“Green Park”da nələr baş verir ?- Farizin sahib olduğu “Green Park” restoranında bir yerin qiyməti 250 manatdır...

“Sahil” metrostansiyasının üstündə tikilən “Sahil İncisi” çoxmərtəbəli binanın şəriki Fariz kimdir..?
Fariz “Sahil İncisi” binasındakı 3-4 otaqlı mənzili 1 milyona satır...
Haqqında bəhs edəcəyimiz mövzuya giriş olaraq qeyd edək ki, metropoliten kimi strateji obyektlərin ətrafında mühafizə zolağı deyilən bir sahə olur.
Mühafizə zolağında irihəcmli obyektlərin tikiliməsi, quraşdırılması təhlükəsizlik cəhətdən yolverilməzdir. Söhbət hər gün milyondan artıq insanın istifadə etdiyi metropolitendən gedir.
Təəssüf ki, Bakı şəhərində bu qızıl qaydaya nəinki əməl edilmir, hətta bu qaydalar pozulur.
Bunu sübut etməyə xüsusi ehtiyac yoxdur.
Belə ki, Sahil metro stansiyasının üstündə tikilən “Sahil İncisi” çoxmərtəbəli yaşayış binasını hər gün hamımız görürük.
Yaxud “Xətai” metrostansiyasının mühafizə zolağında tikilən 23 mərtəbəli biznes binası...
Və ya Nəriman Nərimanov metrostansiyasının mühafizə zolağında inşa edilən binalar...
Bu siyahını uzatmaq da mümkündür.
Apardığımız araşdırma zamanı maraqlı rəqəmlə rastlaşdıq.
Belə ki, Sahil metro stansiyasının üstündə tikilən çoxmərtəbəli binadakı 3-4 otaqlı mənzillərin qiyməti 750-800 min, bəzən 1 MİLYON civarındadır.
Görəsən bu mənzilləri almağa hansı müəllimin, hansı həkimin, hansı mühəndisin imkanı çatar. Əlbəttə, bu binadakı mənzillərin sahiblərinin hamısı dövlət məmurlarıdır. Hətta araşdırma zamanı bu binada 5 mənzili ( yəni 5 milyonu ...) olan məmurlara da rast gəldik.
İndi özünüz təsəvvür edin ki, Prezidentimiz demişkən, harınlamış məmur balkonda dayanıb dənizə baxacaq deyə, yüz minlərlə, milyonlarla metro sərnişinlərinin talehi sual altında qalmalıdır.
Görəsən, sabah iraq olsun hansısa fəlakətli hal baş versə, Metropolitenin keçmiş rəisi, hazırda İnşaat və Memarlıq Universitettinin kafedra müdiri olan Tağı Əhmədov və onun şərikləri olan Fariz və Natiq “troykası” bu məsuliyyətdən yaxalarını necə qurtaracaqlar ?
Yeri gəlmişkən, Fariz adlı biznesmenin əməlləri təkcə “Sahil İncisi” çoxmərtəbəli bina ilə yekunlaşmır.
Gündəlik-Bakıya daxil olan məlumata görə, Binə Ticarət Mərkəzinə çatmamış solda olan möhtəşəm “Green Park” restoranı da Farizə məxsusdur.
Təsəvvür edirsiniz, Fariz öz restoranına keçid üçün magistralın üstündən öz şəxsi pulu ilə körpü tikdirib.
Hələ bu harasıdır..?
Farizin dəyəri yüz minlər olan yaxtası da var.
Biz də “Onun arabası var...” mahnısına qulaq asırıq.
Bəli, imkanlı şəxslər öz övladlarına Farizin “Green Park” restoranında toy edirlər. Toyda bir nəfərin xərci isə 250 manatdır, yəni ölkəmizdəki minimal əmək haqqından az qala 2 dəfə çox.
Bəli, bu acı reallıqdır. Ki, yeni doğulan uşağa uşaq pulu verməyə imkan yoxdur, amma Fariz, Tağı, Natiq kimilər dəyəri milyonlarla ölçülən mənzillərdə yaşayır. Təkcə yaşamırlar ee, həm də cəmiyyətə və ölkəyə təhlükə yaradırlar. Yadınıza düşürsə Sahil metrosunun yaxınlığında bina yananda, jurnalistə burcutma deyən Tağı müəllim, "Sahil İncisi" kimi tanınan, Sahil metrosunun üzərində olan binadakı mənzilinin balkonundan yanğını seyr edirdi. Məhz o mənzildir ki, kirvələri həmin mənzili metronun üzərində olduğu üçün Tağı müəllimə pay veriblər. Bu haqda növbəti yazıda.
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq