Azərbaycanın imkanları böyük maraq doğurur
bolge
Oxunub: 283 524
23 янв 2023 | 17:37
Azərbaycanın imkanları böyük maraq doğurur




İstənilən qlobal layihədə tərəfdaşların bir-birilə yaxşı münasibətləri, qarşılıqlı anlaşma şəraitində çalışması, maraqlar balansının gözlənilməsi mühüm şərtlərdir. Məhz bu amillər Azərbaycana indiyədək gerçəkləşdirdiyi layihələrdə uğur qazandırmışdır. Obrazlı ifadə etsək, nəticədə yollar dəhlizlərə çevrilmişdir. Maraqlıdır ki, öz işini bu günlərdə başa çatdırmış Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel iclasın mövzusu da elə bu məsələyə həsr edilmişdi və "Avrasiya Orta dəhlizi: Yoldan magistrala" adlanırdı. Prezident İlham Əliyev bildirmişdir ki, Orta dəhlizin üstünlüklərindən biri bu nəhəng layihədə iştirak edən ölkələrin öz aralarında yaxşı münasibətlərə malik olmasıdır: "Hesab edirəm ki, istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün qərbində olan qonşuları Gürcüstan və Türkiyə, şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır".
Dövlət başçısı artıq Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsinin müşahidə edildiyini və bunun hələ başlanğıc olduğunu diqqətə çatdırmışdır. Azərbaycan xeyli vaxtdır neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da edir, odur ki, bu dəhlizdən həmçinin karbohidrogenlər üçün istifadə etmək potensialı var. Bir sözlə, bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha sıx əməkdaşlıq aparılmalıdır.
Orta dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşməsi Azərbaycana əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq. Bu, azad istehsal və şirkətlərin investisiya yatırması üçün əlverişli yer olacaq. Doğrudur, biznes mühitinin təkmilləşdirilməsi uğurun əsas amillərindən biridir. Dünyanın bütün ölkələrinin, hətta ən inkişaf etmiş ölkələrin də əlavə investisiyalara ehtiyacı var. Lakin təkcə biznes mühiti ilə nailiyyət əldə olunmur. Ölkələr arasındakı əlaqələr də mühüm rol oynayır. Heç təsadüfi deyil ki, Azərbaycanla Gürcüstan, Azərbaycanla Türkiyə, Gürcüstanla Türkiyə arasında münasibətlərin və üçtərəfli əlaqələrin qlobal miqyasda ən mehriban mühitlərdən biri olduğu vurğulanmışdır. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin vurğuladığı kimi, bu münasibətlər mükəmməl səviyyədədir.
Bu üçtərəfli əməkdaşlıq formatı enerji layihələrindən başlamışdır. "Əsrin müqaviləsi" imzalanandan sonra Azərbaycanın və Gürcüstanın ərazisindən keçən Bakı-Supsa neft kəməri istifadəyə verildi. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri tam sistem kimi işə düşdü. Bu, üç ölkədə ərazisindən keçdiyi bütün şəhərlərin və kəndlərin sakinlərinə birbaşa və dolayısı ilə xeyir-bərəkət gətirdi. 2006-cı ildə Gürcüstan Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə, 2007-ci ildə isə Türkiyə Bakı-Tbilisi-Ərzurum (BTƏ) xətti ilə Azərbaycan qazı aldı. Yaranan sıx əməkdaşlıq başlanmış yolları həqiqətən də dəhlizlərə qovuşdurdu. CQBK genişləndirilərək "Cənub qaz dəhlizi"nin birinci seqmentinə çevrildi. 2018-ci ildə Azərbaycanla Türkiyənin birgə layihəsi olan, qardaş ölkənin ərazisində 1850 kilometr məsafə boyu uzanan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) fəaliyyətə başladı. 2020-ci ilin son günündə işə düşən TAP-la isə Azərbaycan qazının yolları Avropaya çatdı.
