Azərbaycana qarşı təxribatın planı: Niyə məhz London?

4 avqust 2022-ci il tarixində Londonda Azərbaycan səfirliyinə hücum və bayrağımıza qarşı vandalizm hərəkəti Azərbaycana düşmən qüvvələr tərəfindən hazırlanaraq məqsədli şəkildə həyata keçirilən genişmiqyaslı təxribatın tərkib hissəsidir.
Təxribat bir ölkə və ya təşkilat tərəfindən deyil, Azərbaycana asi kəsilən güclər, ölkələr tərəfindən hazırlanaraq həyata keçirilib. Bu hər hansı təşkilatın təkbaşına keçirdiyi provokasiya deyil.
Təxribatın törədildiyi ünvanının seçilməsi də heç də təsadüfi deyil. Niyə məhz London?
Provokasiyanın hədəf və məqsədi:
Birincisi, Azərbaycanın 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallığın, bölgədə real güc faktoruna çevrilməsinin qarşısını almaq və Avrasiya coğrafiyasının, xüsusən də Mərkəzi Avrasiyanın şəkillənməsində aktiv rol oynamasının, irəli sürdüyü təşəbbüslərin önündə maneə olmaq;
İkincisi, Azərbaycanın xarici siyasətdə və Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində əldə etdiyi uğurları, bölgədə dayanıqlı sülhün, sabitliyin və inkişafın təmin olunması istiqamətindəki fəaliyyətinə əngəl törətmək;
Üçüncüsü, Azərbaycanın təkcə özünün deyil, bütövlükdə regionda sabitliyin, təhlükəsizliyin, sıx əməkdaşlığın formalaşdırılması istiqamətində həyata keçirdiyi siyasətin, təşəbbüslərin qarşısını almaq;
Dördüncüsü, Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı qaz sazişində qıcıqlanan ölkələr və güclər tərəfindən Bakıya təzyiqi;
Beşincisi, bütün bu və digər uğurlar nəticəsində Azərbaycan cəmiyyətində yaranan həmrəyliyi, birliyi pozmaq, əldə etdiyi uğurlara kölgə salıb, istənilən vasitələrdən istifadə edib daxildə ictimai-siyasi sabitliyi pozub qarşıdurma yaratmaq;
Ünvanın Londona seçilməsinə gəldikdə isə…
Bu gün Böyük Britaniya ilə Azərbaycan arasındakı sıx strateji əməkdaşlıq münasibətlərinin olması, xüsusən də enerji sahəsində, o cümlədən 44 günlük İkinci Qarabağ savaşında və müasir geosiyasi proseslərdə aktiv rol oynamasında Londonun Bakını dəstəkləməsi heç kimə sirr deyil. Hətta ermənilər iddia edir ki, 44 günlük müharibənin gedişində BMT Təhlükəsizlik Şurasının toplantısında Azərbaycan əleyhinə qərar qəbul edilməsinə qarşı çıxan ölkə məhz Böyük Britaniya olub. Digər tərəfdən Böyük Britaniya Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaya görə lider ölkə siyahısındadır. Krallıq Azərbaycan iqtisadiyyatına 100 mlrd dollardan artıq sərmayə yatırıb ki, bu da ölkəmizin iqtisadi qüdrətinin artmasında, suverenliyinin möhkəmlənib, təhlükəsizliyinin təmin olunmasında xüsusi rolu olub. Bu baxımdan da Azərbaycana qarşı məkrli planı hazırlayan qüvvələr təxribatı Londonda törətməklə Azərbaycan-Böyük Britaniya münasibətlərini pozmağı və münasibətlərdə soyuqluq yaratmağı qarşılarına hədəf qoyublar. Ən azından Azərbaycan cəmiyyətində…
Odur ki baş verən proseslər Azərbaycan cəmiyyətini diqqətli və təmkinli olub, təxribatların təsiri altında cəmiyyətdə həmrəyliyin, birliyin pozulmasına yönəlik hərəkətlərdən qaçmağı zəruri edir. Geosiyasi və geoiqtisadi proseslərin aktivlik fazası Cənubi Qafqaz bölgəsinə daxil olduqca Azərbaycanda istər xaricdəki anti-milli güclər, ölkələr tərəfindən, istərsə onların daxildəki uzantıları olan “5-ci kolon” tərəfindən təxribatların törədilməsi cəhdlər olacaq.
Вчера, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Вчера, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Вчера, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Вчера, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
19-09-2026, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
19-09-2026, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
19-09-2026, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
19-09-2026, 09:32
Dünya bazarında neft ucuzlaşdı
19-09-2026, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
19-09-2026, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
19-09-2026, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq