211 saylı məktəb rəhbərliyindən daha bir yanlı. addım .. - VİDEO
sosial / video
Oxunub: 678 437
28 окт 2022 | 15:19
211 saylı məktəb rəhbərliyindən daha bir yanlı. addım .. - VİDEO


Bir neçə gün əvvəl Bakı şəhəri A.Abdullayev adına 211 nömrəli tam orta məktəbdə baş verən qanunsuzluq halları, barəsində "DogruXeber.az" informasiya portalında məlumat yayımlamışdıq. Eyni zamanda sözügedən məktəbin müəllimləri Ayna Əmirova və Kəmalə Əzimzadə "Kanal14" YouTube kanalında "Kamalın zamanı" proqramında direktor Həcər Mahmudovanın qanunsuz əməlləri barəsində bir neçə açıqlamalar vermişdilər.





Ayna Əmirovanın redaksiyamıza bildirdiyinə görə məsələ barəsində mediaya müraciət etdiyinə və Ziyafət Qurbanova adlı xanımdan onu işə götürmək üçün aldığı 4.000 (dörd min) manat rüşvət barəsində açıqlama verdiyinə görə, ertəsi gün Ziyafət xanım Qurbanova məktəbə gəlib, Ayna Əmirovaya "onunla olan söhbətini ictimailəşdirdiyinə görə sərt sözlər deyib, hətta xanımın bildirdiyinə görə onu təhdid edib.

Qeyd edək ki, Ayna Əmirovanın redaksiyamıza təqdim etdiyi səsli mesajlarda Ziyafət xanım bildirir ki, "Məndən 4.000 (dörd min) manat alıb, söz verdilər ki, laborant işinə düzəldəcəklər. Mən də verdim. Gəlib işləyirəm, bir də portalda baxıram xadimə ştatındadır adım. Mənə dedilər gözlə olacaq, gözlə olacaq... Baxdım, heç nə olmur, sentyabrda ərizəmi yazıb, çıxdım. Düzdür, pulumun yarısını geri aldım, qalanını da dedilər verəcəklər".

Məsələ ictimailəşdirildikdən və Ziyafət xanımın məktəbə gəlişindən sonra məlum olub (daha doğrusu, Ziyafət xanım belə iddia edir) ki, sən demə o "zarafat edir"miş. Ayna xanım da bu "zarafat"ı yanlış anladığı üçün, gülmək əvəzinə, korrupsiya halı olduğunu düşünüb və aidiyyatı qurumlara, həmçinin mediyaya bu barədə məlumat verib.

Yeri gəlmişkən, Ayna Əmirovanın və Kəmalə Əzimzadənin "Kanal14" YouTube kanalımızdakı açıqlamalarından sonra, studiyada səsləndirilən qanunsuzluq halları barəsində "DogruXeber.az" olaraq, aidiyyatı qurumlara rəsmi müraciətlər göndərərək, məlumat verdik. Bundan sonra aidiyyatı qurumlar məsələyə necə yanaşdıqları, hansı formada reaksiya verdiklərini deyə bilmərik, çünki, özləri bu barədə hələ ki, redaksiyamıza məlumat verməyiblər.

Lakin, görünür sözügedən məktəbin direktoru məsələdən bərk narahat olub ki, artıq vəzifədə qalmaq üçün hər vasitəni sınaqdan keçirməyə qərar verib. Odur ki, 26.10.2022-ci il tarixində axşam saatlarında belə bir məlumat aldıq ki, direktor Həcər Mahmudova və müavini Şəfəq Balıyevanın təşəbbüsü ilə məktəbin müəllimləri bir neçə gündür votsap statuslarında paylaşım edərək, bütün müəllimləri, texniki işçiləri, həmçinin valideynləri Həcər Mahmudovanın vəzifədə qalması tələbi ilə bu gün saat 14:00-da Bakı şəhəri Təhsil İdarəsinin qarşısında toplaşıb, aksiya keçirməyə dəvət edirlər.

Qanunsuz əməllərinə görə vəzifəsinə təhlükə yaranan xanım direktor vəzifədə qalmaq üçün görmək istədiyi bu tədbirlə də qanuna zidd addım atdığının fərqində belə deyil. Bir neçə nəfərin özü də dövlət qurumu qarşısında toplaşmaq - ictimai asayişi pozmaq özü də xəta üstünə xəta etməkdən başqa bir şey deyil.

Beləliklə, biz "aksiya" adı ilə planlaşdırılmış bu məsələdən axsam saatlarında xəbərdar olduq, ertəsi gün səhər saatlarında Bakı Şəhər Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və digər aidiyyatı qurumlara qanunsuz toplaşaraq, ictimai asayişin pozulmasının planlaşdırıldığı, həmçinin yeri və saatı barəsində məlumat verdik.

Lakin, görünür Bakı Şəhər Təhsil İdarəsi də başda olmaqla xəbər verdiyimiz qurumların heç biri bu piketi təşkil edən məktəb rəhbəri və müavininə söz keçirməyə qadir deyilmiş ki, sözügedən piketin
iştirakçıları deyilən saatda və deyilən ünvanda toplaşdılar. Yəni, bu qurumların heç biri planlaşdırılmış qanun pozuntusundan xəbərdar etdiyimiz halda belə yerindəcə qarşısı alınmadı.

Söz yox ki, piket başladıqdan sonra polislər tərəfindən dağıdıldı. Lakin, bu yuxarıda qeyd etdiyimiz kimi xəbər verdiyimiz qurumların verilən məlumata səhlənkar yanaşdığının göstəricisi idi ki, planlaşdırılmış tədbir baş tutduqdan sonra, dağıdılıb.

Qanunsuz əməllərinin üzərinə birini də əlavə edən direktor və müavini barəsində bundan sonra hansı tədbirlərin görüləcəyi barəsində növbəti günlərdə məlumat verəcəyik.

P.S: Bildiririk ki, haqqında bəhs etdiyimiz direktor Həcər Mahmudovanın mobil nömrəsinə bu dəfə də mövqe öyrənmək üçün dəfələrlə zəng etdik. Lakin, yenə də Həcər xanım telefona cavab vermədi. Görünür, mətbuata verəcək açıqlaması, deyəcək sözü yoxdur.

Necə deyərlər, "Susmaq razılıq əlamətidir". Həcər xanım da susaraq, haqqında verilən bütün məlumatları etiraf edir.
Pis işin üzü qara olsun...

Mövzu diqqətimizdədir !

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Сегодня, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Сегодня, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Сегодня, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Сегодня, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Сегодня, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Сегодня, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Сегодня, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Сегодня, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Сегодня, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Сегодня, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Сегодня, 11:54
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Сегодня, 11:50
Mərkəzi Bank manatla bağlı qərar verdi
Сегодня, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Сегодня, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Сегодня, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Сегодня, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Сегодня, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Сегодня, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Сегодня, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Сегодня, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Сегодня, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Сегодня, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Вчера, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Вчера, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Вчера, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Вчера, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Вчера, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR