ASALA terrorçusunun etirafı: “Monte Melkonyan İranla əməkdaşlıq edirdi” - FOTO
dunya
Oxunub: 218 999
29 ноя 2022 | 14:22
ASALA terrorçusunun etirafı: “Monte Melkonyan İranla əməkdaşlıq edirdi” - FOTO


Erməni terrorçusu, ASALA-nın keçmiş üzvü Martiros Jamkoçyan İrəvanın Yerablur məzarlığında olarkən “Hraparak” qəzetinə müsahibə verib və orada terrorçu və cani Monte Melkonyanla İran xüsusi xidmət orqanları arasında əməkdaşlıq faktlarını açıqlayıb.

Xatırladaq ki, Melkonyan 1993-cü ilin iyununda Azərbaycanın Ağdam rayonunun Mərzili kəndində Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.

ASALA terrorçusunun etirafı: “Monte Melkonyan İranla əməkdaşlıq edirdi” - FOTO


Caliber.Az-ın arayışı:

Martiros Jamkoçyan 21 iyun 1958-ci ildə Livanın paytaxtı Beyrutda anadan olub. Gənc yaşlarından erməni terror təşkilatı ASALA-ya qoşulub. Jamkoçyan 1981-ci il iyunun 9-da Cenevrənin mərkəzində türk konsulluğunun əməkdaşı Mehmet Yerquzu üç güllə ilə öldürüb. İsveçrə məhkəməsi terrorçunu 10 il müddətinə azadlıqdan məhrum edib. Jamkoçyan həbsxanadan çıxdıqdan sonra Ermənistana, oradan isə qanunsuz olaraq Qarabağa köçüb və burada Monte Melkonyanın komandanlığı altında olan dəstənin tərkibində etnik təmizləmə və dinc azərbaycanlı əhalinin qətlə yetirilməsi işlərində fəal iştirak edib. Komandirindən fərqli olaraq, Jamkoçyan haqq etdiyi cəzadan qurtula bilib və bu gün Ermənistanda yaşayır.

Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində M.Jamkoçyan bildirib ki, 1992-ci ilin yazında terrorçu Monte Melkonyanla birlikdə Xocavənddə azərbaycanlılara qarşı etnik təmizləmə ilə məşğul olub.

“Orada yolboyu türklərin (azərbaycanlıların - red.) yaşadıqları kəndlər var idi. Və qrupumuz bu əraziləri “təmizləməyə” başladı. Dəstəmiz bütün regionda ən çox hərbi texnika və silaha malik idi”, - deyə Jamkoçyan yada salıb.

Eyni zamanda terrorçu maraqlı epizoddan - Monte Melkonyanın İran tərəfi ilə əməkdaşlığından danışıb.

ASALA terrorçusunun etirafı: “Monte Melkonyan İranla əməkdaşlıq edirdi” - FOTO


“Qubadlının azad edilməsindən” (Qubadlının işğalı 1993-cü il avqustun 31-də baş verib, o zaman Monte Melkonyan artıq məhv edilmişdi – red.) əvvəl farslar Monteyə zəng etdilər, onunla hesablaşırdılar. Bu bir sirdir və mən onu bu gün sizə açıram. Farslar Monte ilə görüşmək üçün Qorisə (Gorus - red.) gəldilər, onlar əməliyyatın hazırlanmasından xəbərdar idilər. Həmin vaxt biz Laçın şəhərində idik, oradan Zəngilana, Qubatlıya (Qubadlıya - red.), Horadizə hücum etmək üçün tank diviziyamızın bir hissəsini buraya gətirmişdik. Farslar bu əməliyyatdan xəbər tutdular, bütün bunları kimin təşkil etdiyini öyrəndilər. Və o zaman İranın marağı ondan ibarət idi ki, bizimlə əməkdaşlıq etsinlər, heç nə olmasın, müharibə Araksın (Araz - red.) o tərəfinə keçməsin. Onlar zəmanət istəyirdilər və bizimlə danışıq aparmağa gəlmişdilər. Bu, 1993-cü ilin əvvəlində, yazda idi. Dostlarımız və düşmənlərimiz kimlə qarşı-qarşıya gəldiklərini bilirdilər. Ona görə də bizimlə hesablaşdılar, danışıqlar apardılar. Təbii ki, biz farslara təminat verdik ki, əsgərlərimiz İran istiqamətində və həmin istiqamətdə geri çəkilən azərbaycanlılara atəş açmayacaqlar. Belə də oldu”, - Jamkoçyan açıqlamasında bildirib.

Erməni terrorçunun əslində hamıya məlum olan bu “sirr”i Tehranın ikibaşlı siyasətinin daha bir göstəricisidir.

Azərbaycanın ərazi bütövlüyünü şifahi şəkildə dəstəkləyən, Azərbaycan və İran xalqları arasında tarixi, dini və mədəni bağlardan danışan İran, buna baxmayaraq, Qarabağda erməni terrorçular ilə əməkdaşlıq edib.

Məlumdur ki, 1992-ci ildə biz Şuşanı da İranın vasitəçilik adı altında apardığı danışıqlar zamanı itirdik.

Buna görə də heç təəccüblü deyil ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin qabaqcıl dəstələri Araz çayı boyu Xudafərin elektrik stansiyasının ərazisindən keçərək ən qısa və təhlükəsiz yolla Zəngilana daxil olmaq istəyərkən onların qarşısını İran ordusunun bölmələri kəsib.

İran tərəfinin müharibə zamanı Azərbaycan ordusunun bölmələrinin hərəkətləri ilə bağlı ermənilərə kəşfiyyat məlumatları ötürməsi də mollaların Ermənistanın işğalçılıq siyasətinə və onun Qarabağda həyata keçirdiyi işğalçı siyasətinə nə qədər isti yanaşdıqlarından xəbər verir.

Mənbə: Caliber.Az
Вчера, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Вчера, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Вчера, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Вчера, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
19-09-2026, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
19-09-2026, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
19-09-2026, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
19-09-2026, 09:32
Dünya bazarında neft ucuzlaşdı
19-09-2026, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
19-09-2026, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
19-09-2026, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq