Bakı ilə İrəvan ortaq məxrəcə gələ biləcəkmi? - GƏLİŞMƏ
siyaset
Oxunub: 344 114
26 авг 2022 | 15:30
Bakı ilə İrəvan ortaq məxrəcə gələ biləcəkmi? - GƏLİŞMƏ


ReAl partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik:

- ABŞ dövlət katibi Entoni Blinken Filip Rikeri Qafqazda danışıqlar üzrə baş müşaviri və ATƏT-in Minsk qrupundakı yeni həmsədri təyin edib. Maraqlıdır: 44 günlük müharibədən sonra Fransa və Rusiya vaz keçsə də, ABŞ Minsk qrupundan imtina etmək istəmir. Sizcə, Amerika niyə israrlıdır?

- Düşünmürəm ki, Amerika Minsk qrupunun reabilitasiyasında maraqlıdır. Minsk qrupu formal olaraq fəaliyyət göstərsə də, hüquqi baxımdan ləğv edilməyib, buraxılmayıb. Azərbaycan isə bu məsələnin bitdiyini və bu formatda görüşlərin olmayacağını bəyan edib. Bununla bağlı Fransa və Amerika tərəfindən də bənzər açıqlamalar verilib. Əksinə, müəyyən müddətdə Rusiyadan Minsk qrupu çərçivəsində hansısa görüşlərin keçirilməsinə çağırışlar vardı. Amma Rusiyanın izolyasiya edilməsini nəzərə alaraq, bundan imtina etdi. Bundan sonra Lavrov da bəyan etdi ki, Rusiyanın təkliflərinə baxmayaraq, Qərb tərəfdaşları Minsk qrupunu “dəfn” etdilər.

Sadəcə olaraq, Amerika bir mexanizm kimi bundan istifadə etməyi düşünür. Hüquqi cəhətdən ləğv edilmədiyinə görə, danışıqların bir istiqaməti kimi bundan istifadə etməyə çalışır. Amma artıq ABŞ və Fransanın Rusiya ilə bir masa arxasında oturub “sülh quruculuğu” ilə məşğul olması mümkün deyil. Əgər Rusiyanı Qərbdə az qala “terrorçu dövlət” adlandırırlarsa, Ukraynaya təcavüzünü və işğal faktını rəsmi bəyanat və sənədlərində dilə gətirirlərsə, belə bir dövlətlə dünyanın başqa bir bölgəsində sülh danışıqlarının aparılması məntiqsizlik olardı. Amma Amerika müxtəlif formatlar və institutlardan istifadə edərək, Cənubi Qafqazdakı varlığını, təsir dairəsini və mövqelərini gücləndirməyə çalışır.

Filip Rikerin yeni vəzifəsi təkcə Minsk qrupunun həmsədri deyil, həm də Cənubi Qafqazla, o cümlədən, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə əlaqədar məsələlərin həllində ABŞ dövlət katibinin baş müşaviridir. Yəni məsələ təkcə Minsk qrupu ilə bağlı deyil.

- Ümumiyyətlə, Minsk qrupunun yenidən tam gücü ilə bərpası ehtimalı nə qədər mümkündür? Məsələn, belə bir şey baş versə, bu, prosesə necə təsir göstərəcək?

- Açığı, bu ehtimalı sıfıra yaxın hesab edirəm. Dediyim kimi, indiki beynəlxalq konyunkturda bu institutun bərpa edilməsi mümkünsüzdür. Eyni zamanda, bu formatı əvəz edən yeni istiqamət də yaranıb: bu da Brüssel masasıdır. Brüssel masasının qurulması, bu çərçivədə ard-arda görüşlərin keçirilməsi də bunu göstərir. Əslində, Minsk qrupunun ən yeni və ən effektli versiyası Avropa Birliyinin qurduğu bu masadır. Yeri gəlmişkən, Brüsseldə yaxınlarda yeni görüş də keçiriləcək.

Şarl Mişelin həm Azərbaycan, həm də Ermənistana səfərləri oldu. O, artıq Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə iki görüşündə vasitəçilik edib. Üçüncü görüş də nəzərdə tutulub, yaxın günlərdə keçirilməlidir. Bunlar o deməkdir ki, artıq başqa formatlar və masalar nəzərdən keçirilir.

Minsk qrupuna oxşar format Ukrayna və Rusiya arasında da var idi. Bu çərçivədə anlaşmalar da əldə edilmişdi, amma o da iflasa uğradı. Yəni Rusiyanın iştirakçısı olduğu bu formatın yenidən “dirilməsi” indiki situasiyada mümkünsüz görünür. Zatən, buna ehtiyac da yoxdur. Çünki həm Azərbaycan, həm də Ermənistan iki istiqamətdə - həm Moskva, həm də Brüsselin vasitəçiliyi ilə danışıqları dərinləşdirməklə məşğuldur.

