AHİK-dən həssas qrupların özünüməşğulluğuna növbəti dəstək - FOTOLAR
sosial
Oxunub: 285 464
3 авг 2022 | 11:56
AHİK-dən həssas qrupların özünüməşğulluğuna növbəti dəstək - FOTOLAR


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.

Sənədi əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev imzalayıblar.
S.Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən, sosial müdafiə və aktiv məşğulluq proqramlarının ildən-ilə genişləndirildiyini bildirib. O, 2021-ci ildə 16 mindən çox şəxsin özünüməşğulluq proqramına cəlb edildiyini, bu göstəricinin proqramın icrasına başlanıldığı 2017-ci illə müqayisədə 14 dəfə çox olduğunu diqqətə çatdırıb. Son 4 ildə 50 minədək ailənin özünüməşğulluq proqramına cəlb edilərək kiçik ailə təsərrüfatlarını yaratdığını deyib.
Nazir proqramın icrasında xüsusilə şəhid ailələri və müharibə iştirakçılarına üstünlük verildiyini vurğulayıb. Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə bu kateqoriyalardan olan 8 min şəxsin özünüməşğulluq proqramına cəlb olunduğunu qeyd edib. S.Babayev özünüməşğulluq proqramının genişləndirilməsi işlərində sosial tərəfdaşlarla, o cümlədən AHİK-lə fəal əməkdaşlığın həyata keçirildiyini bildirib.
Sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstəyin növbəti ifadəsi olan yeni memorandumun bu sahədə əməkdaşlığı davam etdirməyə əsas yaratdığını vurğulayıb.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasət, insanların rifah halının daha da yaxşılaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərdən ətraflı söhbət açdı. Qeyd etdi ki, həssas qrupların özünəməşğulluğuna xüsusi diqqət yetirilir, onların sosial müdafiəsi və həyat şəraitlərinin yüksəlməsi üçün bütün imkanlar səfərbər olunur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası daim bu proqramlara qoşulur və dəstək olur, bundan sonra bu sahədəki fəallığını daha da artırır, ölkə başçısının sosial sahədəki siyasətinə və çağırışlarına daim dəstək olur. AHİK sədri onu da vurğuladı ki, bütün dövlət və qeyri-hökumət təşkilatları sosial müdafiəyə ehtiyacı olan bütün vətəndaşlarımızı daim öz diqqət və qayğılarının əhatəsində saxlamalıdır. Qeyd etdi ki, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyəti nəinki ölkəmizdə, ölkəmizin hüdudlarından kənarda da nümunəyə çevrilib.
Sonra Səttar Möhbalıyev pandemiya dövründə, Vətən Müharibəsi və sonrakı dövrdə AHİK və üzv təşkilatlar tərəfindən görülən tədbirlər barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ildən bugünədək 18295540 manat vəsait sərf olunub. O cümlədən aztəminatlı ailələrə 5545406 manat, maddi yardım formasında 9646554 manat, qoruyucu vasitələr üçün 1765608 manat xərclənib. Koronavirusla Mübarizəyə Dəstək Fonduna 632972 manat, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinə 705000 manat, “Yaşat” Fonduna 658870 manat vəsait köçürülüb. AHİK sədri qeyd etdi ki, 2020-ci ildən hal-hazıradək orduya, cəbhə bölgəsinə, şəhid ailələri və qazilərə ümumilikdə 9842834 manat vəsait sərf olunub. O cümlədən Silahlı Qüvvələrə Yardım Fonduna 1036815 manat, şəhid ailələri və qazilərə 2816265 manat yardım olunub. “Qarabağ Dirçəliş” Fonduna 658000 manat, Naxçıvan MR-na 250000, Silahlı Qüvvələrə və cəbhə bölgəsinə isə 1765724 manat vəsait yardım edilib. Ümumilikdə bu məqsədlər üçün 28138374 manat AHİK və üzv təşkilatlar tərəfindən maddi yardımlar olunub.

S.Möhbalıyev AHİK və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlıq gündəliyinin geniş olduğunu qeyd edib. Son vaxtlar həssas qrupların özünüməşğulluğunun dəstəklənməsi üzrə də əməkdaşlıq təcrübəsi formalaşdığını bildirib. İmzalanan yeni sənədin ölkəmizdə həssas əhali qruplarının sosial dəstəklə təminatı işlərində Konfederasiyanın da yaxından iştirak etdiyinin növbəti göstəricisi olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, ötən il də həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi işlərinə Konfederasiya tərəfindən dəstək göstərilib. Bu dəstək çərçivəsində həssas qruplardan olan 27 şəxs özünüməşğulluq proqramına cəlb olunmaqla onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb. Həmin şəxslərdən 14-ü şəhid ailəsi üzvü və müharibə iştirakçısıdır.

İmzalanan yeni Memorandum da həssas qrupların özünüməşğulluğunun təşkilində, proqram iştirakçıları üçün özünüməşğulluq istiqamətinin seçilməsində, biznes-planın hazırlanması və təlimlərin keçirilməsinə dəstək verilməsində, proqram iştirakçılarına aktivlərin təqdim edilməsində, biznes planların icrasının monitorinqində və s. iki qurum arasında əməkdaşlığı nəzərdə tutur.

AHİK-dən həssas qrupların özünüməşğulluğuna növbəti dəstək - FOTOLARAHİK-dən həssas qrupların özünüməşğulluğuna növbəti dəstək - FOTOLARAHİK-dən həssas qrupların özünüməşğulluğuna növbəti dəstək - FOTOLARAHİK-dən həssas qrupların özünüməşğulluğuna növbəti dəstək - FOTOLARAHİK-dən həssas qrupların özünüməşğulluğuna növbəti dəstək - FOTOLARAHİK-dən həssas qrupların özünüməşğulluğuna növbəti dəstək - FOTOLARAHİK-dən həssas qrupların özünüməşğulluğuna növbəti dəstək - FOTOLAR
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq