Orucəli Rzayev: Əsrə bərabər 5 il

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru, professor Orucəli Rzayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Orucəli Rzayevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Orucəli Rzayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru, professor Orucəli Rzayev - 5 il əvvəl aprelin 11-də şəffaf, azad, demokratik şəraitdə keçirilmiş növbədənkənar prezident seçkilərində cənab İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununlada müdrik və öz taleyinin sahibi olan xalqımız bütün destruktiv və anti-Azərbaycan qüvvələrinə yox dedi, milli satqınlıq nümayiş etdirən ünsürlərə bir daha öz yerini göstərdi və ölkəmizin inkişafına, tərəqqisinə, təhlükəsizliyinə, xoşbəxt gələcəyinə səs vermiş oldu. Ölkəmizdə keçirilmiş 11 aprel növbədənkənar prezident seçkiləri bütün beynəlxalq təşkilatlar, mərkəzlər o cümlədən müşahidəçilər tərəfindən yüksək qiymətləndirilmiş, seçkilərin qanunvericiliyə uyğun, demokratik şəraitdə yüksək seçici fəallığı ilə keçməsi və mükəmməl təşkili vurğulanmışdır.

Geridə qoyduğumuz bu illəri əsrə bərabər zaman kimi xarakterizə etmək olar. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz çox böyük inkişaf yolu keçmiş, dövlətimizin qüdrəti daha da artmış, Azərbaycanın beynəlxalq miqyasda mövqeyi və nüfuzu xeyli dərəcədə güclənmiş, ölkəmizdə hər bir sahədə inkşaf və tərəqqi hökm sürmüşdür.
2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi həkk olmuşdur. Ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə, xarici ticarət dövriyyəsi 4,6 dəfə, əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə,əhalinin banklardakı əmanəti 30 dəfə artmış, 1 958 400 yeni iş yeri açılmış, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilmiş, işsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunmuşdur.
Həyata keçirilən müdrik siyasət nəticəsində ölkəmizin dünya üzrə qlobal rəqabətlilik indeksindəki mövqeyi xeyli artmışdır. Azərbaycan Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda 35-ci pillədə yer almış və MDB məkanında liderliyini qoruyub saxlamışdır. Eyni zamanda Azərbaycan dünyanın ən çox islahat aparan 10 ölkəsindən biri kimi tanınmışdır.
Xarici siytasət və diplomatik sahədə də uğurlarımız saysız-hesabsızdır. Cənab İlham Əliyev tərəfindən müstəqil, çoxşaxəli və milli maraqlarımızın qorunmasına hesablanmış müdrik xarici siyasət kursu həyata keçirilmişdir. Ölkə başçımız cənab İlham Əliyev Azərbaycanın dünyada nüfuzunun artması, etibarlı tərəfdaş kimi tanınması istiqamətində gecə-gündüz yorulmadan çalışmış, xarici ölkələrə səfərlər, beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak, dünya miqyaslı təşkilatlarla yaxından əməkdaşlıq etmişdir. İnkşafa və sülhə hesablanmış müdrik İlham Əliyev siyasəti dünyada unikal siyasət olaraq qəbul edilir, bir sıra dünya miqyaslı siyasətçilər, tanınmış şəxslər bu siyasəti təqdir edir və nümunəvi siyasət olaraq qiymətləndirir.
Və ən əsası ölkə başçısı İlham Əliyevin illər ərzində zərgər dəqiqliyi ilə ölçüb biçərək həyata keçirdiyi unikal və bənzərsiz siyasət xalqımıza zəfər sevincini də yaşatdı. Qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında erməni işğalına son qoyaraq ərazi bütövlüyünü bərpa etdi. Bununla da bizlər öz doğma torpaqlarımıza qayıtdıq və Qalib Xalqa çevrildik.
Gücünü xalqından alan, verdiyi bütün vədləri tamlıqla yerinə yetirən cənab İlham Əliyev, öz fəaliyyəti ilə, söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” kəlamını reallığa çevirmiş oldu.
Вчера, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
Вчера, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
Вчера, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Вчера, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
Вчера, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
Вчера, 13:26
Media və Yayım Şurası yaradıldı
Вчера, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
Вчера, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
Вчера, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
Вчера, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
Вчера, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
Вчера, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
Вчера, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
Вчера, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk
Вчера, 10:28
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
Вчера, 10:19
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
Вчера, 10:12
Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
Вчера, 09:37
Yeni virusla bağlı XƏBƏRDARLIQ - Qardaş ölkənin sərhədinə çatır
Вчера, 09:32
Hakerlər ABŞ-nin onlarla böyük maliyyə şirkətinə hücum ediblər
Вчера, 09:28
İranda rejim dəyişikliyi planı boşa çıxdı – "Mossad"ın yeni rəhbərindən kadr təmizliyi
Вчера, 09:23
Ailədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş
Вчера, 09:18
Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
Вчера, 09:00
Azərbaycanın 44 günlük savaş strategiyası kitab oldu – ABŞ-dən böyük araşdırma-Foto
6-08-2026, 14:51
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
6-08-2026, 14:25
Prezidentdən AZAL-la bağlı FƏRMAN
6-08-2026, 13:49
Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu
6-08-2026, 13:44
Prezident onu “Şöhrət” ordeni ilə təltif etdi