ABŞ və Qərb Paşinyanı qoruya bilmir: Rusiya isə onun devrilməsində maraqlıdır
siyaset
Oxunub: 271 779
16 сен 2022 | 10:00
ABŞ və Qərb Paşinyanı qoruya bilmir: Rusiya isə onun devrilməsində maraqlıdır


Ermənistan baş naziri Nikol Paşinyan hakimiyyətini itirmək və ya ümumiyyətlə, fiziki cəhətdən aradan götürülmək təhlükəsi qarşısında radikal-revanşistlərin təsiri altına düşməyə başlayıb... Paşinyan hakimiyyəti devrilərsə, onu əvəzləyəcək erməni revanşistlərə Azərbaycanın yenə də "dəmir yumruq" təlimini bir neçə dəfə təkrarlaması lazım gələcək...

"Musavat.com xəbər verir ki, Ermənistan daxili xaos mərhələsinə doğru sürətlə yaxınlaşır. Hazırda Ermənistanı kütləvi etiraz dalğası bürüyüb. Azərbaycanın sarsıdıcı “dəmir yumruq” zərbəsi Ermənistanı əməlli-başlı qarışdırıb. Ona görə də, Paşinyan hakimiyyəti savaş meydanındakı növbəti ağır məğlubiyyətdən sonra indi həm də daxili siyasi mübarizə arenasında çıxılmaz vəziyyətə düşüb.

Maraqlıdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının artıq qaçılmaz olduğunu anlayır. Azərbaycan ordusunun sarsıdıcı zərbələrindən sonra erməni baş nazir Ermənistan cəmiyyətinə verdiyi siyasi mesajlarda bunu açıq şəkildə etiraf etmişdi. Və erməni toplumunu sülh sazişinin imzalanmasına hazırlamağa çalışmışdı.

Məsələ ondadır ki, baş nazir N.Paşinyan Azərbaycanla sülh sazişini imzalayacağını açıq mətnlə bəyan etmişdi. O, Ermənistanın dəhşətli hərbi itkilərindən danışaraq, sülh naminə çətin qərarlar vermək məsuliyyətini öz üzərinə götürdüyünü vurğulamışdı: “Amma bu, Ermənistanın dövlət maraqlarına zidd qərarlar demək deyil. Ermənistanın təhlükəsizliyini təmin etmək üçün bu qərarları verməliyik. Biz elə bir sənəd imzalamaq istəyirik ki, çoxları bizi qınayacaq, söyəcək, “xain” adlandıracaq, hətta xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq istəyəcək. Ancaq nəticədə, 29,8 min kvadrat kilometr əraziyə malik Ermənistan davamlı sülh və təhlükəsizlik əldə edərsə, məmnun olacağıq. Bunu təmin edəcək qərarı, çox açıq deyirəm, imzalayacağam”.

ABŞ və Qərb Paşinyanı qoruya bilmir: Rusiya isə onun devrilməsində maraqlıdır


Eyni zamanda, erməni baş nazir vurğulamışdı ki, onu özünün başına gələcəklər deyil, məhz Ermənistanın taleyi düşündürür. Ancaq baş nazir N.Paşinyan bu açıqlamasından çox qısa zaman ərzində imtina etməli oldu. Hətta bəyan etdi ki, heç bir sənəd imzalamaq niyyətində deyil.

Səbəbsə, çox sadədir. Erməni baş nazirin “imza açıqlaması”ndan dərhal sonra revanşist radikallar vəziyyəti qarışdırdılar, parlamentin ətrafında gərginlik yaratdılar. Nəticədə elə bir situasiya yarandı ki, baş nazir N.Paşinyan Ermənistanın taleyi deyil, məhz özünün başına gələ biləcəklər barədə düşünmək məcburiyyətində qaldı.

İndi belə anlaşılır ki, erməni toplumunun panik durumda olmasından istifadə edən revanşist-radikal siyasi dairələr Ermənistan ordusunun savaş meydanında növbəti dəfə darmadağın edilməsini öz maraqlarını reallaşdırmaq üçün bir fürsətə çevirməyə çalışırlar. Əslində, onların bununla bağlı təcrübəsi də olmamış deyil. Çünki, revanşist-radikallar 44 günlük savaşdakı məğlubiyyətdən sonra da Paşinyan hakimiyyətini devirməyə cəhd etmişdilər. Ancaq o vaxt baş nazir Nikol Paşinyan müxtəlif siyasi manevrlərlə öz hakimiyyətini qorumağa buna nail olmuşdu.

Ancaq indi Paşinyan hakimiyyətinin vəziyyəti daha acınacaqlıdır. Çünki, vaxtilə erməni baş nazir öz hakimiyyətini qorumaq üçün müəyyən müddət Rusiyaya sığınaraq, Kremlin dəstəyini də almağa nail olmuşdu. Bu dəfə isə situasiya əvvəlkindən qat-qat qəlizdir. Və bunda Rusiya-Ermənistan münaibətlərinin indiki durumunun birbaşa təsiri mövcuddur.

