Səttar Möhbalıyev: “Ölkəmizin ərzaq təhlükəsizliyi sahəsində göstəriciləri yüksəlməkdədir”
sosial
Oxunub: 301 108
16 авг 2022 | 10:06
Səttar Möhbalıyev: “Ölkəmizin ərzaq təhlükəsizliyi sahəsində göstəriciləri yüksəlməkdədir”


“Azərbaycanda həyata keçirilən sistemli və ardıcıl sosial-iqtisadi islahatlar ölkə iqtisadiyyatının davamlı inkişafına, maliyyə dayanıqlığının möhkəmlənməsinə geniş yol açmış, sosial problemlərin aradan qaldırılmasına, vətəndaşların maddi rifahının daha da yaxşılaşdırılmasına səbəb olmuş, həmçinin müasir sosial-iqtisadi infrastruktur quruculuğunu sürətləndirmişdir. Demək olar ki, əldə olunmuş hərtərəfli uğurlu inkişaf bütün sahələri əhatə etməkdədir. Son illər bölgələrdə ardıcıl olaraq həyata keçirilən abadlıq-quruculuq işlərinin geniş vüsət alması bu uğurların məntiqi davamıdır və prosesə dövlətimizin başçısı cənab İlham Əliyev bilavasitə nəzarət edir. Onun Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə rayonlara müntəzəm xarakterli səfərləri, infrastruktur obyektlərinin açılışında, təməlqoyma mərasimlərində şəxsən iştirak etməsi, istehsal müəssisələri ilə tanışlığı, ictimaiyyət nümayəndələri və sahibkarlarla keçirdiyi görüşlər, apardığı səmimi söhbətlər bunun sübutudur. Prezident İlham Əliyev İsmayıllı və Ağsu rayonlarına səfəri zamanı İsmayıllı rayonunda “Basqal Resort & Spa” otelinin, Ağsuda Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak etdi, “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri, “Ağsu Aqropark”ın fəaliyyəti ilə tanış oldu. Bu, onu göstərir ki, işğaldan azad edilmiş ərazilərimizlə paralel digər bölgələrimizdə də abadlıq işləri uğurla davam etdirilir, bölgələrin turizm imkanları genişləndirilir, yeni iş yerlərinin yaradılması istiqamətində önəmli addımlar atılır”.

Bu fikirləri KİV-ə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Dövlətimizin başçısı avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində respublikamızda, o cümlədən İsmayıllı və Ağsu rayonlarında görülən işlərdən, sosial infrastruktur layihələrinin icrasından, yaradılan yeni müəssisələrdən, sosial obyektlərdən bəhs etdi. Prezidentin müsahibəsində diqqət çəkən məqamlardan biri yeni iş yerlərinin yaradılması istiqamətində görülən işlər oldu. Bu məsələ hər zaman dövlətimizin diqqət mərkəzində olub. Statistikaya nəzər salsaq, görərik ki, son 10 ildə məşğul əhalinin sayı 14,0%, muzdla işləyənlərin sayı 22,9% artıb, işsizlik səviyyəsi isə pandemiya ilə əlaqədar dalğalanmalara məruz qalmasına baxmayaraq, 2021-ci ildə ölkə üzrə 6,0% təşkil edib. Bu gün ölkəmizdə özəl sektorun inkişafı üçün yaradılmış əlverişli şərait məşğulluğun artmasına kömək edən vacib məqamlardandır”, - AHİK sədri deyib.

“Məlum səbəblərdən dünyada ərzaq böhranı yaşanır, ciddi qiymət artımı müşahidə olunmaqdadır. Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm tərkib hissələrindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir ki, bu istiqamətdə kompleks tədbirlər tətbiq edilməkdədir. Aqrar sektorun inkişafı, bu sahədə modern, mütərəqqi metodların tətbiqi əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə xidmət edən amillərdəndir. Əminliklə deyə bilərik ki, ölkəmizin ərzaq təhlükəsizliyi sahəsində göstəricilərində dinamik artım var. İnanırıq ki, Şərqi Zəngəzurun və Qarabağın kənd təsərrüfatının inkişafı üçün geniş potensiala malik olması bu sahənin inkişafına mühüm töhfələr verəcək, ərzaq təhlükəsizliyinin təmin olunmasında, özünütəminetmə səviyyəsinin yüksəlməsində əhəmiyyətli rol oynayacaq”, - deputat vurğulayıb.

“Müsahibəsində “Qisas” əməliyyatından bəhs edərkən dövlətimizin başçısı “əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz” mesajını verdi. Həqiqətən də, qarşı tərəf anlamalıdır ki, Azərbaycan güclü bir dövlətdir, öz suveren hüquqlarını heç nədən çəkinmədən ləyaqətlə qoruyur və törədilən bu kimi təxribatların qarşısı vaxtında alınacaq. Dövlətimiz tərəfindən hər bir əsgərin həyatı çox önəmlidir, “Qisas” əməliyyatı bunu bir daha göstərdi. Ermənistan məğlub tərəf kimi imzaladığı 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını yerinə yetirməlidir, məhv edilmiş işğalçı ordusunun tör-töküntülərini Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindən çıxarmalıdır. Bu, məğlub ölkənin öhdəliyidir. Onların nəyəsə ümid etməsi, reallığı dəyişməyə hesablanmış təxribatları heç bir nəticə verməyəcək. Artıq hər hansı bir statusdan, xüsusi imtiyazdan söhbət gedə bilməz. Dövlətimizin başçısı bunu açıq şəkildə bəyan etdi. Digər vətəndaşlarımız kimi, Qarabağda yaşayan ermənilərin də hüquqları və təhlükəsizliyi Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Bilirik ki, dövlətimiz öz vətəndaşlarının hüquqlarını ən ali səviyyədə hər zaman qoruyub”, - AHİK sədri qeyd edib.
Сегодня, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Сегодня, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Сегодня, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Сегодня, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Сегодня, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Сегодня, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Сегодня, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Сегодня, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Сегодня, 11:05
Yenidən Çeçenistanın rəhbəri seçildi
Сегодня, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Сегодня, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Сегодня, 10:47
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Сегодня, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Сегодня, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Сегодня, 09:39
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Сегодня, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Сегодня, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Сегодня, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Сегодня, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Сегодня, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Вчера, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Вчера, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Вчера, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Вчера, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO