya mətbuatında, analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası geniş təhlil olunur və yüksək qiymətləndirilirdi. Hazırda bu taktika dünyanın hərb tarixində yenilik hesab olunur və dərsliklərə salınır. Bu, bir daha onu göstərir ki, Azərbaycan əsgəri adını tarixin səhifələrinə qızıl hərflərlə yazmaqla gələcək nəsillərə böyük bir qəhrəmanlıq məktəbini miras qoyub. Həm düşmənlərə, həm də gələcək nəsillərə göstərdilər ki, Vətənimizə xain baxışların, çirkin niyyətlərin cavabı necə olur”.
Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Fəxarətlə deyə bilərik ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır və Ordumuzun daha da gücləndirilməsi istiqamətində cənab Prezident tərəfindən əhəmiyyətli addımlar atılmaqdadır. Maddi-texniki təchizat mütəmadi olaraq yenilənir, müasir infrastruktur yaradılır, islahatlar aparılır. Davamlı olaraq formalaşan və inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur, silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanır. Həmçinin döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə mütəmadi olaraq hərbi təlimlər keçirilir. Daha uğurlu bir addım isə Prezidentin tapşırığı ilə yeni təyinatlı Komando Briqadasının yaradılmasıdır ki, yenilməz Ordumuzun gücünə yeni bir güc qatır və potensialını yüksəldir”, - AHİK sədri bildirib.
“Dövlətimiz hər zaman hərbi qulluqçulara xüsusi diqqət və qayğı ilə yanaşır, onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Həmçinin müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin təşəbbüsü ilə tarixi Zəfər münasibətilə orden və medalların təsis olunması qəhrəman hərbçilərimizə göstərilən ali diqqətinin təzahürüdür. Bu gün ölkəmizdə xalq-ordu birliyi ən yüksək səviyyədədir. Vətən müharibəsində xalqımızın hər bir nümayəndəsinin qəlbi əsgərlərimizlə bir döyündü. Məhz bu birlik qəhrəman hərbçilərimizə yeni ruh verdi, onları qələbəyə köklədi. Sarsılmaz gücə sahib bu birlik gələcək uğurlarımızın da əsas təminatçısıdır. Xalqımızın Silahlı Qüvvələr Gününə olan münasibəti, bu əlamətdar günü böyük sevinc və coşqu ilə qeyd etməsi dediklərimizin sübutudur”, - Milli Məclisin deputatı əlavə edib.
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq