DYP-dən polislərin yayılmış görüntüləri ilə bağlı AÇIQLAMA – YENİLƏNİB + VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi sosial şəbəkələrdə DYP əməkdaşları ilə sürücünün mübahisəsini əks etdirən video ilə bağlı açıqlama verib.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, yol hərəkəti əleyhinə edilmiş qayda pozuntularında inzibati xəta iki formada aşkarlanır birincisi xüsusi texniki vasitələrlə bu zaman sürücü və polis arasında təmas olmur qayda pozuntusunun video və foto materiallları şəxsin elektron kabinetinə yerləşdirilməklə elektron qərar qəbul (EQ) edilir:
“Digəri isə YPX əməkdaşının vizual olaraq aşkarladığı qayda pozuntusudur ki, bu zaman sürücüyə etdiyi qayda pozuntusu izah olunur misal üçün qırmızı işıqda keçmisiniz, giriş qadağan olan yola daxil olmusuz, qarşı hərəkət zolağına keçib nəqliyyatın axınına doğru hərəkət etmisiniz və ya nişanın tələbini pozmusunuz və s. Bu hallardan biri və ya digəri olduqda Yol Hərəkəti Haqqında Qanunun pozulan tələbi və həmin maddə üzrə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan xətanın maddəsi izah olunmaqla yerində şəxsin iştirakı ilə inzibati xəta üzrə protokol tərtib olunur (İXP) bu zaman sürücü YPX əməkdaşından yerində görüntü tələb edə bilməz, protokolla razılaşmaya bilər. Həmin protokol qərarsız qalmalı və sürücüyə daha sonra həmin sübutlar aidiyyəti üzrə onun iştirakı ilə təhlükəsiz şəhər kameralarından çıxarılmaqla təqdim olunur”.
A.Əsgərli bildirib ki, ümumiyyətlə son illərdə vətəndaş polis təmasının azaldılması məqsədilə DİN məqsədyönlü formada bu addımları atmaqla qayda pozuntularının demək olar ki 70 %-ni elə xüsusi texniki vasitələrlə aşkarlayır:
“Paytaxt ərazisində əməkdaşlarımızın gündəlik xidməti o qədər ağırdır ki, hər gün yollarda hərəkətin nizamlanması və təhlükəsizliyin təmini məqsədilə görülən tədbirlərin nəticəsində milyonlarla insanın mənzil başına çatması üçün ağır iş rejimində xidmət təmin olunur. Bir sözlə, paytaxt ərazində YPX əməkdaşının elə boş vaxtı yoxdur ki, kiminləsə qeyri-müəyyən bir vəziyyətə görə uzun müzakirələr aparsın.
Bu gün ölkəmizdə hamı bilir ki, qayda pozmayan sürücünü heç kim nə əsassız, nə də qanuni izahsız formada saxlamır. Belə hallar olanda isə həmin əməkdaşlar barədə çox sərt formada tədbirlər görülür. Bu videoda da sürücü polisi çəkməklə onu öz işindən uzaqlaşdırmağa cəhd edir. İşini ləyaqətlə, düzgün şəkildə icra edən hər bir polis əməkdaşı üçün belə çəkilişlər əhəmiyyətsizdir. İstər sadə vətəndaş, istərsə də dövlət məmuru hüquqlarını və vəzifələrini düzgün bilsə, ləyaqətli olsa, işini və vətəndaşlıq borcunu dürüst formada icra etdikdən sonra kimin nəyi çəkib paylaşmağının heç bir əhəmiyyəti yoxdur. Onsuz da indiki zəmanədə hamı hamını çəkir. Kim kimə nəyi sübut etmək istəyirsə birinci ona gərək özü inansın və dürüst olsun. Gəlin, qaydaları pozmayaq, qanunlara hörmətlə yanaşaq, insanları yerli-yersiz çəkib paylaşmaq əvəzinə, intizamlı olaq. Bizdə həmin dialoqun lap əvvəldən çəkilişi var. Amma onları paylaşmağı etik hesab etmirik!”
***19:23
Sosail şəbəkələrdə DYP əməkdaşları ilə sürücünün mübahisəsini əks etdirən video yayılıb.
"Avtosfer.az xəbər verir ki, görüntülərdə sürücü qayda pozuntusunun videosunu tələb edir. YPX əməkdaşları isə bunun yalnız İdarədə mümkün ola biləcəyini qeyd edirlər.
Mübahisə zamanı yol polisi inspektoru sürücünün ona rüşvət təklif etdiyini və özününü bundan imtina etdiyini idda edir. Eyni zamanda sürücüyə protokol tərtib olunacağını deyir.
Сегодня, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Сегодня, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Сегодня, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Сегодня, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Сегодня, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Сегодня, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Сегодня, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Сегодня, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Сегодня, 11:05
Yenidən Çeçenistanın rəhbəri seçildi
Сегодня, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Сегодня, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Сегодня, 10:47
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Сегодня, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Сегодня, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Сегодня, 09:39
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Сегодня, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Сегодня, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Сегодня, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Сегодня, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Сегодня, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Вчера, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Вчера, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Вчера, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Вчера, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO