Ramin Qasımov: Bu dövlət bizlərə Ümummilli Lider Heydər Əliyevin əmanətidir

Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramin Qasımov - Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Ümummilli Lider Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasına, 1993-cu ilin iyunundan 2003-cü il oktyabrınadək müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmişdir. Ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizi geridə qalmış respubilkadan çiçəklənən, inkişaf edən bir diyara çevirmişdir. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.
Ümummilli Lider Heydər Əliyev birinci hakimiyyəti dövründə respublikanın rəhbəri kimi parlamentin gücündən məharətlə istifadə edərək xalqın milli-mənəvi sərvətlərinin qorunub saxlanması və inkişafı üçün hüquqi bazanı addım-addım genişləndirirdi. 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycan parlamenti respublikada Heydər Əliyevin rəhbərliyi ilə aparılan böyük quruculuq işlərinin hüquqi bazasının yaradılmasına mühüm töhfələr verdi. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1982-ci ildə Azərbaycan artıq Ümumittifaq miqyasında qabaqcıl yerlərdə dayanırdı.
Ümummilli Liderin ikinci dəfə hakimiyyətə gəlişi də xalqın çox ağır bir vaxtına təsadüf etdi. Ancaq əslində bu bir təsadüf deyildi. Çünki Ümummilli Liderin hakimiyyətədə olmadığı müddətdə xalqın başına gətirilən bəlalar hakimiyyət uğrunda mübarizə aparanların çirkin niyyətlərinin təzahürü idi. Xüsusən də 1992-ci ilin may ayında silahlı yolla hakimiyyətə gələn AXC-Müsavat iqtidarının siyasi səriştəsizliyi, qətiyyətsizliyi Azərbaycan dövlətçiliyinə ciddi təhlükəyə çevrilən neqativ meyillərin baş qaldırmasına – siyasi mübarizədə qanunsuz silahlı birləşmələrdən istifadəyə, etnik separatizmə, vətəndaş itaətsizliyinə gətirib çıxarmışdı. Ancaq Ümummilli Liderin hakimiyyətə gəlişindən sonra Azərbaycan xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtuldu, sabitliyə, əmin-amanlığa qovuşdu. Ümummilli Liderə görə xalq öz müstəqilliyini qorumaq, gələcəyini qurmaq istəyirsə, milli-mənəvi dəyərlərinə söykənməlidir. Milli-mənəvi dəyərlərinə hörmət etməyən, bir millət olaraq öz varlığını ifadə edə bilməyən xalqın müstəqil dövləti uzun zaman yaşaya bilməz. Hər ötən gün bizə onun necə uzaqgörən bir insan olduğunu, Azərbaycanın qarşıdakı onilliklər boyu yüksəliş yolunu necə zərgər dəqiqliyi ilə müəyyənləşdirdiyini bir daha təsdiqləyir.

Bu gün də Ümummilli Lider Heydər Əliyevin siyasəti onun layiqli davamçısı olan cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab İlham Əliyevin 19 illik fəaliyyətinin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Əgər vaxtilə bəzi beynəlxalq təşkilatlar işğalla bağlı qəbul edilmiş sənədlərdə işğalçının kim olduğunu göstərmək istəmirdilərsə bu gün bütün dünya Azərbaycan dövlətinin qalib dövlət, xalqımızın isə qürurlu, məğrur, yenilməz xalq olduğu reallığını görür və qəbul edir. Bu qələbənin mühüm tərəfi Prezident İlham Əliyevin 44 gün ərzində nümayiş etdirdiyi yüksək qətiyyət və beynəlxalq təzyiqlərə sinə gərməsi oldu. Bu qələbə ilə Azərbaycan bütün dünyada erməni yalanlarını darmadağın etdi.
Bir xalq olaraq bundan sonra da cənab Prezidentin ətrafında sıx birləşməklə bütün gələcək uğurlarımıza şahidlik edəcəyik. Bu gün hər bir Azərbaycan vətəndaşı möhtərəm Prezidentimizlə fəxr edir, belə güclü, qüdrətli dövlətin, yenilməz xalqın nümayəndəsi olmağı ilə qürur duyur. Çünki bu dövlət bizlərə Ümummilli Lider Heydər Əliyevin əmanətidir.

Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq