Cənubi Qafqaz düyünü: çoxgedişli geosiyasi oyun – Nə baş verir?
siyaset
Oxunub: 301 107
4 авг 2022 | 14:22
Cənubi Qafqaz düyünü: çoxgedişli geosiyasi oyun – Nə baş verir?


Son aylarda Cənubi Qaqaz bölgəsində geosiyasi güclər arasında mübarizə aktiv fazaya keçib. Lakin bu güclərin maraqları toqquşduğundan proseslər normal məcrada deyil, bir çox hallarda gərginliyin kəskinləşməsi fonunda davam edir. Bu gərginliyi yaradan isə hər zaman olduğu kimi Ermənistanın bölgədə dayanıqlı sülhə, sabitliyə və təhlükəsizliyin təmin olunmamasına xidmət edən destruktiv revanşist siyasətidir.

Ermənistanın 10 noyabr 2020-ci ildə və ondan sonra bölgədə dayanıqlı sülhün əldə olunması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə yenidən revanşist xəyallara düşməsi, bölgəni yenidən münaqişə dalanına sürükləyir. İrəvanın “iki stul” siyasətinə uyğun olaraq bölgədəki maraqlı güclərdən istifadə edərək revanşist niyyətlərini davam etdirmək istəyirlər. Təbii ki, bu da Azərbaycanın sərt reaksiyası ilə qarşılaşır. Bakı hər zaman bəyan edib ki, yenidən hər hansı revanşizmə imkan verməyəcək və yerindəcə başı əziləcək. Ermənistanın üzərinə götürdüyü öhədlikləri yerinə yetirməməsi əvəzinə vəziyyəti gərginləşdirməsi, Bakının “dəmir yumruğ”unu qaçılmaz etdi və nəticə göz qabağındadır.

Ermənistanın və separatçıların bu cür destruktiv fəaliyyəti ermənilərin milli marağına deyil, əksinə, digər maraqlı güclərin əlinə işlədi. Bununla da ermənilər bölgəni maraqlı güclər arasında mübarizə meydanına çevirmiş oldu. Nəticədə ermənilər bundan qazanan tərəf olmayacaq, daha çox itirən tərəf olacaq.

Təsadüfi deyil ki, hələ zamanında dünyaca məşhur geostrateq Zbiqnev Bzejinski Ermənistan haqqında çox gözəl bir fikir işlədib: “Vaşinqtonda, siyasi dairələrdə, həm demokratlarda, həm də respublikaçılarda belə rəy var ki, Ermənistan öz maraqları ilə siyasi etimada layiq deyil. Tez-tez o, hətta öz maraqları əleyhinə Rusiyanın maraqlarına xidmət edən ölkə kimi qəbul olunur.

…Bu zaman ermənilər özünə sual vermir ki, bu onların özünə lazımdır, ya yox. Ermənistan belə mövqenin nəticələrini dərk edirmi?”

Nə qədər ki İrəvan bu siyasətindən əl çəkməyib, bölgədəki çoxgedişli geosiyasi proseslərdə Ermənistanın və erməni xalqının gələcək inkişafı naminə qonşuları, xüsusən də Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmur, itirən tərəf olacaq. Odur ki Ermənistan bölgəni güclər arasında savaş meydanına çevirməkdənsə, vaxt itirmədən öz gələcəyi naminə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib, Bakının təklif etdiyi dayanıqlı sülhə, sabitliyə, sıx əməkdaşlığa xidmət edən sülh sazişini imzalamalıdır.

Ermənistanın və ermənilərin bölgədəki gələcəyi məhz Azərbaycan və Türkiyədən asılıdır. Əgər Ermənistan Bakı və Ankara ilə normal münasibətlər qurarsa, bu ölkəyə hər hansı təhlükə olmayacaq. Əkisnə, qazanan tərəf olacaq. Bjezinski ölümqabağı müsahibəsində qeyd edib ki, “Türkiyədən Ermənistana təhlükə yoxdur...”
Təhlükə digər güclər tərəfindəndir. Çünki bölgədəki ənənəvi geosiyasi oyunçular olan Rusiya, Qərb, Türkiyə, İran, Çin, İsrail və bir sıra digər ölkələr də bu regionda siyasi-iqtisadi aktivlik nümayiş etdirməklə öz maraqlarını təmin etmək uğrunda savaşacaq ki, bu da öz növbəsində regionda geosiyasi vəziyyəti xeyli mürəkkəbləşdirəcək. Bölgədəki vəziyyətin gərginləşməsi isə hərbi toqquşmalarla müşayiət oluna bilər ki, bu əməliyyatlar təkcə Qarabağdakı separatçıların birdəfəlik Azərbaycan ərazisindən silinib atılması ilə deyil, həm də Qərbi Zəngəzur, Basarkeçər, Göyçədə davam edə bilər.

Ermənistan onu da unutmasın ki, “dəmir yumruq” yerindədir və istənilən an dəmir qapazı başında və ənsəsində görəcək. Və nəhayətində Ermənistan və ermənilər Bjezinskinin dediyi kimi, baş verənlərdən nəticə çıxarmalıdır. Özlərinə sual verməlidirlər ki, bu onların özünə lazımdır, ya yox. Baş verənləri dərk edəcəklərsə, qazanacaqlar, əks təqdirdə isə itirən tərəf olacaq.
Вчера, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Вчера, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Вчера, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Вчера, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
19-09-2026, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
19-09-2026, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
19-09-2026, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
19-09-2026, 09:32
Dünya bazarında neft ucuzlaşdı
19-09-2026, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
19-09-2026, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
19-09-2026, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq