Şirvan MERO-nun təzə rəisi Anar Cəfərov “köhnə bazara təzə NIRX” qoyur…- Yeni rəis “köhnə makler”ləri “təzələyib” və qiymətləri qaldırıb?-Video

"Turantv.az xəbər verir: –Məlumdur ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) Şirvan şəhərində yerləşən 4 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə (“MERO”) yeni rəis təyin edib.
Yeni rəis polis polkovnik-leytenantı Anar Cəfərov bu təyinatadək BDYPİ-nin qeydiyyat-imtahan idarəsində çalışıb.
Belə demək mümkündürsə Anar Cəfərov qeydiyyat-imtahan məsələsində “böyük staja” malikdir.
Öncə “MERO” dediyimiz qurumlarda baş verən problemlərə nəzər salaq.
Bu qurumda sürücülük vəsiqəsi almaq istsəyənlər mütləq “prava maklerləri” ilə sövdələşməlidir…
Düzdür, ölkədə korrupsiyaya qarşı ciddi mübarizə gedir, amma MERO-larda bu hiss olunmur. Yəni MERO-lar köhnə qayda ilə işlərinə davam edirlər. Rüşvət vermədən “prava” almaq müşkül məsələdir.
“Prava maklerləri” isə özlərinin keflərinə uyğun olaraq qiyməti 1300 manat, bəzən 1400 manat, hətta 1500 manat müəyyən edirlər. Bu məsələdə kənar şəxs ola bilməz. Maklerlər hamısı “MERO” rəisinin öz inandığı, etibar etdiyi şəxslərdir. Hətta rayonların “MERO” rəisləri dəyişəndə “maklerlər” də dəyişir və “yeni komanda” yaranır. Bu “bazarlıq” vətəndaşlarda ciddi narazılıq yaradır.
Hətta konkret şikayətçilər var ki, sualları cavablandırsa da ona sürücülük vəsiqəsi verilmir. Bu MERO-ların qızıl qaydasıdır.
Digər bir şikayətçi isə qeyd edir ki, mən pul vermədiyimə görə, suallara cavab vermək üçün istədiyim kompüteri seçə bilmərəm. Mütləq MERO əməkdaşının dediyi kompüterin arxasında əyləşməliyəm. Və imtahandan kəsilməliyəm. Yəni kompüter-filan boş şeydir, pulunu ver, “prava”nı al.
Digər şikayətçi qeyd edir ki, sənədlər yığılır, arasındakı pulla bərabər MERO rəisinin kabinetinə aparılır.
Bunlardan əlavə MERO-larda maşınların texniki baxışı üçün rüşvət alınır. Eyni zamanda öz avtomobili üçün nömrə almaq istəyən vətəndaşlardan dövlət rüsumundan əlavə rüşvət də alınır. Bahalı nömrələr isə öz yerində.
Bir sözlə, ölkədə korrupsiyaya qarşı mübarizə gedir, MERO-larda isə rüşvət və korrupsiya çiçəklənir.
Şirvan MERO-nun yeni rəisinə gəldikdə isə yuxarıda əbəs yerə qeyd etmədik ki, Anar Cəfərov qeydiyyat-imtahan məsələsində “böyük staja” malikdir.
Məlumatlı mənbənin ”Gündəlik Bakı”ya dediyinə görə, yeni rəisi gələn kimi köhnə “prava makler”lərini “təzələyib”, qiymətləri qaldırıb.
Yəni KÖHNƏ HAMAM TƏZƏ TAS…
Təzə rəis özü ilə bərabər 4 saylı Şirvan MERO-ya təzə qaydalar gətirib. Atalar demişkən, köhnə bazara təzə NIRX qoyub.
Əldə etdiyimiz məlumata görə Şirvan “MERO”nun rəisi Anar Cəfərovun qiyməti milyonlarla manat civarında həm Bakı şəhərində,həm də digər rayonlarda obyektləri var. Sual olunur əmək haqqı 1000(min) manatdan bir az çox olan rəis bu qədər varidatı necə qazanıb? Bu qədər obyektləri necə əldə edib? Saytımızın növbəti yayımında bu haqda ətrafı məlumat verəcəyik. Bizi izləyin…
Redaksiya olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Сегодня, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Сегодня, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Сегодня, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Вчера, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Вчера, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Вчера, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Вчера, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı