Kremlin "Vardanyan layihəsi" pozulur: Bakı Xankəndidə "kubik-rubik" əməliyyatına başlayıb

Rəsmi Bakının Xankəndi və ətraf bölgəyə yenidən nəzarəti bərpa etmək başlatdığı əyləncəli və qəliz "kubik-rubik" oyunu həm Ermənistan, həm erməni separatçı-terrorçular, həm də Rusiya üçün gözlənilməz xarakter daşıyır... İndi Paşinyan hakimiyyəti də Kremlin "təxribat emissarı"nı Rusiyanın nökəri kimi təqdim edərək, R.Vardanyanın özü üçün Ermənistan siyasətinə açmağa çalışdığı yolu elə əvvəlcədən qapatmağa cəhd göstərir...
Azərbaycan ekofəallarının Şuşa-Laçln yolunda keçirdikləri dinc etiraz aksiyası tarixi xarakter daşıyır. Bu önəmli aksiyanın Azərbaycan tarixinə qızıl hərflərlə yazılacağı artıq qətiyyən şübhə doğurmur. Çünki ekofəallar öz qətiyyətli mövqeyi ilə olduqca ciddi nəticələr qazanmağa nail olublar.
Məsələ ondadır ki, hazırda bir aydan çoxdur ki, Ermənistan və erməni separatçı-terrorçular Azərbaycanın Qarabağ regionunda faydalı qazıntılar yataqlarını istismar edə bilmirlər. Rusiya "sülhməramlı qüvvələr"inin müvəqqəti dislokasiya olunduğu Azərbaycanın Xankəndi və ətraf bölgəsinə nisbi nəzarət təmin edilib. Və bu yoldan daha hərbi məqsədlər üçün istifadə etmək mümkün deyil.
Digər tərəfdən, Kremlin "təxribat emissarı", dələduz erməni milyarder Ruben Vardanyan ciddi problemlər ilə üzləşməyə başlayıb. Bir tərəfdən, Xankəndi və ətraf bölgədə erməni separatçı-terrorçular arasında münasibətlər kəskin şəkildə gərginləşib. Mövcud vəziyyətə görə əsas narazılıq və ittihamlar hazırda birbaşa Kremlin "təxribat emissarı"na qarşı yönəldilib.
Nəhayət, Paşinyan hakimiyyəti və Ruben Vardanyan arasında ziddiyyətlər də qarşıdurma həddinə çatıb. Kremlin "təxribat emissarı"nin Paşinyan hakimiyyətinə yönəlik son ittihamlarından sonra rəsmi İrəvan onu açıq şəkildə hədəfə alıb. Baş nazir Nikol Paşinyan ona həddini aşmamağı və situasiyanı gərginləşdirə biləcək açıqlamalardan yayınmamağı məsləhət görüb.
Ermənistan cəmiyyətində R.Vardanyanın Xankəndi və ətraf bölgəyə gəlişinin Kremlin məkrli planı olduğu təbliğ olunur. Paşinyan hakimiyyətinə yaxın media qurumları və sosial şəbəkə qrupları iddia edirlər ki, R.Vardanyan Qarabağa bölgədə gərginliyi artırmaq və son nəticədə Ermənistanda hakimiyyəti ələ keçirmək tapşırığı ilə göndərilib. O da vurğulanır ki, mövcud situasiyanın əsas günahkarı, Rusiyanın maraqlarına xidmət edən R.Vardanyan Qarabağdakı "postundan istefa" verməlidir.
Maraqlıdır ki, Paşinyan hakimiyyətinə yaxın erməni teleqram kanalları R.Vardanyan tezliklə "istefa" verəcəyini iddia edirlər. Onun "istefa" səbəbləri barədə isə müxtəlif şayiələr və iddialar irəli sürürlər. Və hazırda bu mövzuda geniş təbliğat kampaniyası aparılır, Kremlin "təxribat emissarı"nın sıradan çıxarılmasına israrlı cəhdlər göstərilir.
Dələduz erməni milyarderin "istefa"sı ilə bağlı versiyalardan birində separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan da hədəfə alınır. İddia olunur ki, güya Araik Arutyunyan rəsmi Bakı ilə gizli danışıqlarda özü üçün sərfəli təklif alıb. Yəni, əgər, o, R.Vardanyanı "istefa"ya göndərib, bölgədən çıxararsa, şəxsi təhlükəsizliyinə təminat ala biləcək.
Digər versiyaya görə, bir müddət öncə R.Vardanyanın təzyiqləri ilə separatçı-terrorçuların rəhbərliyindən kənarlaşdırılan Vitali Balasanyan əks-hücuma keçib. İddia olunur ki, o, R.Vardanyanın xəyanət yolu tutduğunu inkaredilməz faktlarla sübuta yetirib. Və indi V.Balasanyan A.Arutyunyanı R.Vardanyanın "istefa"ya göndərilməyəcəyi təqdirdə, həmin faktları ictimailəşdiricəyi ilə şantaj edir. A.Arutyunyan isə bu faktların ona da problem yarada biləcəyindən narahatdır.