Hazırda bu layihələrin bəhrəsini təkcə Azərbaycan, Gürcüstan, Türkiyə deyil, bir sıra Avropa ölkələri də görür və onların sayı getdikcə artır. Prezidentimizin dediyi kimi: "Əslində, nisbətən bu yaxınlarda qurduğumuz, indi Azərbaycandan, Gürcüstandan, Türkiyədən Avropaya qədər uzadacağımız dəmir yolu əlaqələri bizim neft-qaz kəmərləri layihələrinin uğurlu icrasından qaynaqlanıb. Beləliklə, düşünürəm ki, dəhlizin bu tərəfində bütün məsələlər həll olunub... İndi bizim ehtiyacımız olan, bütün iştirakçı ölkələrin - Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, avropalı tərəfdaşların daxil olduğu rəhbər komitə, bir növ idarə heyəti, o cümlədən bütün nəqliyyat infrastrukturu yaradılmalıdır. Məsələn, biz Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malikik, dəniz limanımız var - Türkmənistan, Qazaxıstan, Azərbaycan, Mərkəzi Asiya ölkələri arasında dəmir yolu əlaqələri, bilirsiniz ki, onların öz aralarında yaxşı bağlantılar yoxdur. Yeni layihələr var, məsələn, Çinin təşəbbüsü ilə başlayan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi var ki, bu da nəticə etibarilə Xəzər dənizinə və ardınca bizim istiqamətimizə gəlib çıxacaq. Həmçinin, nəqliyyat və Şərq-Qərbin üstünlükləri üzərində işləməklə yanaşı, Qərb-Şərq də mühüm əhəmiyyət kəsb edir. Hələ ki, əsas diqqət Çindən, Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Avropaya yüklərin daşınmasına yönəlib, lakin biz həmçinin yüklərin əks istiqamətdə daşınması barədə düşünməliyik".
İndi zamanın gündəmə gətirdiyi vacib məsələlərdən biri də "yaşil enerji"nin inkişafıdır. Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi çıxış edərək geniş əməkdaşlıq əlaqələri qurur. O cümlədən yaxın qonşusu ilə. Təsadüfi deyil ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bunu Davos Dünya İqtisadi Forumunda da diqqətə çatdırmışdır: "Biz Azərbaycanla birgə bir neçə layihədə əməkdaşlıq edirik. Bunlardan biri Qara dəniz sualtı elektrik kabeli layihəsidir. Buxarestdə biz - Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan müqavilə imzaladıq və anlaşdıq ki, bu dörd dövlətdən hər biri layihəyə yatırım edəcək. Biz Azərbaycanla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini icra edirik. Bir neçə ay əvvəl Azərbaycan bu layihənin tamamlanması üçün əlavə vəsait ayırdı". Azərbaycan-Gürcüstan münasibətlərindən bəhs edən İ.Qaribaşvili sözünə davam edərək demişdir: "Bizim münasibətlər sınaqlardan çıxmış, etibarlı və güvənlidir. Biz birlikdə çox mühüm tarixi layihələri, neft-qaz layihələrini icra etmişik. İndi isə bu dəmir yolu layihəsini icra edirik. Gələcəkdə də bir çox layihələr icra edəcəyik".



Vüsalə Hüseynova,
Salyan şəhər 6 saylı tam orta məktəbin direktoru, YAP fəalı

Вчера, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
Вчера, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
Вчера, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
Вчера, 10:41
Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
Вчера, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
Вчера, 10:34
Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
Вчера, 10:29
“Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
Вчера, 10:24
Yaşasaydı, 35 yaşı olacaqdı…
Вчера, 10:07
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
Вчера, 09:44
Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
Вчера, 09:34
Mövsümə Ronaldosuz başlayacaqlar
Вчера, 09:30
Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
Вчера, 09:00
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
7-08-2026, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
7-08-2026, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
7-08-2026, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
7-08-2026, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
7-08-2026, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
7-08-2026, 13:26
Media və Yayım Şurası yaradıldı
7-08-2026, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
7-08-2026, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
7-08-2026, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
7-08-2026, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
7-08-2026, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
7-08-2026, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
7-08-2026, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
7-08-2026, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk