Laçın yolundakı mübarizə və gəncliyin qalib gələcəyi gün uzaqda deyil

“Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan milləti, qoruyacaq sərvəti!”, “Ekoterrora son!”, “Ekocide”... Artıq üç aydır ki, qulağımız bu şüarları eşidir, həm də azad ərazilərdə - Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində.
Hər kəs anladı ki, söhbət Laçın yolunda Azərbaycan fəallarının, vətəndaş cəmiyyəti nümayəndələrinin keçirdiyi etiraz aksiyalarından gedir.
Aksiyanın hansı səbəbdən başladığını, etirazçıların tələblərinin nə olduğunu deməyə ehtiyac yəqin ki, yoxdur. Şüarlardan da göründüyü kimi, etirazlar ekologiyaya erməni separatçılarının vurduğu ziyanadır. Aksiyaçılar tələbləri yerinə yetirilən anadək dinc etirazlarını davam etdirəcəklərini bildiriblər və israrlarında davamlıdırlar.
Bir də Laçın yolundakı aksiyaların qəhrəmanları var – etirazçılar. Hansı ki, demək olar ki, onlar gənclərdən ibarətdirlər. Gecə-gündüz, qara, çovğuna məhəl qoymadan Laçın yolunda ölkəmizin milli maraqları naminə ayaqda olan gənclik. 2020-ci ildə Vətən müharibəsində xalqımıza Böyük Zəfər qazandıran Azərbaycan gəncləri indi də suverenliyimizin tam bərqərar olması üçün dinc aksiyaları ilə mübarizələrini davam etdirirlər.
Cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə yetişən gənclik Vətən müharibəsində hansı qəhrəmanlıq nümayiş etdirdisə, bu gün də missiyasını qəhrəmanlıqla davam etdirməkdədir. Belə gəncliklə bütün xalqımızın fəxr etməsi labüddür. Hansı ki, Ali Baş Komandanımız, Prezident İlham Əliyev də o gəncliklə fəxr etdiyini dəfələrlə çıxışlarında bildirib.
"İlk növbədə o gənclərə eşq olsun demək istəyirəm, onlar bizim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər", demişdi ölkə başçısı azərbaycanlı ekofəalların Laçın yolunda keçirdiyi dinc aksiyadan danışarkən. Prezident bununla söyləmiş oldu ki, O, hakimiyyəti dövründə yetişmiş Azərbaycan gəncliyinə güvənir, onlarla fəxr edir. Əlbəttə ki, yetişməkdə olan nəsil bu diqqətdən stimul, güc alaraq apardığı haqq mübarizəsində öz əzmini, iradəsini nümayiş etdirir.
Əksəriyyəti gənclərdən ibarət olan ekofəalların aksiyası bu gün də yüksək əhval-ruhiyyədə davam etdirilir. Tələblər yerinə yetirilənədək də etirazlar davam edəcək. Lakin təəssüflər olsun ki, cəmiyyətimizdə buna bəzən ağız büzənlər də tapılır. Gənclərin bu mübarizəsinə bəzən rişxəndlə yanaşanla olur, aksiyanın Azərbaycan üçün faydasız olduğunu iddia edənlər tapılır. Bəziləri bildirirlər ki, bu üsul tələblərin yerinə yetirilməsi baxımından nəticəsizdir. Hərçənd ki, bunu iddia edənlər bir dəfə də olsun Azərbaycanın milli maraqları naminə yerlərindən bir addım da tərpənmirlər. Belə şəxslər qarda, şaxtada gecə-gündüz haqlı tələbimizi bütün dünyaya duyuran gəncliyə söz demək haqqını özlərində necə tapırlar, maraqlıdır.
Qaldı ki, gəncliyin mübarizəsinin nəticəsiz olacağını düşünmək, bu, əlbəttə, kökündən yanlışdır. Birincisi və ən önəmlisi odur ki, bu aksiya başladığı gündən bu yanadır ki, Qarabağımıza erməni separatçıları qeyri-qanuni yükləri daşıya bilmirlər, terrorçular silahlanmalarında məhdudiyyət yaşayırlar. İkincisi, bütün dünya bir daha gördü ki, Azərbaycan insanı öz haqlarının, hüquqlarının tələbində israrlıdır, ərazilərinin talan edilməsinə əsla imkan verməyəcək. Üçüncüsü isə odur ki, bu aksiya ilə Azərbaycan bir çox siyasi dvidentlər əldə etmiş oldu, hansı ki, Azərbaycanın ərazi bütövlüyünün tamamilə təmin olunmasında bu dvidentlər son dərəcə vacibli elementlərdir.
Gəncliyin mübarizəsinin artıq nəticə verdiyini indidən proqnozlaşdırmaq olar: daha üç ay da keçsə, daha altı ay da keçsə, tələblər yerinə yetiriləcək, ərazilərimizdə ekoloji terrora son qoyulacaq, Qarabağa qanunsuz yüklərin daşınmasının qarşısı alınacaq. Bunun necə baş verəcəyi də çox sadədir: labüd olan baş verəcək – Azərbaycan sərhədlərində nəzarət-buraxılış məntəqələri, gömrük postları qoyulacaq. Bununla da ötən ilin dekabrının 12-də Azərbaycan ictimaiyyətinin başlatdığı, hazırda gənc fəalların davam etdirdiyi dinc mübarizəsi müsbət nəticə ilə yekunlaşacaq. Əlbəttə, mübarizənin qələbə ilə nəticələnəcəyi gün uzaqda deyil...
Nihat Qorqud Əliyev
Вчера, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Вчера, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Вчера, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Вчера, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Вчера, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Вчера, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Вчера, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Вчера, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Вчера, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Вчера, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Вчера, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Вчера, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Вчера, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Вчера, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Вчера, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Вчера, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Вчера, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Вчера, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Вчера, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Вчера, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Вчера, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Вчера, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Вчера, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...