Ermənistan mətbuatını izləyəndə görürük ki, Minsk qrupunun reabilitasiyasında İrəvan maraqlıdır. Ermənistan tərəfindən bununla bağlı dəfələrlə ABŞ, Fransa və Rusiyaya çağırışlar olub. Amma bu çağırışlara baxmayaraq, hazırkı konyunkturda Minsk masasının yenidən qurulması mümkünsüz görünür.

- Sizin də dediyiniz kimi, yaxın günlərdə Brüsseldə Avropa Birliyinin vasitəçiliyi Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək. Belə bir görüşün Rusiya Prezidenti Vladimir Putinin moderatorluğu ilə Moskvada da olacağı gözlənilir. Sizcə, bu iki görüşdən hansına ümid etməliyik?

- Azərbaycanın düşünülmüş diplomatik gedişləri alternativ masanın qurulmasına gətirib çıxardı. Artıq proses təkcə Moskvanın inhisarında deyil. Bu, özlüyündə çox yaxşı nəticədir. Rusiya da yaxşı başa düşür ki, Moskvada real sənəd imzalanmasa, paralel olaraq, Brüssel masasında daha tez və daha effektli qərarlar verilsə, bu onun bölgədəki təsirlərinə zərbə ola bilər. Bu baxımdan, Moskva böyük sülh sazişinin imzalanmasında maraqlı deyil. Bunun da öz səbəbləri var: bu halda onun hər iki ölkəyə təsirləri azalacaq, gələcəkdə regiondakı sülhməramlı missiyası da sual altında qalacaq. İki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyacaqsa, sərhədlər dəqiqləşəcəksə, onda sülhməramlılara nə ehtiyac olacaq? Buna görə də Moskva böyük sülh sazişinin imzalanmasını uzatmağa çalışacaq, amma kommunikasiyalarla, yaxud 10 noyabr anlaşmasının bəzi bəndləri ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, bu zaman Brüssel masasının effektliliyi artacaq. Yəni Brüssel önə çıxacaq, Moskva bunu da anlayır.

Hesab edirəm ki, bu, Azərbaycanın apardığı siyasətin doğru istiqamətdə olduğunun göstəricisidir ki, nə Brüssel, nə də Moskvanın burada inhisarçılığı var. Buna görə, Moskva görüşündən də hansısa imzalanmış sənədin çıxması ehtimalı yüksəkdir.

- Bəs bu sənəd nə ilə bağlı ola bilər?

- Çox güman ki, kommunikasiyaların açılması və ya Zəngəzur dəhlizi ilə bağlı olacaq. Brüsseldə isə daha geniş məsələlərin imzaya bağlanması mümkündür. Çünki Brüsselin əlində bir “kökə” də – hər iki ölkəyə 4.6 milyard avroluq yardım paketi də var. Bunun 2.4 milyardı Ermənistana, 2.2 milyardı isə Azərbaycana ayrılıb. Amma bunun bir avrosu belə xərclənməyib. Çünki ortada əlaqələrin möhkəmləndirilməsi və bərpası ilə bağlı sənəd olmalıdır. Buna görə də düşünürəm ki, Brüsseldə ikitərəfli münasibətlərin tənzimlənməsi, hətta bu yöndə birbaşa bu işlə məşğul olacaq hər iki ölkədən xüsusi nümayəndələrin təyin edilməsi məsələsi gündəmə gələ bilər. İndi Türkiyə və Ermənistan arasında belə bir format var. Azərbaycanla Ermənistan arasında da buna bənzər formatın yaranması və bununla bağlı sənədin Brüsseldə imzalanması da mümkündür.

Əslində, təkcə Moskvanın yox, Brüsselin də prosesdə yer alması Azərbaycana sərf edir. Çünki bu halda heç bir tərəfin inhisarçılığı olmur- nə Brüsselin, nə də Moskvanın. Buna görə də hər iki formatın əhəmiyyəti böyükdür. Buna görə də, düşünürəm ki, ilin sonuna qədər həm Moskva, həm də Brüsseldə müəyyən anlaşmalar imzalana bilər.
Вчера, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Вчера, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Вчера, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Вчера, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
19-09-2026, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
19-09-2026, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
19-09-2026, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
19-09-2026, 09:32
Dünya bazarında neft ucuzlaşdı
19-09-2026, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
19-09-2026, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
19-09-2026, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq