İlham Əliyev: “Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq”
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hakimiyyətə gəldiyi vaxtdan etibarən qarşısında dayanan ən mühüm və məsuliyyətli vəzifə torpaqlarımızın erməni işğalçılardan təmizlənməsi idi. Cənab Prezident 17 il ərzində bunu Azərbaycan xalqına etdiyi müraciətlərində, mötəbər beynəlxalq kürsülərdəki çıxışlarında dəfələrlə bəyan etmiş, ölkəmizin haqq səsini dünyaya çatdırmaq üçün öz ailə üzvləri ilə bərabər bu mücadilənin önündə getmişdir. Uzun illər beynəlxalq səviyyədə həyata keçirilən irimiqyaslı layihələrin, tədbirlərin və icra olunan proqramların mahiyyətində və kökündə, təbii ki, birinci növbədə Qarabağın azad olunması dayanırdı. Bunu uzaqgörən liderin çıxışlarından aydın görmək olar. 2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi paradda dövlət başçısı çıxışında deyir: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orda qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Artıq həmin günün şahidi olduq.
İlham Əliyev prezident seçildikdən sonra xalqa verdiyi bütün sözləri reallığa çevirdi. 2016-cı il Aprel döyüşləri, daha sonra Günnütün azad olunması Böyük Zəfərin uzaqda olmadığına xalqımızda əminlik yaratdı. Bu gün Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uzun illər ərzində cənab Prezidentin ölkəmizin hərtərəfli inkişafı üçün gördüyü işlərin nəticəsidir. 44 günlük müharibə xalqın rəhbərinə inamını bir daha nümayiş etdirdi. Tərtərdə, Bərdədə, Gəncədə evləri dağıdılan yüzlərlə insan Prezidentə arxalandıqlarını bildirdilər. Evlərinin dağılmasına, həyatlarının təhlükədə qalmasına baxmayaraq yurdlarını tərk etmədilər, qələbə əzmi ilə yaşadılar. Bu, rəhbərə inam, Onun arxasında olmaq deməkdir. Çünki bu insanlar cənab Prezidentin verdiyi sözlərə əməl etdiyinin şahidi olan insanlardır.
Qarabağ müharibəsi onu təsdiq etdi ki, xalq-dövlət birliyindən güclü qüvvə ola bilməz. Elə bu qüvvə də qələbəmizin səbəbkarı oldu. Bu baxımdan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 27 sentyabr -Anım Günündə Füzuliyə və Şuşaya səfərləri, Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət etmələri və həmin yerdə cənab Prezidentin çıxış etməsi rəmzi məna daşımaqla bərabər, bir neçə mühüm əhəmiyyəti özündə birləşdirir. Belə ki, cənab Prezident səfəri ilə öz şəhidinə verdiyi yüksək dəyəri və onları ailələrinə olan mənəvi borcu bir daha xatırlatdı və milli həmrəyliyin Azərbaycan xalqının təbii güc mənbəyi olduğunu göstərdi.
Şəhidlərimizin şərəfinə, əziz xatirələrinə Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılmış bu abidənin öz rəmzi mənası var, bura müharibənin ilk günündə azad olmuş və ilk şəhid verilən kəndlərimizdəndir. Azərbaycan əsgəri və zabiti öz canını Vətən yolunda fəda edərək, xalqımızın əyilən qəddini düzlətdi, başını dikəltdi, bizi əbədi olaraq öz doğma torpaqlarımıza qaytardı. Bu Azərbaycan əsgərinin qəhrəmanlıq dastanı idi. Prezident İlham Əliyevin dediyi kimi, “Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq”. Bu çətin və tarixi vəzifəni yerinə yetirərək, xalqımız döyüş meydanında düşməni məğlub edərək öz haqqını bərpa etdi, “yenilməz və qorxmaz erməni ordusu” mifini dağıtdı.
Ramil Babayev,
Salyan rayon Sarvan kənd tam orta məktəbin direktor əvəzi
Сегодня, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Сегодня, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Сегодня, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Сегодня, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Сегодня, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Сегодня, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Сегодня, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
