Səttar Möhbalıyev: “Dövlətimiz və onun rəhbəri hər zaman öz xalqının yanındadır”
sosial
Oxunub: 291 326
26 июл 2022 | 10:27
Səttar Möhbalıyev: “Dövlətimiz və onun rəhbəri hər zaman öz xalqının yanındadır”


“Dövlətimizin başçısı cənab İlham Əliyev hər dəfə rayon icra hakimiyyətlərinin başçılarını vəzifəyə təyin edərkən onları qəbul edir, müvafiq göstərişlərini və tövsiyələrini verir. Prezidentin tapşırıqları içərsində vətəndaş amili ön planda dayanır. Xalqın arasında olmaq, onlarla söhbətlər aparmaq, problemlərini öyrənmək, onun aradan qaldırılması istiqamətində addımlar atmaq, vətəndaş məmnunluğunu təmin etmək kimi məsələləri Prezident onların qarşısında ən ali vəzifə kimi qoyur. Hər dəfə biz şahid oluruq ki, Prezident regionlara səfər edərkən sakinlərlə görüşür, onlarla söhbətləşir, qayğıları ilə maraqlanır, üzləşdikləri problemləri şəxsən onların dilindən dinləyir və qaldırılan məsələlərin həlli üçün göstərişlər verir. Bu, onu bir daha təsdiqləyir ki, dövlətimiz və onun rəhbəri hər zaman öz xalqının yanındadır, onun sosial vəziyyətinin daha da yaxşılaşdırılması, rifah halının yüksəldilməsi naminə durmadan çalışır”.

Bu fikirləri KİV-yə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“İyulun 25-də Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarına təyin etdiyi icra hakimiyyəti başçılarını qəbul edərkən regionlarda görülən işlər barədə ətraflı məlumat verdi. Məlumdur ki, ölkəmizdə regionların sosial-iqtisadi inkişafı istiqamətində işlər sürətlə və uğurla davam etdirilir. Qeyri-neft/qaz sahəsinin ardıcıl olaraq inkişafı, kommunal xidmətlərin keyfiyyət göstəricilərinin artırılması, iri sosial infrastruktur layihələrinin icrası effektli şəkildə təmin edilir, yeni müəssisələr və iş yerləri açılır. Bu da regionlarda sakinlərin məşğulluğunun artırılmasına, sosial vəziyyətinin yaxşılaşdırılmasına gətirib çıxarır. İnfrastruktur obyektlərinin açılışında, təməlqoyma mərasimlərində cənab Prezident şəxsən özü iştirak edir, istehsal müəssisələri ilə tanış olur, ictimaiyyət nümayəndələri və sahibkarlarla görüşlər keçirir. Görürük ki, işğaldan azad edilmiş ərazilərimizlə paralel olaraq digər regionlarımızda da nəzərdə tutulan proqram və layihələr uğurla icra olunmaqdadır, - deputat bildirib.

S.Möhbalıyev Prezidentin qəbul zamanı regionların inkişafına dair uğurla icra edilən Dövlət Proqramları ilə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib. Qeyd edib ki, bölgələrin inkişafında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir: “Uğurla icra edilən I Dövlət Proqramı Azərbaycanın müxtəlif bölgələrində hərtərəfli inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirdi. Bu proqramlar çərçivəsində 3 mindən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla həyata keçirilir, görülən işlər də göz qabağındadır”.

“Dövlətimizin başçısı qəbul zamanı icra hakimiyyətinin başçılarına şəhid ailələrinə, qazilərə xüsusi diqqət göstərilməsinin vacibliyinə toxundu. Bilirsiniz ki, həm Birinci Qarabağ, həm də Vətən müharibəsində şəhid olmuş oğul və qızlarımızın ailələri, onların valideynləri, eləcə də əlil olmuş şəxslər, veteranlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar. Onlara mənzillər və avtomobillər verilir, işlə təmin olunur, digər problemlərinin aradan qaldırılmasi istiqamətində ardıcıl və planlı iş aparılır. Şəhid ailələri, qazilər, bütün müharibə iştirakçıları cəmiyyətimizdə böyük nüfuza malikdirlər, xalqımız şəhidlərimizin əziz xatirəsini daim böyük ehtiramla yad edir. Onlar Prezidentin sərəncamları ilə medallarla təltif olundular, layiq olduqları statusu qazandılar. Bir sözlə, dövlətimiz həmişə onların yanındadır, bütün problemlərinin həlli istiqamətində əlindən gələni edir, - Milli Məclisin deputatı vurğulayıb.
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq