Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Misgər Məmmədovun diqqətindədir
bolge
Oxunub: 242 478
6 апр 2023 | 10:30
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Misgər Məmmədovun diqqətindədir


ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Misgər Məmmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Misgər Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov - Dahi şəxsiyyət Heydər Əliyev həyatını Azərbaycana həsr etmiş siyasətçidir. Onun əsas amalı Azərbaycanın güclü dövlətə çevrilməsi olub. Azərbaycanda elə bir sahə yoxdur ki, həmin sahədə ulu öndər Heydər Əliyevin xidmətləri olmasın. Ulu Öndər hələ sovetlər dövründə ölkəmizə rəhbərlik etdiyi vaxt Azərbaycanın gələcəyini düşünmüş və bunun üçün əməli fəaliyyətlə məşğul olmuşdur. Belə ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlanılmışdır. Heydər Əliyev 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail olmuşdu. Ulu Öndərin bu mühüm tarixi qərarı məhz gələcək müstəqil Azərbaycanın ordu quruculuğu üçün hədəflənmişdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çətin günlər yaşadığı vaxt xalqın təkidli tələbi ilə Bakıya qayıdan və ölkə Prezidenti seçilən Heydər Əliyev ölkəni üzləşdiyi ciddi problemlərdən xilas etdi. Ermənistanla atəşkəs müqaviləsinin imzalanmasına nail olan Heydər Əliyev ölkədə nizami ordu formalaşdıraraq güclü ordu yaradılmasının əsasını qoydu. Ulu Öndər ölkəmizdə hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında fərman imzaladı. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. 2001-ci il 20 avqust tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmış və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldilmişdir. Bir sözlə, həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycanda hərbi kadrların hazırlanması və ordu quruculuğu dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Misgər Məmmədovun diqqətindədir


Ulu öndər Heydər Əliyevin xalqımız və Azərbaycan dövləti qarşısında xidmətlərini saymaqla qurtarmaq mümkün deyil. Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən ulu öndər Heydər Əliyev qarşıya çox mühüm vəzifələr qoymuş və müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edəcək Əsas Qanunun xalqın iradəsinə söykənməli olduğunu bildirib. Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən çox mühüm məqamlardan biri də dövlət dilinin necə adlandırılması məsələsi olmuşdur. Bu məsələ ilə bağlı müxtəlif təkliflər irəli sürülmüş, lakin təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənmişdir. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Liderin sayəsində dövlət dilimizin adı özünə qaytarılmışdır. Məhz bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin xilaskarı olaraq əsrlər boyunca Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Çünki dahi şəxsiyyət öz titanik fəaliyyəti ilə xalqın məhəbbətini qazanmışdır.
Вчера, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
Вчера, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
Вчера, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Вчера, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
Вчера, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
Вчера, 13:26
Media və Yayım Şurası yaradıldı
Вчера, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
Вчера, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
Вчера, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
Вчера, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
Вчера, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
Вчера, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
Вчера, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
Вчера, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk
Вчера, 10:28
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
Вчера, 10:19
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
Вчера, 10:12
Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
Вчера, 09:37
Yeni virusla bağlı XƏBƏRDARLIQ - Qardaş ölkənin sərhədinə çatır
Вчера, 09:32
Hakerlər ABŞ-nin onlarla böyük maliyyə şirkətinə hücum ediblər
Вчера, 09:28
İranda rejim dəyişikliyi planı boşa çıxdı – "Mossad"ın yeni rəhbərindən kadr təmizliyi
Вчера, 09:23
Ailədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş
Вчера, 09:18
Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
Вчера, 09:00
Azərbaycanın 44 günlük savaş strategiyası kitab oldu – ABŞ-dən böyük araşdırma-Foto
6-08-2026, 14:51
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
6-08-2026, 14:25
Prezidentdən AZAL-la bağlı FƏRMAN
6-08-2026, 13:49
Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu
6-08-2026, 13:44
Prezident onu “Şöhrət” ordeni ilə təltif etdi