Baş Qərargah rəisi Ermənistanla sərhədə getdi, tapşırıqlar verdi - FOTO
siyaset
Oxunub: 187 716
17 янв 2023 | 13:36
Baş Qərargah rəisi Ermənistanla sərhədə getdi, tapşırıqlar verdi - FOTO


Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev və nazirliyin digər vəzifəli şəxsləri “N” saylı hərbi hissədə olublar.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi xidmətə yeni çağırılan gənclərin ən çox toplandığı hərbi hissədə şəxsi heyətin qəbulu prosesi, onların ilkin təməl hazırlığı kursunda iştirakı və hərtərəfli təminatı yoxlanılıb.

General-polkovnik K.Vəliyev gənc əsgərlərin vətənpərvərlik ruhunda tərbiyə olunması, qanun və hərbi nizamnamələrin tələblərinə ciddi riayət etməsi, həmçinin onların intensiv döyüş hazırlığının təşkili və keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı vəzifəli şəxslərə tapşırıqlar verib.

Daha sonra Müdafiə Nazirliyinin rəhbər heyəti Ermənistanla sərhəddə yerləşən komando və digər hərbi hissələrdə olub, şəxsi heyətin intensiv dağ hazırlığı məşğələsini izləyib.

Yüksək dağlıq və çətin relyefli ərazidə hazırlıq keçən komandolarla görüşən general-polkovnik K.Vəliyev hərbi qulluqçuların praktiki məşqlərində əsas diqqətin döyüşün aparılmasının üsul və taktikasına yönəldilməsini tapşırıb.

Gündüz və gecə vaxtı keçirilən məşqlərdə dağ şəraitində taktiki və atəş hazırlığı, dağ yolları, aşırım və yüksəkliklərdən keçmək bacarığı, həmçinin digər bölmələrlə uyarlıq məsələləri öyrənilir.

Qoşunların dağ hazırlığı tapşırıqlarında döyüş təcrübəsi nəzərə alınmaqla şəxsi heyətin dağlıq ərazilərdəki təbii maneələri dəf etmək vərdişlərinin təkmilləşdirilməsinə, ştat silahından, o cümlədən dronlardan effektiv istifadə edilməsinə, həmçinin gündüz və gecə vaxtı istənilən hava şəraitində döyüşün aparılması bacarığına xüsusi diqqət yetirilir.

Baş Qərargah rəisi hərbi qulluqçuların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, təlim və məşqlərin intensivliyi və keyfiyyətinin daha da artırılması ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

Baş Qərargah rəisi Ermənistanla sərhədə getdi, tapşırıqlar verdi - FOTOBaş Qərargah rəisi Ermənistanla sərhədə getdi, tapşırıqlar verdi - FOTOBaş Qərargah rəisi Ermənistanla sərhədə getdi, tapşırıqlar verdi - FOTOBaş Qərargah rəisi Ermənistanla sərhədə getdi, tapşırıqlar verdi - FOTOBaş Qərargah rəisi Ermənistanla sərhədə getdi, tapşırıqlar verdi - FOTOBaş Qərargah rəisi Ermənistanla sərhədə getdi, tapşırıqlar verdi - FOTOBaş Qərargah rəisi Ermənistanla sərhədə getdi, tapşırıqlar verdi - FOTOBaş Qərargah rəisi Ermənistanla sərhədə getdi, tapşırıqlar verdi - FOTOBaş Qərargah rəisi Ermənistanla sərhədə getdi, tapşırıqlar verdi - FOTOBaş Qərargah rəisi Ermənistanla sərhədə getdi, tapşırıqlar verdi - FOTOBaş Qərargah rəisi Ermənistanla sərhədə getdi, tapşırıqlar verdi - FOTOBaş Qərargah rəisi Ermənistanla sərhədə getdi, tapşırıqlar verdi - FOTO
Сегодня, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Сегодня, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Сегодня, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Сегодня, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Сегодня, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Сегодня, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Сегодня, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...