Azərbaycan xalqının sərvətlərini çapıb-talayan, millətin qanı üzərində milyardların sahibi olan Rüstəmovlar və Əhmədzadələr ailəsi!
Bildiyiniz kimi, Mərkəzi Bankın rəhbəri Elman Rüstməvov Şuşada filial açmaq istəyirdi və dünən Prezident İlham Əliyev məhz buna görə onu sərt şəkildə tənqid etdi. Görünür, E.Rüstəmov orada Bankın filialı ilə bərabər özünə imarət də ucaltmaq istəyirmiş. Amma onun bu arzusu gözündə qaldı.
Fotodakı Elmar Rüstəmov və onun qudası - Su və Meliorasiya Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadədir. E.Rüstəmovun qızı Günel Rüstəmova Ə.Əhmədzadənin oğlu Cuma Əhmədzadə ilə ailə qurub.
Azərbaycanda öz vəzifələrini qorumaq üçün məmurların "nikah dipolomatiyası"ndan istifadə etməsi heç kəsə sirr deyil. Bir məmur başqa bir məmurla qohum olur və öz mövqeyini daha da gücləndirir. Bunlar da belə ediblər.
Əhmədzadələr və Rüstəmovlar ailəsinin ölkədə və xaricdə milyardlıq sərvətləri var. Ancaq biz onlardan hələki cəmi birini sizə təqdim edirik:
Ə.Əhmədzadənin oğlu Cumanın "Lipno Investment s.r.o." şirkətinin sənədləri 2019-cu il iyun ayının 4-də Çexiyanın Maliyyə Nazirliyinə təqdim olunub. Şirkətin aktivləri 2 milyon 89 min dollar, bundan başqa şirkətin qeyri-maddi mal varlığı 1 milyon 860 min dollar təşkil edir.
"Lipno Investment s.r.o." adlı bu şirkət 2017-ci ildə Cuma Əhmədzadənin və onun həyat yoldaşı Günel Rüstəmovanın (ər-arvad) şərikli sahibi olduqları ALPS sro şirkəti (bu şirkətin aktivləri 1,5 milyon dollar təşkil edir) üzərindən təsis edilib.
Bu şirkət Cuma və Günelin Avropada sahib olduqları onlarla şirkətdən biri, sərvətlərinin bir damcısıdır.
Rüstəmovlar ailəsinin sahib olduqları villalar, mülklər barədə yazacağıq. Amma öncə onun qudası Ə.Əhmədzadənin sərvətlərinin siyahısını təqdim edirik:
VİLLA və MƏNZİLLƏR
Qax rayonu, İlisu kəndində dəbdəbəli villa;
Zaqatalada 1 hektarlıq sahədə, 5 milyon manatlıq villa;
Londonda "69-70 Princes GateKnightsbridge, SW7 2PA” ünvanında 6-cı, 7-ci və 8-ci mərtəbələrdən ibarət malikanə;
Kiprdə dəbdəbəli malikənə;
Bakıda, Yasamal, Zahid Xəlilov küç. ev 68, mənzil 88;
Bakı, Binəqədi rayonu, S,S, Axundov küç, ev 1/2 ünvanda mənzil;
Qax, M.F. Axundov küç, ev 15 ünvanında mənzil;
Zaqatala, Car küç. ev 3A ünvanda mənzil.
HOTELLƏR və RESTORANLAR:
Qaxda "El Resort” otel kompleksi;
Qax, İlisu kəndində "Yurd Hotel” istirahət kompleksi;
İlisu kəndində "Yaşıl Park” otel kompleksi;
"Səngər Qala” otel kompleksi,
"Ulu Dag” oteli,
Qax rayonu, Eden Park Hotel;
Qax, Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan "Residence” ailəvi istirahət mərkəzi.
Bakı, Koroğlu Rəhimov küçəsindəki "Növbahar” Restoranı
Bakıda "Zakura Yapon mətbəxi” restoranı
YERLİ ŞİRKƏTLƏRİ və OBYEKTLƏRİ:
Qax Fındıq Zavodu;
Qax rayon taxıl məhsulları kombinatı;
Qax Rayon Avtovağzalı;
"ULUYURD” şirkətlər qrupu:
"Advisors CO.” şirkəti;
"Proyekt”, MMC şirkət;i
"Çağdaş" MMC şirkəti;
"Elit-R1" MMC şirkəti;
"Muğal” Məhdud Məsuliyyətli Cəmiyyəti;
"Corasuni” Məhdud Məsuliyyətli Cəmiyyəti;
"İlisu Uludağ Turizm və İstirahət Kompleksi”;
XARİCDƏ OLAN ŞİRKƏTLƏRİ:
Çexiyada "ALPS s.r.o.” şirkəti;
İngiltərədə "GYUNEL LİMİTED” şirkəti
İngiltərədə "GLOBALLY LTD” adlı daha bir şirkət
Türkiyədə "Etiler Dış Ticaret Limited” şirkəti
Kipr və Cenevrədə də də şirkətləri və biznesləri mövcuddur
VƏZİFƏDƏ OLAN YAXIN QOHUMLARININ BİR HİSSƏSİNİN ADI:
Qardaşı Mübariz Əhmədzadə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı
Coşqun Əhmədzadə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini;
Rəşad Əhmədzadə polis orqanlarında Bölmə rəisi;
Xalası oğlu Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı;
Qardaşı oğlu Vüqar Əhmədzadə – DSMF Qax rayon şöbəsinin müdiri;
Qardaşı oğlu Tərlan Əhmədzadə Qax Mərkəzi Xəstəxananın baş həkimi;
Vətəninfo.az
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Вчера, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Вчера, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Вчера, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Вчера, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Вчера, 11:05
Yenidən Çeçenistanın rəhbəri seçildi
Вчера, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Вчера, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar