NEMAN BAYRAMOV NƏ İSTƏYİR?

Goranboy rayonundakı Qızılhacılı kəndinin sakini niyə narazıdır?
Son günlərdə kütləvi informasiya vasitələrində Goranboy rayonunun Qızılhacılı kənd bələdiyyəsinin sədri Səbinə Həsənovadan ölkə başçısına, Birinci vitse-prezidentə, müxtəlif nazirliklərə müraciət formasında şikayət məktubları dərc olunur. Qızılhacılı kənd sakini Neman Bayramov kimdir və nə istəyir?
Təbiidir ki, biz də media qurumu olaraq vətəndaşın şikayət və narazılıqlarına biganə qala bilmərik. Yazıları, müraciətləri oxuduqdan sonra digər tərəfi- Qızılhacılı kənd bələdiyyəsinin sədri Səbinə Həsənovanı dinləmək, yazıda göstərilən nüanslara aydınlıq gətirilməsini istədik.
Bəri başdan qeyd edək ki, Neman Bayramovun müraciətində elə də ciddi fakt yoxdur. Adam yaşayış evi tikmək üçün kənd bələdiyyəsinə müraciət etdiyini və bələdiyyənin də ona torpaq vermədiyini göstərir.
Müasir dövrdə kəndlərdə belə bir problemin olmadığını, vətəndaşa ev tikmək üçün torpaq sahəsinin müraciət etdiyi andan az müddət keçincə verildiyini bilməyən yoxdur. Çünki sovetlərdən qalma kolxoz mülkiyyəti anlayışı aradan qalxmış, bu hüquq bələdiyyələrə verilmişdir. Ona görə də Neman Bayramovun şikayət müraciətindəki nüansları araşdırmaq məqsədilə Qızılhacılı kənd bələdiyyəsinin sədri Səbinə Həsənova ilə əlaqə saxladıq.
Səbinə xanım bizi səbrlə dinlədikdən sonar verdiyimiz suallara belə aydınlıq gətirdi:
-Əvvala qeyd edim ki, kənd sakinlərinə ev tikmək, təsərrüfat yaratmaq üçün torpaqların verilməsində heç bir problem yoxdur. Bildiyiniz kimi, hər bir bələdiyyənin ərazisində bu məqsədlə torpaq sahələri var və vətəndaşın müraciətindən sonra müvafiq qərara əsasən sənədləşşmə işləri aparıldıqdan sonra vətəndaşa ev tikmək üçün torpaq sahəsi ayrılır.
Neman Bayramova kimin, hansı vədi verdiyini bilmirəm, lakin onun ərizəsinə bələdiyyənin 15.09.2021-ci il tarixli iclasında baxılmış, həyətyanı təsərrüfatın yaradılması üçün torpaq sahəsinin verilməsi üçün ilkiin sənədləşmə işlərinin başlanması barədə qərar qəbul olunmuşdur. Lakin Neman Bayramov ərizəbazlıq mərəzindən xilas ola bilmədiyindən həmin torpaq sahəsini bəyənməyərək başqa yerdən torpaq ayrılmasını tələb etmişdir. Ona izah olunmuşdur ki kəndin sosial-inkişaf planına əsasən həmin ərazidəki torpaqların paylanması üçün müvafiq sənədləşmə işləri aparılmalı, digər aidiyyati orqanların müvafiq qərarı ilə həmin məqsəd üçün bələdiyyənin sərəncamına torpaq sahəlkəri verilməlidir. Məlumdur ki bu proses necə gəldi baş vermir. Bununla bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırılmışdır. Əgər Neman Bayramov həmin ərazidən torpaq istəyirsə bu prosedur qaydaların başa çatmasını gözləməlidir. Lakin N.Bayramov “mən belə istəyirəmsə belə də olmalıdır” prinsipi ilə hərəkət edir, müxtəlif orqanlara, Prezidentə, nazirliklərə, Ombdusmana əsası olmayan ərizələrlə müraciət edir.
Bir sözlə, bu adam indiyə qədər, necə deyərlər, bu sahədə “ixtisaslaşıb”. Belə ərizələri, davranışları ilə kifayət qədər məşhurlaşmış Neman Bayramov Qazax rayon məhkəməsinin 28.08.2012-ci il tarixlıi qərarı ilə Cinayət Məcəlləsinin 178.2 ,178.2.4 (dələduzluq) maddəsinə əsasən təqsirli bilinərək 1000 manat cərimə olunmuş, Goranboy rayon məhkəməsinin 23.06.2014-cü il tarixli hökmü ilə CM-nin 178.2.2 178.2.4 (dələduzluq)maddələri ilə , yenə Goranboy rayon məhkəməsinin hökmü ilə CM-nin 178.2.2 ( dələduzluq, təkrar törədildikdə) 2 il 5 ay 28 gün həbs olunmuşdur.
Ona görə də Neman Bayramovun ərizələrini, müraciətlərini dərc etməzdən əvvəl qarşı tərəfin də dinlənilməsi məqsədəuyğundur.
Hər bir halda Neman Bayramov bu kəndin sakinidir. Torpaq almaq, ev tikmək, həyətyanı sahə yaratmaq onun konstitusion hüquqlarından biridir. Kimsə onun bu hüququnu pozmaq marağında və həvəsində deyildir. Lakin qanun tələb edən, qanunlara riayət edilməsini istəyən şəxs də addımlarını bu istiqamətdə atmalıdır. Bələdiyyə gözüyumulu qərar verə bilməz.Torpaqlar təyinatı üzrə istifadə edilir. Hər hansı torpağın təyinatını isə bələdiyyələr yox, müvafiq orqanlar müəyyən edir. Seçkili orqan olsa da, torpaq üzərində sərəncam və qərar versə də bu proseslər qanun çərçivəsində aparılır, nəinki kiminsə arzu və istəyi ilə yox.
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
8-08-2026, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
8-08-2026, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
8-08-2026, 10:41
Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
8-08-2026, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
8-08-2026, 10:34
Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
8-08-2026, 10:29
“Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
8-08-2026, 10:24
Yaşasaydı, 35 yaşı olacaqdı…
8-08-2026, 10:07
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
8-08-2026, 09:44
Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
8-08-2026, 09:34
Mövsümə Ronaldosuz başlayacaqlar
8-08-2026, 09:30
Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
8-08-2026, 09:00
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
7-08-2026, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
7-08-2026, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
7-08-2026, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
7-08-2026, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
7-08-2026, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
7-08-2026, 13:26
Media və Yayım Şurası yaradıldı
7-08-2026, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
7-08-2026, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
7-08-2026, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
7-08-2026, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
7-08-2026, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
7-08-2026, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
7-08-2026, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
7-08-2026, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk