Sahibə Qafarova əlcəzairli həmkarı ilə görüşdü - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Xalq Demokratik Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüşüb.
Milli Məclisdən bildirilib ki, Azərbaycan parlament rəhbərini səmimiyyətlə salamlayan Milli Xalq Assambleyasının sədri, ölkələrimiz və parlamentlərimiz arasında mövcud əlaqələrin məmnunluq doğurduğunu bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin noyabrında Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak etmək məqsədilə bu ölkəyə səfər etdiyini xatırladaraq, bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.
İbrahim Bouğali həmçinin, özünün 2022-ci ilin iyun ayında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin birinci konfransında iştirak etmək məqsədilə Azərbaycana səfər etdiyini qeyd edib və Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, inkişaf səviyyəsindən müsbət təəssüratlar aldığını bildirib. O, Parlament Şəbəkəsi çərçivəsində Əlcəzair parlamentinin dəstəyini və əməkdaşlığı inkişaf etdirməyə hər zaman hazır olduqlarını ifadə edib.
O, Bakıda səfərdə olarkən Azərbaycan xalqının yüksək qonaqpərvərliyini gördüklərini bildirib, ölkəmizdə yaşayan Əlcəzair icmasının üzvləri ilə görüşdüyünü, onların Azərbaycanda özlərini çox rahat hiss etdiklərini və yaxşı yaşadıqlarını və buna görə ölkəmizə minnətdarlıqlarını ifadə edib. Milli Xalq Assambleyasının sədri, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi məsələsinə münasibətdə qeyd edib ki, Əlcəzair xalqı da öz tarixində bənzər hadisələr yaşayıb və bu səbəbdən Azərbaycan xalqının əldə etdiyi qələbəyə görə keçirdiyi qürur hissini yaxşı başa düşürlər və Azərbaycan xalqına sülh və sabitlik arzu edirlər.
Milli Məclisin sədri Sahibə Qafarova səfərə dəvətə və Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edərək, bildirib ki, bu səfər Azərbaycan Milli Məclisinin sədri səviyyəsində Əlcəzairə ilk səfərdir. Azərbaycan və Əlcəzairi ənənəvi dostluq telləri və ortaq dəyərlər bağladığını qeyd edən parlamentin rəhbəri, xatırladıb ki, gələn il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olacaq. O, Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasına səfərinin dost ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm mərhələ olduğunu vurğulayaraq, qeyd edib ki, ölkələrimiz arasında münasibətləri daha da inkişaf etdirmək üçün böyük potensial mövcuddur.
Spiker Sahibə Qafarova deyib ki, ölkələrimiz arasında münasibətlərin mühüm bir istiqamətini parlamentlərimiz arasında əlaqələr təşkil edir. Dostluq qruplarının fəaliyyəti bu əlaqələrin daha da dərinləşdirilməsinə dəstək verəcək. Spiker qeyd edib ki, parlamentlərimiz beynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlıq edirlər və bu təşkilatlarda qanunverici orqanlarımız arasında qarşılıqlı dəstək mövcuddur. Bütün bunlar sülh və təhlükəsizliyə, həmrəyliyə xidmət edir.
Görüşdə Milli Məclisin sədri bir neçə gün əvvəl – yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı haqqında məlumat verib və qeyd edib ki, bir çox ölkələr bu hadisəni kəskin şəkildə qınayıblar.
Milli Məclisin sədri Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti, bu platformanın qarşısında duran vəzifələr haqqında geniş məlumat verib. O, Parlament Şəbəkəsinin Bəhreyndə keçiriləcək növbəti konfransında bu əməkdaşlıq çərçivəsinin institusional inkişafı baxımından mühüm məsələlərin müzakirəsinin nəzərdə tutulduğunu qeyd edərək, bu platforma çərçivəsində əməkdaşlığın önəmini diqqətə çatdırıb. Sahibə Qafarova qeyd edib ki, Parlament Şəbəkəsi üzv parlamentlərin birgə fəaliyyətinin əlaqələndirilməsinə, ölkələrimizin səsinin beynəlxalq aləmdə eşidilməsinə, qarşılıqlı maraq doğuran məsələlərin həllinə töhfə verə biləcək təsisatdır. O, Əlcəzairin təşkilatın işində fəal iştirakını yüksək qiymətləndirib.
Parlamentin sədri 44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi şanlı Qələbə, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş və torpaqlarımızın işğaldan azad edilməsini tələb edən qətnamələrin uzun illər kağız üzərində qalması və icra olunmaması, bu sənədlərin icrasının Azərbaycanın öz gücü hesabına həyata keçirilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından sonra regionda yeni yaranmış vəziyyət, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib. O, qeyd edib ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin təşəbbüskarı məhz Azərbaycan olmasına və beynəlxalq hüququn 5 əsas prinsipi əsasında sülh sazişinin imzalanmasını təklif etməsinə baxmayaraq, Ermənistan danışıqlarda destruktiv mövqe nümayiş etdirir və üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozur.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Görüşdə, həmçinin Milli Məclisin sədr müavini Fəzail İbrahimli, Azərbaycan-Əlcəzair parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Abbaszadə, deputatlardan Sabir Rüstəmxanlı və Cavanşir Paşazadə, Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayev də iştirak ediblər.


Вчера, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Вчера, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Вчера, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Вчера, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Вчера, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Вчера, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Вчера, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Вчера, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Вчера, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Вчера, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Вчера, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Вчера, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Вчера, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Вчера, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Вчера, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Вчера, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Вчера, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Вчера, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Вчера, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Вчера, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Вчера, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Вчера, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Вчера, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...