Daha bir versiya isə "seçkilər" ilə bağlıdır. Hesab olunur ki, R.Vardanyan özü "istefa" verəcək və sonra "seçkilər" qatılacaq. Bu, Kremlin R.Vardanyanı Xankəndi və ətraf bölgədən Ermənistanda hakimiyyətə gətirmək planının tərkib hissəsi hesab edilir. Halbuki rəsmi Bakının Xankəndi və ətraf bölgədə daha bir qondarma "seçki"yə imkan verəcəyi də qətiyyən inandırıcı görünmür.
Ancaq ən inandırıcı versiya kimi, R.Vardanyanın Paşinyan hakimiyyəti ilə kəskin qarşıdurma vəziyyətində olması daha çox diqqəti çəkir. Böyük ehtimalla rəsmi İrəvan Kremlin "təxribat emissarı"nı Paşinyan hakimiyyətinin ünvanına sərt ittihamlar irəli sürməsinini bağışlamaq niyyətində deyil. Ona görə də, onu Rusiyanın sifarişlərini yerinə yetirən xain olduğunu mümkün qədər qabarıq şəkildə gündəmə gətirməyə çalışır.
Göründüyü kimi, Kremlin "təxribat emissarı" çox pis ilişib, onun ətrafında çənbər sürətlə daralır. Onun son açıqlamasında vəziyyətə nəzarəti itirmək üzrə olduğu və müqavimət göstərməyə çalışdığı hiss edilir. Hər halda, Kremlin hərtərəfli dəstəyinə arxayın olan R.Vardanyan üçün indiki situasiyanın bir qədər gözlənilməz olduğu diqqətdən yayınmır.
Məsələ ondadır ki, Kremlin "təxribat emissarı" indiki situasiyada "istefa" verməyi düşünmədiyini bildirib. Eyni zamanda, o, bildirib ki, hazırda "prezidentin istefası" da yolverilməzdir: "Mən hamını sağlam siyasi düşüncəyə və həmrəyliyə çağırıram. Biz ciddi qərarlar qəbul etmək ərəfəsindəyik. Çünki qeyri-adi reallıqlar ilə üzləşmişik".
Kremlin dələduz "təxribat emissarı"nın açıqlaması onun ətrafında baş verənlərin R.Vardanyanın iradəsindən kənar olduğunu təsdiqləyir. Paşinyan hakimiyyətinə yaxın bloqer Roman Baqdasaryan Kremlin "təxribat emissarı"nı təhqir edərək, hazırda Qarabağ bölgəsində baş verənlərin yeganə günahkarının məhz R.Vardanyan olduğunu bildirib. Onun fikrincə, R.Vardanyanın Qarabağa gəlişinə qədər hər şey normal olduğu halda, indi Xankəndi və ətraf bölgədə minlərlə erməni ciddi problemlərlə üzləşib: "R.Vardanyan bir xaindir. O, Kremlin Ermənistanda hakimiyyət çevrilişi etmək sifarişini yerinə yetirmək üçün minlərlə adamın həyatını riskə atır. Bir nəfər xainə görə minlərlə adam əziyyət çəkməməlidir. Onu Qarabağdan qovun ki, hər şeyi əvvəlki vəziyyətinə qaytarmaq şansı yaransın".
Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Kremlin "təxribat emissarı"nı Rusiyanın nökəri kimi təqdim edərək, onu bitirməyə çalışır. Rəsmi İrəvan R.Vardanyanın özü üçün Ermənistan siyasətinə açmağa çalışdığı yolu elə indidən qapatmağa cəhd göstərir. Və bu Paşinyan-Vardanyan qarşıdurmasının yalnız başlanğıc mərhələsi də sayıla bilər.
Əsas nəticə isə ondan ibarətdir ki, rəsmi Bakı təmkinli və dəqiq hesablanmış addımlarla Paşinyan hakimiyyəti və Kremlin "təxribat emissarı" arasında ciddi qarşıdurma yarada bilib. Ekofəalların aksiyası həm Paşinyan-Vardanyan qarşıdurmasını, həm də Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatçı-terrorçular arasında ziddiyyətləri kəskinləşdirməkdə davam edir.
Göründüyü kimi, rəsmi Bakı Azərbaycanın Xankəndi və ətraf bölgəsinə yenidən nəzarəti bərpa etmək üçün "kubik-rubik" modelində əməliyyatına başlayıb. Üstəlik, rəsmi Bakının əyləncəli "kubik-rubik" oyunu həm Ermənistan, həm erməni separatçı-terrorçular, həm də Rusiya üçün gözlənilməz xarakter daşıyır. Nəticədə Rusiyanın "Vardanyan layihəsi" iflasa uğrmaq mərhələsinə yaxınlaşır. (Yeni Müsavat)
Сегодня, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Сегодня, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Сегодня, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Сегодня, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Сегодня, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Сегодня, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Сегодня, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...