DİQQƏTLİ OLUN! “Ovçular Ət Və Ət Məhsulları” MMC Haramçılıqla Məşğuldur –Kolbasaların Tərkibindən Xəbəriniz Var?
gundem / sosial
Oxunub: 707 757
29 июн 2022 | 11:22
DİQQƏTLİ OLUN! “Ovçular Ət Və Ət Məhsulları” MMC Haramçılıqla Məşğuldur –Kolbasaların Tərkibindən Xəbəriniz Var?


Qida Təhlükəsizliyi Agentliyi müxtəlif istehsalat müəssisələrində yoxlamalar aparır. Sosial şəbəkələrdə və bəzi KİV-lərdə gedən xəbərlərə görə, qurumun “Ovçular” və “Ovqat” kolbasa şirkətlərini araşdırmasının da zamanı gəlib. Media üzərindən yayılan xəbərlərə istinadən bildiririk ki, ölmüş heyvan ətlərindən, kartondan, halal adı ilə satışa çıxarılan kolbasalara isə donuz əti qatmaqla insanların həm sağlamlıqlarına həm də dini inanclarına zərbə vururlar. Xəbəral.az bu şirkətlərin Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırılmasının zərurliyini yazmışdı. Bir müddət əvvəl də “halal” sözü yazılmış “Ovçular” kolbasasından donuz piyi çıxmışdı. Çox keçmir ki, Bakıdakı mağazaların birində “Ovçular” şirkətinə aid iylənmiş, üfunət qoxulu kiflənmiş kolbasa aşkarlanır. İki il əvvəl isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aparılan yoxlama zamanı müəssisə tərəfindən istehsal olunan “Krakovskaya” yarımhisə verilmiş kolbasanın markalanmasının normativ sənədlərin tələblərinə cavab vermədiyini müəyyən edilmişdi. Ötən il isə “Ovçular” saxlama müddəti ötmüş Almaniya istehsalı olan “Sorbat R” adlı qılaftəmizləyicidən istifadə etməkdə ittiham olunmuşdu. Şirkətin harda yerləşməsi haqda video görüntülər də müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə şübhələr yaradır. Yutubda yerləşdirilən görüntülərdən aydın olur ki, “NZS” qəsəbəsində, həyət evlərinin arasında məskunlaşan “Ovçular” göz önündən gizlənməyə çalışıb. Media üzərindən yayılan xəbərlərə istinadən bildiririk ki, “Ovqat” kolbasaları haqda da məlumatlar ürəkaçan deyil. Deyilənlərə görə, “Ovqat” şirkətinin məhsullarının markalanması da normativ sənədlərin tələbinə cavab vermir. Bildirilir ki, şirkətin istehsal etdiyi məhsullar bir sıra onkoloji xəstəliklərə yol açır. Düzdür, bu şirkət bazarın müvafiq seqmentində müəyyən qədər də olsa ad qazansa da, keyfiyyət parametrlərinə diqqət yetirməkdə maraqlı görünmür. Kolbasa və delikoteslərin hazırlanmasında istifadə edilən xammalın təhlükəsizlik sertifikatı yoxdur. Ətin, inqridiyentlərin keyfiyyəti, hansı ölkədən idxal edildikləri məlum deyil. Deyilənlərə görə, hazırda ölkədə mal ətinin qiyməti baha olduğundan Anar Rzayevin rəhbəri olduğu “Ovqat” şirkəti kolbasa və sosiskaların istehsal prosesində mənşəyi məlum olmayan ətlərdən istifadə etməyə üstünlük verir. Elə buna görə də “Ovqat”ın istehsal etdiyi məhsulların üzərində məmulatın tərkibində konkret nə qədər ət və yaxud ədviyyat olduğu barədə yetərli bilgi yoxdur. Təkcə o yazılır ki, kolbasanın tərkibi mal, yaxud qoyun ətindəndir və hansı ədviyyat məhsulları vurulub. Bu gün mal ətinin 1 kiloqramı 8,5-9 manat arasında dəyişdiyi halda, bazarda “Ovqat” şirkətinin istehsal etdiyi kolbasa və sosiskaları həddən artıq ucuz qiymətə tapmaq mümkündür. Burada hər hansı qərəz yoxdur, məqsəd ölkədə xalqa hansı kolbasa-sosiska məhsulları yedirildiyini aydınlaşdırmaqdır. İnanmaq istəyirik ki, internet resurslarında “Ovqat” və “Ovçular” haqda yer alan iddialar da həqiqətdən uzaqdır.

Ayrı-ayrı saytlarda yayılmış bu iddialarla bağlı hər iki şirkətin mövqeyini işıqlandıra bilərik. (7NEWS.az)
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq