Ölkənin beynəlxalq imicinin və tərəfdaş dövlətlərin sayının artırılmasına yönəlmiş xarici siyasət
Prezident İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Dövlət başçısının məqsədi və reallaşdırdığı inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil olub. Çünki onun müəyyənləşdirdiyi dövlət siyasətinin mərkəzində ancaq bir qüvvə - “Azərbaycan vətəndaşı” dayanır. 2003-cü ildən etibarən Prezident İlham Əliyev məqsədyönlü fəaliyyəti ilə bir daha sübut edib ki, O, doğrudan da hər bir Azərbaycan vətəndaşının Prezidentidir. ”Bizim dayağımız xalqdır”,- deyən dövlətimizin başçısının müdrik siyasətçi kimi gücü dövlətin, xalqın və hakimiyyətin maraqlarını bir araya gətirib, bir hədəfə yönəldə bilməsindədir. Xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasət nəticəsində 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib.
2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində İlham Əliyevin 15 il ərzində gördüyü işlərin xalqımız tərəfindən növbəti dəfə yüksək qiymətləndirilməsi və ona etimad göstərilməsi xalq-iqtidar birliyinin bariz nümunəsidir. Xalqın Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevi alternativsiz və uzaqgörən lider kimi qəbul etməsi onun uzunmüddətli səmərəli fəaliyyətinin nəticəsidir.Yürüdülən siyasətin başlıca məqsədi, atılan bütün addımlar müstəqil Azərbaycanın daha da möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və xalqımızın təhlükəsiz şəraitdə, rifah içində yaşamasına yönəlib. Ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək modern Azərbaycan dövləti modeli formalaşıb. Siyasi, iqtisadi və sosial baxımdan Azərbaycan dünyaya yeni inkişaf modelini təqdim edib. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb. Azərbaycan sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə regionun humanitar, siyasi, iqtisadi, mədəni, idman, o cümlədən elmi-intellektual mərkəzinə çevrilib. Bu gün ölkəmiz müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Sivil dünyanın nüfuzlu elmi, mədəni, siyasi elitasını Bakıda bir araya gətirir.
2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz beynəlxalq münasibətlər məkanında layiqli yer tutub. Həyata keçirilən xarici siyasət və diplomatik uğurlar nəticəsində Azərbaycan bütün nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış edir. Konkret desək, Prezident İlham Əliyevin simasında müstəqil Azərbaycanımızın Birləşmiş Millətlər Təşkilatında, Avropa Şurasında, ATƏT, NATO, Qoşulmama Hərəkatında, Türk Dövlətləri Təşkilatında, Ümumdünya Səhiyyə Təşkilatında, digər mötəbər beynəlxalq qurumlarda tutduğu mövqe, qazandığı böyük nüfuz yalnız dünyanın ən inkişaf etmiş dövlətləri ilə müqayisə oluna bilər. Müstəqillik yolunda inamla irəliləyən Azərbaycan nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı dövlət siyasətinin prioritetinə çevirdi. Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digər təşkilatlarla əməkdaşlığı genişləndirərək həmin qurumların üzvü oldu. Ölkəmiz, həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də antiterror koalisiyası tərkibində fəaliyyəti durmadan inkişaf etdirir. Qürurverici haldır ki, Azərbaycan həm də GUAM-ın təsisçilərindən biridir. Azərbaycan, hətta, üzv olmadığı, amma, müvafiq mexanizmlərlə əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlarla – NATO, Körfəz Əməkdaşlıq Şurası, Ərəb Dövlətləri Liqası, Şanxay Əməkdaşlıq Təşkilatı, Afrika İttifaqı, Amerika Dövlətləri Təşkilatı və digər qurumlarla da əlaqələrini daim inkişaf etdirməyi prioritet vəzifə kimi qarşıya qoyub. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.
Ölkəmizin beynəlxalq aləmdə qazandığı nailiyyətlər Prezident İlham Əliyevin həyata keçirdiyi məntiqli diplomatik fəaliyyətin nəticəsi olduğu hər kəsə bəllidir. Azərbaycan xalqı, hər bir Azərbaycan vətəndaşı, dünya azərbaycanlıları Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşib, onun yürütdüyü daxili və xarici siyasətə sonsuz güvənir. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı və Azərbaycan xalqının səmimi sevgisini qazanan Liderdir.
Yeganə Nəzirova,
Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin müəllimi, YAP fəalı
Вчера, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Вчера, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Вчера, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Вчера, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Вчера, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Вчера, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Вчера, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Вчера, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Вчера, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Вчера, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Вчера, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Вчера, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Вчера, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Вчера, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Вчера, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Вчера, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Вчера, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Вчера, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Вчера, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Вчера, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Вчера, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Вчера, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Вчера, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...