Azərbaycan və Qazaxıstan arasında imzalanmış Birgə Bəyannamə mühüm iqtisadi-siyasi əhəmiyyət kəsb edən tarixi sənəddir
sosial
Oxunub: 344 116
26 авг 2022 | 00:14
Azərbaycan və Qazaxıstan arasında imzalanmış Birgə Bəyannamə mühüm iqtisadi-siyasi əhəmiyyət kəsb edən tarixi sənəddir


Artıq xəbər verildiyi kimi, avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana rəsmi səfər etmişdir. Birmənalı olaraq deyə bilərik ki, bu səfər ölkələrimiz və xalqlarımız arasında dərin tarixi köklərə malik olan dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin inkişafına güclü təkan verəcək. İlk növbədə, qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının daha bir təsdiqi olmaqla yanaşı, eyni zamanda, dövlətimizin başçısının Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət kimi dəyərləndirilməlidir. Həmçinin ölkələrimiz və xalqlarımız arasındakı dostluğun daha bir təzahürü kimi, Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakını da qeyd etmək lazımdır. Bu baxımdan, Qazaxıstanın Azərbaycana hədiyyəsi olaraq işğaldan azad edilmiş ərazilərdə inşa olunacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi də qardaşlıq münasibətinin daha bir nümayişi idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı söyləyib.

Azərbaycan və Qazaxıstanın üzv olduqları beynəlxalq təşkilatlarda bütün vacib məsələlərdə eyni mövqeyi nümayiş etdirdiklərini vurğulayan deputat deyib: “Bu, ölkələrimiz arasında münasibətlərin gələcək inkişafı üçün əlverişli zəmindir. Diqqətəlayiq haldır ki, Azərbaycan və Qazaxıstan istər ikitərəfli münasibətlərdə və istərsə də beynəlxalq problemlərə dair bütün məsələlərdə eyni mövqedən çıxış edirlər. Bu, bir daha deməyə əsas verir ki, Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir. Təbii ki, bu yaxınlıq ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsi və inkişafı üçün əlverişli zəmin yaradır. Ölkə Prezidenti İlham Əliyev öz çıxışında xüsusi olaraq qeyd edib ki, Qazaxıstan və Azərbaycan əməkdaşlığı beynəlxalq səviyyədə də yüksələn xətt üzrə inkişaf edir. Ölkələrimiz üzv olduqları ən mötəbər və aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edir, daim bir-birini dəstəkləyir və bu, gələcəkdə də davam edəcək. Əlbəttə, bu münasibətlər ölkələrimiz arasında sıx iqtisadi əməkdaşlığın formalaşmasında və genişlənməsində mühüm rol oynayır. Xüsusi olaraq nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük perspektiv planlar mövcuddur ki, bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. Hazırda ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, tranzit potensialının yüksəldilməsi məqsədilə Orta Dəhliz layihəsi həyata keçirilir. Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var”.

Daha sonra deputat qeyd edib ki, Azərbaycan və Qazaxıstan prezidentləri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” iqtisadi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı daşıdığı önəmlə yanaşı, həm də mühüm siyasi əhəmiyyət kəsb edən tarixi bir sənəddir.

“Məlum olduğu kimi, Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı ölkələrimiz arasında əməkdaşlığa dair 20-dən artıq sənəd imzalanıb. Əlbəttə ki, bu sənədlərin hər biri qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcək. Məhz bu sənədlərin imzalanması ilə ölkələrimiz arasındakı iqtisadi, ticari, siyasi, mədəni, nəqliyyat, kommunikasiya, elm, təhsil, xarici siyasət və digər sahələrdə əlaqələr daha da inkişaf edəcəkdir. Bununla belə imzalanan sənədlər arasında “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin əhəmiyyəti xüsusi qeyd olunmalıdır. İlk növbədə, bu sənəd artıq təsdiq edir ki, Azərbaycan və Qazaxıstan sadəcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərdir. Bu Bəyannamə ölkələrimiz arasında əməkdaşlığın bir çox istiqamətlərini əhatə edir və gələcək fəaliyyət üçün ciddi baza rolunu oynayır. Qeyd etmək lazımdır ki, Bəyannamədə son dərəcə mühüm siyasi məqamlar da əks olunub. Belə ki, bu sənəddə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi qeyd edilib. Bu, Orta Dəhlizin tərkib hissəsi olacaq. Beləliklə, Qazaxıstan Azərbaycanın beynəlxalq siyasi müstəvidə haqlı mövqelərini dəstəklədiyini bir daha təsdiq edir və ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə vermiş olur”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq