Kamaləddin Qafarov: “Bu səfər münasibətlərin daha da yaxşılaşmasına kömək edəcək”

“ Azərbaycanın digər türkdilli ölkələrlə münasibətlərinin Türkiyə səviyyəsinə yüksəldilməsində ciddi marağı var. Dil, mədəniyyət və din birliyinin olması, tarixi genetik ortaqlıq bu münasibətlərin yaxşılaşmasını indiki dönəmdə daha da aktual edir. Müasir qlobal proseslər, dünyada gedən siyasi kataklizmlər və böhran göstərir ki, belə birliyin olmadığı coğrafiyada inkişaf etmək, dayanıqlı sülhə nail olmaq çox çətin olacadır. Bu baxımdan Prezident İlham Əliyevin Özbəkistana səfəri həm ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcək, həm də Türk dövlətləri birliyi təşkilatının daha da inkişafina səbəb olacaqdır”.
Bu sözləri millət vəkili Kamaləddin Qafarov Prezident İlham Əliyevin Özbəkistana səfərini mətbuata şərh edərkən deyib.
Milli Məclis deputatı vurğulamışdır ki, Daşkənddə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Meydanın açılışında iştirak edən Prezident geniş nitq söyləmiş, Azərbaycan-Özbəkistan əlaqələrinin dərin köklərə, tarixi zərurətə əsaslandığını qeyd etmişdir. “Cənab Prezident Ulu Öndərin bu əlaqələrə böyük önəm verdiyini xatırladaraq daim Özbəkistanın keçmiş rəhbərləri ilə dostluq münasibətləri saxladığını bildirmidir. Böyük tarixi şəxsiyyət olan Heydər Əliyev bu dostluq münasibətlərinin, qarşılıqlı əlaqələrin yaxın gələcəkdə strateji səviyyəyə qaldırılması zərurətini bilirdi və bu yöndə işlərin inkişafını tövsiyə edirdi. Geniş tərkibli görüş zamanı Prezident İlham Əliyev öz çıxışında əlaqələrin intensivləşdirilməsi, bütün sahələrdə- iqtisadi, siyasi, mədəni, kommunikasiya və rabitə sahələrində əlaqələrin yaxşılaşdırılmasının hər iki tərəfin marağında olmasını bildirmiş, bunun gələcək tərəqqi üçün zəruri olduğunu qeyd etmişdir”.
Millət vəkili bildirmişdır ki, səfərin diqqətçəkən məqamı bu səfərin 25 il əvvəl Ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin tarixi ilə eyni vaxta düşməsidir. Bu mənada cənab Prezidentin özbəkistanlı həmkarı Şövkət Mirziyayevlə keçmişdə imzalanan sənədlərin yeni reallıqlara uyğunlaşdırılması kontekstində müzakirə aparması proseslərə yeni yanaşmanın təzahürüdür. İki dövlət başçısının imzaladığı 19 sənəd bir sıra sahələri əhatə edəcəkdir. İlk növbədə, iqtisadi əlaqələrin daha yüksək səviyyəyə qaldırılması, idxal-ixrac balansının tənzimlənməsi, kommunikasiyaların davamlı səviyyədə inkişaf etdirilməsi, Türk Dövlətləri Birliyinin möhkəmləndirilməsi sənədlərdə öz əksini tapmışdır. Regional təhlükəsizliyin qorunması, hərbi sahədə əməkdaşlığın genişləndirilməsi də gündəmdə olan məsələlərdən biridir. Cənab Prezidentin səfərin nəticələrinə dair Bəyanatı bunu deməyə əsas verir ki, Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarında sülhə və sabitliyə nail olmaq üçün ölkələrimiz arasında münasibətlər daha da möhkəmlənəcək, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaq. Bunun əsası liderlərin siyasi iradəsi, eləcə də iqtisadi zəminlərdir.
Millət vəkili sonda qeyd etmişdir ki, Daşkənddə ikili əlaqələrin ən müxtəlif tərəflərini əhatə edən investisiya sazişləri və ticarət müqavilələri paketi imzalansa da, bu səfər, Bəyannamədən də göründüyü kimi, müdafiə və təhlükəsizlik sahəsində dərin əməkdaşlığın özülünün qoyulmasıyla daha çox diqqəti cəlb etdi.” Təbii ki, bu istiqamətlərdə inkişafa nail olmaq həm də digər türkdilli ölkələrin, eləcə də Türk Dövlətləri Birliyi təşkilatının də inkişafına, münasibətlərin daha yüksək səviyyədə qurulmasına xidmət edəcəkdir”.
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq