Abidin Fərzəliyevin moyka biznesi: FAKTLAR və SÜBÜTLAR
Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin biznesi ilə bağlı yeni məlumatlar yayılıb.
DOSYE.ORG xəbər verir ki, bu barədə “azfakt.com” məlumat yayıb.
Bildirilir ki, Fərzəliyev bu biznesi Nərimanov rayon icra hakimiyyətinin başçısı olduğu vaxt əldə edib.
Sayta məlumat verən sakinlər icra başçısını “əmlak kralı” kimi xarakterizə ediblər.
“İllər öncə paytaxtda – Nərimanov rayonunda əhali arasında “qəbiristanlıq” kimi tanınan ərazinin sökülməsi, bu ərazilərin iş adamlarına, yüksək vəzifəli şəxslərə satılması hesabına milyonlarla vəsait əldə edən Abdin Fərzəliyev həm də bu ərazidə – Əhməd Rəcəbli küçəsində çoxsaylı daşınmaz əmlaklara sahibdir. Əlbəttə ki, bu obyektlər İcra başçısının özünün yox, qohum-əqrabalarının, etibar etdiyi şəxslərin adınadır”, – deyə məlumatda bildirilir.
Məlumata görə, Abdin Fərzəliyevin sərmayə yatırmağa başladığı sahələrdən biri də “avtoyuma” biznesidir: “İcra başçısı bu istiqamətdə artıq ilk obyektini istifadəyə verib. A.Fərzəliyevin yeni “biznes imperiyası”na əlavə olunan sonuncu obyekt “avtoyuma” məntəqəsidir. bu obyekt Əhməd Rəcəbli 1 ünvanında – Atatürk liseyinin qarşısında yerləşir”.
İddia olunur ki, obyekt sənəddə Seyidzadə Saleh Mirmöhsün oğlunun adına olsa da, əslində nəzarəti Abdin Fərzəliyevin etibarlı adamı kimi tanınan və hazırda Abşeron Rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsini icra edən Nurlan Həsənov edir: “Onu da vurğulayaq ki, Saleh Seyidzadə Nurlan Həsənovun yaxın qohumudur. Saleh Seyidzadə həm də Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş mühasibi vəzifəsində çalışır”.
Saytın əməkdaşı əraziyə gedərək obyekt barədə yeni məlumatlar əldə edib. Belə ki, obyektin ümumi ərazisi dövlət sənədində 186 kvm göstərilsə də, tikinti zamanı layihədən kənara çıxmaq hesabına ümumi ərazi 200 kvm-dan yuxarıdır.
İkimərtəbəli olan obyektin birinci mərtəbəsi “təkər təmiri, “avtoyuma” “çilingər-yağlama” sexləri kimi fəaliyyət göstərir.
Obyektin ikinci mərtəbəsi isə Ataürk mərkəzinin qarşısında olan dairəyə-küçəyə açılır.
Ərzidəki sakinlər bildiriblər ki, burada kafe fəaliyyət göstərəcək. Hazırda ikinci mərtəbədə təmir işləri yekunlaşmaqdadır. Obyektin ümumi qiymətinin hazırda 1 milyon manat civarında olduğu bildirilir.
Həmin ərazidə olan “Altun” şadlıq sarayının da Abdin Fərzəliyevə məxsus olduğu deyilir.
A.Fərzəliyev 2003-2005-ci illərdə Nizami rayonunun, 2005-2022-ci illərdə Nərimanov rayonunun icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Şikayətlə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.

Вчера, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
Вчера, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
Вчера, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
Вчера, 10:41
Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
Вчера, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
Вчера, 10:34
Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
Вчера, 10:29
“Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
Вчера, 10:24
Yaşasaydı, 35 yaşı olacaqdı…
Вчера, 10:07
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
Вчера, 09:44
Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
Вчера, 09:34
Mövsümə Ronaldosuz başlayacaqlar
Вчера, 09:30
Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
Вчера, 09:00
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
7-08-2026, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
7-08-2026, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
7-08-2026, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
7-08-2026, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
7-08-2026, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
7-08-2026, 13:26
Media və Yayım Şurası yaradıldı
7-08-2026, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
7-08-2026, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
7-08-2026, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
7-08-2026, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
7-08-2026, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
7-08-2026, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
7-08-2026, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
7-08-2026, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk