Azərbaycan müharibəyə hazırlaşır – Paşinyan
dunya
Oxunub: 273 737
28 июн 2022 | 09:14
Azərbaycan müharibəyə hazırlaşır – Paşinyan


Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsi haqda rəy yaratmaqla Azərbaycan yeni müharibəyə legitimlik qazandırmağa çalışır.

Axar.az xəbər verir ki, belə bir iddianı Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü onlayn mətbuat konfransında səsləndirib.

Baş nazir delimitasiya və demarkasiya komissiyasının iclasının keçirilməsi ilə bağlı ilkin razılığın əldə edildiyi iki halı qeyd edib. Hər iki dəfə Bakı ya imtina etdi, ya da təxirə salınmasını tələb edib:

“Eyni hal nəqliyyat kommunikasiyası ilə bağlıdır: Azərbaycan elə bir görüntü yaradır ki, Ermənistan üştərəfli bəyanatı pozur və nəqliyyat kommunikasiyalarının açılmasına qarşı gedir”.

Paşinyan iddia edib ki, əslində reallıq başqadır: Bakı 30 ildir Ermənistanın blokada siyasətini aparıb və bunun hazırda effektli hesab edir, ona görə də kommunikasiyaların açılmasını ləngidir.

O bildirib ki, İrəvan kommunikasiyaların açılmasında maraqlıdır, çünki bu halda İran və Rusiya ilə dəmiryol əlaqəsi qurulacaq, həmçinin, Mehri-Arazdəyən istiqamətində Ermənistan alternativ yol əldə edəcək.

Qeyd edək ki, Paşinyan tamamilə yalan danışır. Məsələ budur ki, delimitasiya və demarkasiyanın hansı xəritələrlə aparılması barədə Ermənistan mövqeyini tez-tez dəyişir: gah anklavların “hər iki ölkədə” qalmasını istəyir, gah isə 1986-87-ci illərdə otlaq sahəsi kimi Ermənistana icarəyə verilən torpaqları geri qaytarılmamağa çalışır.

Digər tərəfdən, Ermənistan Azərbaycanın ərazi bütövlüyü məsələsində də manipulyasiya edir. Nikol Paşinyan “Azərbaycanın ərazi bütövlüyünün Qarabağa dəxli yoxdur” kimi absurd, riyakar və həyasız bəyanat verməkdən çəkinmir.

Üstəlik, Azərbaycan Prezidenti İlham Əliyev rəsmən elan etdi ki, 10 noyabr 2020-ci il bəyanatı ərəfəsində şifahi razılıq əldə olunub və Ermənistan “dqr”, “status” adı çəkməyəcəyinə söz verib.

Ancaq N.Paşinyan məhz bu müsahibəsində belə “Azərbaycan Ermənistana və Qarabağa qarşı müharibəyə hazırlaşır” kimi ifadə ilə həyasızcasına yenə də Qarabağdakı rus sülhməramlılarının nəzarəti altında olan ərazilərdən “ayrıca qurum” kimi danışmağa səy göstərir.

Onun Lavrovun əleyhinə çıxması isə onu göstərir ki, Paşinyan yeni oyunu yenə Avropanın bəzi dövlətlərinin sifarişi ilə oynamaq istəyir.
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq