Azərbaycan–Qazaxıstan: Şərqi Zəngəzurun Naxçıvanla birləşdirilməsi Orta Dəhlizin tərkib hissəsi olacaq
sosial
Oxunub: 434 049
26 авг 2022 | 19:40
Azərbaycan–Qazaxıstan: Şərqi Zəngəzurun Naxçıvanla birləşdirilməsi Orta Dəhlizin tərkib hissəsi olacaq


Azərbaycana dost və qardaş ölkə olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin 2022-ci il 24 avqust tarixində ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə ikitərəfli gündəliyin aktual məsələlərinə, regional təhlükəsizliklə bağlı məsələlərə, beynəlxalq problemlərə dair ətraflı danışılar aparıldı, çoxlu sənədlər imzalandı. Onlardan bəziləri hər iki ölkə başçılarının iştirakı ilə, 20-dən çox sənəd isə həmin gün müvafiq strukturlar arasında imzalandı. Ölkələr arasında münasibətlərin daha geniş hüquqi bazasını yaradan həmin sənədlərin hər birinin böyük əhəmiyyəti var.

Prezidentlərin və hər iki ölkənin hökumət nümayəndələrinin görüşlərində nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar ətrafında danışıqlar aparıldı. Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, tranzit potensialının yüksəldilməsi barədə söhbət gedir. Müvafiq orqanlar artıq müəyyən vaxtdır ki, bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirlər. Həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın mühüm rol oynadıqları Orta Dəhliz layihəsi çox böyük perspektivə malikdir.

Prezidentlər hər iki ölkənin hökumət üzvlərinə nəqliyyat-loqistika sahəsində əlaqələri intensivləşdirmək barədə müvafiq tapşırıqlar verdilər. Orta Dəhlizin buraxıcılıq qabiliyyətini daha da artırmaq üçün əməkdaşlığın gələcək istiqamətləri müəyyən edildi.

Xatırlatmağa dəyər ki, iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığa xüsusi önəm verilməsi təsadüfi deyil. Belə ki, Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hər iki ölkənin marağı bu tranzit xəttin imkanlarından səmərəli şəkildə faydalanmaqdır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına müsbət təsir göstərir.
Azərbaycan və Qazaxıstan ərazisindən keçən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun rəqabət qabiliyyətinin artırılması və bu marşruta beynəlxalq yükdaşımaların cəlb edilməsi üçün işlər uğurla davam etdirilir.

Diqqətəlayiq haldır ki, avqustun 24-də imzalanan “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”də Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edildi ki, bu da Orta Dəhlizin tərkib hissəsi olacaq.
Görüşdə həmçinin gələcək iqtisadi-ticari əməkdaşlığın bəzi istiqamətləri barədə fikir mübadiləsi aparıldə, qarşılıqlı tədarüklərin artırılması məsələsi müzakirə olundu. Qeyd edildi ki, cari ilin birinci rübündə ölkələr arasında ticarət dövriyyəsi keçən ilki göstərici ilə müqayisədə 3 dəfə artmışdır və əmtəə dövriyyəsinin artırılması üçün hələ böyük ehtiyatlar var. Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti, xarici investisiyaların böyük həcmi var. Bu istiqamətdə də səyləri birləşdirməyin, Azərbaycanda, Qazaxıstanda, ola bilsin, başqa ölkələrdə də birgə investisiya layihələrində iştirak etməyin vaxtı yetişib. İki ölkə arasında 1 milyard dollar dəyərində əmtəə dövriyyəsi tərəflərin qarşılıqlı fəaliyyəti dərinləşdirmək niyyətini nəzərə almaqla, tamamilə realdır. Qeyd olundu ki, Qazaxıstanın taxıl, buğda, kənd təsərrüfatı məhsullarının digər növlərini tədarük etmək imkanı var. Eyni zamanda, Qazaxıstanda Azərbaycandan kənd təsərrüfatı məhsullarını, yəni, meyvə-tərəvəz məhsullarını idxal etməyə ehtiyac var.
Qeyd etmək lazımdır ki, Azərbaycanla Qazaxıstan arasında ticari-iqtisadi əməkdaşlıq sahəsində ötən illər ərzində uğurlu göstəricilər əldə edilib. Ticari-iqtisadi əlaqələrin davamlı genişləndirilməsi məqsədilə mühüm addımlar atılıb. Azərbaycan şirkətlərinin Qazaxıstanda həyata keçirilən infrastruktur layihələrində və digər istehsal sahələrində iştirakının təmin edilməsi üçün qarşılıqlı məlumat mübadiləsi aparılır. Azərbaycanın sənaye parklarının məhsullarının Qazaxıstan bazarına çıxarılması, həmçinin qazax şirkətlərinin ölkəmizdə birgə müəssisələrin yaradılmasına cəlb edilməsi, neft və neft məhsullarının ticarətinin genişləndirilməsi məsələləri də diqqət mərkəzində saxlanılır.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq