Aqiyə Naxçıvanlı: Ulu Öndərin Naxçıvanda qaldırdığı üçrəngli bayrağımız bu gün artıq Qarabağda dalğalanır
sosial
Oxunub: 263 954
30 авг 2022 | 10:52
Aqiyə Naxçıvanlı: Ulu Öndərin Naxçıvanda qaldırdığı üçrəngli bayrağımız bu gün artıq Qarabağda dalğalanır


1991-ci ilin 3 sentyabr tarixi Azərbaycan xalqının, Azərbaycan dövlətinin taleyində həyati əhəmiyyət kəsb edən həlledici günlərdən biri olmuşdur. Məhz həmin gün Azərbaycan xalqının xilaskar oğlu, ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilmişdir. Bu hadisə müasir Azərbaycanın müstəqillik yollunda atılan ən mühüm və əlamətdar addım idi. Bu tarixi hadisədən bir il əvvəl, 1990-cı il noyabrın 17-də isə Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi ilə ulu öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Həmin sessiyada müzakirə olunan məsələlər və qəbul edilən tarixi qərarlar, Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini qoymaqla ümumilikdə Azərbaycanın müstəqilliyinə və suverenliyinə dəqiq hesablanmışdı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

O, öz açıqlamasında xüsusi olaraq qeyd edib ki, Ulu Öndərin Naxçıvanda hakimiyyətə gəlməsi Muxtar Respublikanın xilasını və sonrakı dirçəlişini təmin edən əsas amil olub. “Müharibənin davam etdiyi, sənaye və ilkin tələbat mallarının, hətta ərzaq məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin pisləşdiyi blokada şəraitində Naxçıvan Ali Məclisinin Sədri seçilən ulu öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində, ilk növbədə, Muxtar Respublikada sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Məlumdur ki, ümummilli lider Heydər Əliyev həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması məqsədilə tarixi əhəmiyyət kəsb edən misilsiz işlər görüb. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyimizi təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri danılmazdır və misilsizdir. O cümlədən, 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində və sosial-iqtisadi durumunun bərbad olduğu bir vaxtda hakimiyyətin muxtar qurum üzərindən qurmağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşmağa doğru istiqamət aldı”, - deyə A.Naxçıvanlı bildirib.

Daha sonra deputat qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağının 1990-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilməsi Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasına gedən yolda atılan ən mühüm addımlardan biri olub.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edildi. Bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etdi. 1991-ci il oktyabr ayının 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib. Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra dövlət bayrağı milli suverenliyin rəmzi kimi ölkəmizin hər bir vətəndaşı üçün müqəddəs dövlət atributlarından birinə çevrilib. Ulu öndər Heydər Əliyev bu barədə demişdir: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”. Bu gün müqəddəs üçrəngli bayrağımız artıq Qarabağda, Laçında, Şuşada və işğaldan azad edilmiş bütün rayon və şəhərlərimizdə dalğalanır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hələ 2016-cı ilin aprel qələbəsində Azərbaycan Ordusunun xidmətlərini yüksək qiymətləndirərək demişdi: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir... Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir. Necə ki, keçən il azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır”. Bu gün artıq sadəcə Azərbaycan xalqı deyil, bütün dünya möhtərəm dövlət başçımızın dediyi hər kəlmənin, verdiyi hər bir sözün zamanı gəlincə danılmaz reallığa çevrildiyinin şahididir”, - deyə Aqiyə Naxçıvanlı öz fikirlərini tamamlayıb.
Сегодня, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Сегодня, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Сегодня, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Сегодня, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Вчера, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
Вчера, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Вчера, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Вчера, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Вчера, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Вчера, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Вчера, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Вчера, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Вчера, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Вчера, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Вчера, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq