Şərəfli peşəyə yiyələnən Aytən Xələfova bu işin müqəddəsliyini qoruyub saxlayır
sosial
Oxunub: 404 731
21 окт 2022 | 13:56
Şərəfli peşəyə yiyələnən Aytən Xələfova bu işin müqəddəsliyini qoruyub saxlayır


Azərbaycan səhiyyəsinin günü-gündən inkişaf etməsi göz qabağındadır. Səhiyyənin və eləcə də bütünlükdə tibb ocaqlarının tərəqqi və inkişaf etməsi haqqında danışdıqda, ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncam və fərmanların nə qədər böyük əhəmiyyət daşıdığını görürürük. Bu sərəncam və fərmanlar nəticəsində dünya standartlarına cavab verən klinika və xəstəxanalrı, ambulator və poliklinikaları, qospital və tibb məntəqələrini göz önünə gətirmək kifayətdir.
Belə ki, yeni tikilən tibb ocaqları ilə bərabər həm də yüksək səviyyədə təmir və bərpa olunmuş xəstəxanalar bu gün öz vətəndaşlarına xidmət göstərirlər. Ölkəmizdəki onlarla səhiyyə və tibb ocaqlarında fəaliyyət göstərən həkimlərin böyük bir hissəsi, dünyanın ən qabaqcıl universitet və akademiyalarında təhsillərini almış mütəxəssislərdir. Bu mütəxəssislərin əksəriyyəti təhsillərini başa vurduqdan sonra ölkəmizə qayıdaraq xalqımıza xidmət etməkdədirlər.

Bu gün biz inamla deyə bilərik ki, ölkəmizdə onlarla, bəlkə də yüzlərlə savadlı, bacarıqlı, yüksək ixtisaslı həkimlərimiz vardır. Hətta, xarıcı dövlətlərdən belə müayinə olunmaq üçün Azərbaycana gələrək bizim həkimlərimizə müraciət edən yüzlərlə vətəndaşlar vardır.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Respublika klinik xəstaxanasının həkim Nevroloq Aytən Xələfovanın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Respublika klinik xəstaxanasının həkim Nevroloq Aytən Xələfovadır.

Respublika klinik xəstaxanasının həkim Nevroloq Aytən Xələfova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Aytən Xələfova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Respublika klinik xəstaxanasının həkim Nevroloq Aytən Xələfovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

İntertv.az olaraq, Respublika klinik xəstaxanasının həkim Nevroloq Aytən Xələfovanın ad günü münasibəti ilə təbrik edir, dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Сегодня, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Сегодня, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Сегодня, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Сегодня, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Сегодня, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Сегодня, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Сегодня, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...