Məsələ ondadır ki, son vaxtlar Paşinyan hakimiyyəti Rusiya ilə münasibətləri ciddi şəkildə gərginləşdirən addımlar atıb. Hətta münasibətlər o qədər korlanıb ki, indi Kreml də Paşinyan hakimiyyətinin devrilməsində maraqlı görünür. Paşinyan hakimiyyətinin Rusiyadan uzaqlaşıb, yaxınlaşmağa çalışdığı ABŞ və Qərbin isə Ermənistanda strukturlaşmış siyasi müdaxilə mexanizmləri demək olar ki, yoxdur. Rusiya isə revanşist-radikallar da daxil olmaqla, Ermənistandakı əksər siyasi qüvvələrə nəzarət və təsir edə bilir.

ABŞ və Qərb Paşinyanı qoruya bilmir: Rusiya isə onun devrilməsində maraqlıdır


Bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyətinin devrilə biləcəyi qətiyyən istisna deyil. Ancaq bir önəmli məqam da var ki, baş nazir Nikol Paşinyan kifayət qədər hiyləgər siyasətçidir. Yəni, o, yenə də mövcud vəziyyətdən hansısa siyasi manevrlər ilə çıxa bilər.

Təbii ki, baş nazir N.Paşinyanın öz hakimiyyətini qoruya bilməsi müəyyən mənada, Azərbaycanın maraqlarına cavab verir. Çünki, erməni baş nazir ölkdaxili təzyiqləri aşa biləcəyi təqdirdə, Azərbaycanın diqtə etdiyi şərtlərlə sülh sazişinin imzalanmasına hazır görünür. Baş nazir N.Paşinyan proqmatik siyasətçidir və anlayır ki, Ermənistan dövlətçiliyini yalnız Azərbaycan ilə anlaşmaqla, sülh sazişini imzalamaqla, xilas etmək mümkün ola bilər. Əks halda, güclü Azərbaycanla hərbi-siyasi qarşıdurma zəif Ermənistanın geopolitik xəritədən silinməsi ilə nəticələnə bilər.

Digər tərəfdən, rəsmi Bakı indiyə qədər Paşinyan hakimiyyəti ilə sülh danışıqları aparıb. Bir çox məqamlar üzrə anlaşma ehtimalları da yaranıb. Və prosesin davam etməsi üçün baş nazir Nikol Paşinyanın hakimiyyətini qoruya bilməsi daha sərfəli variant kimi görünür.

Çünki, Paşinyan hakimiyyəti devriləcəyi təqdirdə, onu böyük ehtimalla radikal-revanşist siyasi düşərgə əvəzləyə bilər. Bu düşərgə isə daha çox populizm və uydurma “erməni iddiaları” üzərində fokslaşıb. Yəni, Ermənistanda revanşist-radikallar hakimiyyətdə olarsa, az qala hər şeyi yenidən başlamağa ehtiyac yarana bilər.

ABŞ və Qərb Paşinyanı qoruya bilmir: Rusiya isə onun devrilməsində maraqlıdır


Məsələ ondadır ki, ilk növbədə erməni revanşist-radikallara reallığı anlatmaq üçün Azərbaycanın yenə də "dəmir yumruq" təlimini bir neçə dəfə təkrarlaması lazım gələcək. Məhz "dəmir yumruq" təlimindən sonra erməni revanşist-radikallar da Paşinyan hakimiyyətinin indi tutduğu mövqeyə qayıtmalı olacaqlar. Və məcbur qalıb, Azərbaycanın diqtə etdiyi şərtlər üzərindən sülh sazişini imzalayacaqlar.

Təbii ki, yekun nəticə baxımından, Ermənistanda hakimiyyətdə hansı qüvvənin olması Azərbaycan üçün prinsipial əhəmiyyət daşımır. Ancaq sadəcə, zaman itkisinin qarşısının alınması baxımından, baş nazir Nikol Paşinyanın öz hakimiyyətini qoruya bilməsi daha çox sərfəli ola bilər. Hər halda, rəsmi Bakı erməni revanşistlərə “dəmir yumruq” təlimi keçməyə sərf etdiyi vaxtdan Azərbaycanın inkişafı üçün istifadə edə bilərdi.

Hələliksə, baş nazir N.Paşinyan hakimiyyətini itirmək və ya ümumiyyətlə, fiziki cəhətdən aradan götürülmək təhlükəsi qarşısında revanşistlərin təsiri altına düşməyə başlayıb. Bu baxımdan, Paşinyan hakimiyyətinin radikal düşərgənin öhdəsindən nə vaxt və necə gələ biləcəyi olduqca böyük önəm daşıyır.
Вчера, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Вчера, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Вчера, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Вчера, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
19-09-2026, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
19-09-2026, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
19-09-2026, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
19-09-2026, 09:32
Dünya bazarında neft ucuzlaşdı
19-09-2026, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
19-09-2026, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
19-09-2026, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq