"Arutyunyan tezliklə öz separatçıları ilə birgə Xankəndindən qaçacaq..." - Başqa yolu YOXDUR!
medeniyyet
Oxunub: 330 441
10 окт 2022 | 15:30
"Arutyunyan tezliklə öz separatçıları ilə birgə Xankəndindən qaçacaq..." - Başqa yolu YOXDUR!


Haylardan adam olmayıb, olmayacaq da. Bunu illər, əsrlər çoxdan təsdiq edib. Elə indi də bu “məzlumlar” illəri, hətta əsrləri səhv salıb 34 il geriyə - ötən əsrin 88-ci ilinə qayıtmaq istəyirlər. Ancaq unudurlar ki, nə il o ildir, nə də dövran o dövran.

Azərbaycan prezidentinin Praqada “Qarabağdakı ermənilər Azərbaycan vətəndaşıdır və bunu qəbul etməyənlər başqa yaşayış yeri seçə bilərlər” bəyanatından və Paşinyanın regionda reallığın dəyişdiyi və Xankəndi ilə bağlı İrəvanın heç bir addım atmayacağını deməsindən sonra separatçılar haray-həşir salıblar.

Diqqət edin, “əldəqayrılmışlar” yenə köhnə havalarında qalaraq - “öz müqəddəratını təyin etmə”, “ermənilər Azərbaycan vətəndaşı kimi yaşamaq istəmir”, “müstəqil arsax”, “Kosova olmağı tələb edirik” və “Minsk qrupu alternativsizdir” kimi şüarlarla aləmə car çəkirlər.
Separatçı-terrorçulara dəstək olaraq bütün ermənilərin katolikosu və ya “katalizatoru” II Qareginin İrəvanda keçirilən ümummilli xeyriyyə ittifaqının illik yığıncağında çıxış edərkən, “Dünyada bizim tələblərimizlə aparılan, çoxdan gözlənilən sülh prosesi Ermənistanın ərazi bütövlüyü, Artsaxın statusu və regionda uzunmüddətli sabitlik ilə bağlı ciddi çaşqınlıq doğurur”, - deməsi, ruhsuz ruhaninin beynəlxalq hüquqa mozə oxuması kimi görünür. Onun fikrincə Azərbaycanla Ermənistan arasında danışıqların indiki mərhələsi erməni xalqına yeni itkilər vəd edir. Qaregin “Ümummilli xeyriyyə ittifaqı bütün dünyada öz strukturları və filialları ilə milli vəzifələrin həlli və Ermənistanın problemlərinin ədalətli həllinə nail olmaq üçün ardıcıl səylər göstərməlidir”, – deyə dünya haylarını “nəzir-niyaz” yığmağa səsləyir.
Ancaq bu “ruhsuz” anlamır ki, Praqada qəbul edilmiş bəyanatda “Azərbaycan və Ermənistan BMT Nizamnaməsinə və 1991-ci il “Alma-Ata bəyannaməsi”nə - “bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyi”ə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır”, deyiləndə nə hansısa ölkənin hüququ pozulur, nə də hansısa itikidən bəhs edilir. Əksinə, Ermənistanın işğalçı siyasətilə 30 ildən artıq bir müddətdə hüququ pozulmuş Azərbaycanın suverenliyi bərpa olunur.
Tarixboyu erməni terrorçuluğunun beşiyi olan kilsədən fərqli olaraq Xankəndində vəziyyət sözün əsl mənasında “uruscağdır”. Belə ki, burada mitinqçilər Praqa danışıqları ilə bağlı Araik Arutyunyandan bəzi suallarına cavab almaq istəsələr də, “separatçıbaşı”nın guya Xankəndidə olmadığı bəhanəsilə üzə çıxmaması görünür əsassız deyil.
Əslində, Araikin bir neçə gün öncə öz facebook səhifəsində geniş “bəy tərifi” ifadələrilə “vətənə və xalqa sədaqətli, xeyriyyəçi, ictimai xadim” adlandırdığı Rusiyadan gəlmiş və ya göndərilmiş Ruben Vardanyana “Artsax respublikasının dövlət naziri” vəzifəsini tutmağı təklif etməsi, çox mətləbdən xəbər verir. “Separatçıbaşı” erməni hiyləgərliyinə uyğun olaraq hazırki “dövlət naziri” Artak Beglaryanın da könlünü xoş edərək, “Əlbəttə ki, bu o demək deyil ki, mən mövcud dövlət naziri Artak Beglaryanın işini səmərəsiz hesab edirəm, amma hazırkı çağırışları nəzərə alaraq hesab edirəm ki, ümummilli səyləri birləşdirmək lazımdır”, - deyə saman altından su yeridir.
Elə Artak Beglaryanın da Araikin Ruben Vardanyana etdiyi təklifinə canidildən “züy” tutması və “həmvətənlilərinə” 4 bənddən ibarət ürəkdolu müraciəti səbəbsiz deyil. Bu, o deməkdir ki, Arutyunyan mövcud durumdan kifayət qədər məlumatlıdır və o, illərdir aldadılan Qarabağ erməniləri qarşısında məsuliyyəti üzərindən atmaq üçün tezliklə öz separatçıları ilə birgə Xankəndindən qaçacaq. “İctimai xadim” Vardanyan isə hələlik “duza gedir”. Duz yükünün ağır olduğunu isə o, tezliklə qanacaq.
Ancaq, rəsmi Bakı Xankəndindəki separatçıların, eləcə də mitinq keçirməklə ötən əsrin 88-ci ilinə dönmək istəyənlərin “kürkünə saldığı birəni” daha da çoxaltmalıdır. Bakı separatçıları “rahatlayıb” arxayınlaşdıran rusiyalı “məramı sülhlərə” üçtərəfli məlum bəyanatın 4-cü bəndinin icra edilməsi ilə bağlı sonuncu dəfə xəbərdarlıq etməlidir. Qoy, separatçı-terroçular bundan sonra rusların arxasında əyilib gizlənə biləcəklərinə ümid bəsləməsinlər. Əks təqdirdə əyilib-düzəlməkdən “Krım mostu” kimi öz “mostlarının qaçacağına” əmin olsunlar.

Mübariz Azərbaycanlı, müstəqil jurnalist //moderator.az//
Вчера, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Вчера, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Вчера, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Вчера, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
19-09-2026, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
19-09-2026, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
19-09-2026, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
19-09-2026, 09:32
Dünya bazarında neft ucuzlaşdı
19-09-2026, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
19-09-2026, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
19-09-2026, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq