Bu məhsulun qiyməti artacaq, saxtası çoxalacaq - AÇIQLAMA

Azərbaycanda balın qiyməti arta və bazarda saxta məhsullar yer ala bilər.
Bu barədə Ölkə.Az-a arıçılar məlumat verib. Gözlənilən qiymət artımını əlverişsiz hava şəraiti, yağıntıların çox düşməsi ilə əlaqələndirən arıçılar bazarda bal qıtlığı yaşanacağını deyir.
Təsərrüfat sahibləri belə olan halda pişxtaxtalarda saxta balların çoxalmasını da istisna etmir.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov problemdən xəbərdar olduğunu deyib. O bildirib ki, hökumət bununla bağlı müvafiq tədbirlər görməlidir:
“Azərbaycanda bu il bal istehsalı baha başa gəlib. Balın maya dəyəri yüksəkdir. Təbii fəlakətlər - hava şəraitinin tez-tez dəyişməsi, leysan yağışların yağması, dolu düşməsi, regionlarda arıçılıqda kifayət qədər yemin olmaması ciddi problemlər yaradır. Fermerlərimiz arıların yerini dəfələrlə dəyişməli olublar. Bu həm də yem qıtlığı ilə bağlı olub. Ona görə də məhsul az, qiyməti yüksəkdir.
Bu məhsul bazara çıxarılacaqsa, əlbəttə, qiyməti yüksək olacaq.
Hökumət çalışmalıdır ki, bal satanlara şərait yaratsın ki, onlar da öz məhsullarını sata bilsinlər”.

V.Məhərrəmov həmçinin əlavə edib ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) saxta bal satanlarla bağlı ciddi tədbir görməlidir:
“AQTA buyursun, keyfiyyətə nəzarət etsin. Niyə Azərbaycan istehlakçısı bazardan baha qiymətə saxta bal almalıdır? Yəni bütün məhsulların keyfiyyəti yoxlanılmalıdır. Nə vaxta kimi bazarda saxta bal olacaq? Nə üçün digər ölkələrdə belə məsələlər olmur? Saxta bal istehsalçılarına qarşı çox ciddi tədbirlər görülməli, bunun qarşısı birdəfəlik alınmalıdır. Saxta məhsulu sıradan çıxarmaq üçün hazırkı qiyməti aşağı salmaq mümkün deyil. Belə işbaz istehsalçılara qarşı tədbir görülməlidir. Yarmarkaya gətirilən bütün ballar yoxlanılmalı və keyfiyyətlə bağlı sənəd verilməlidir. Eyni zamanda bu şəxslərin hansısa yollarla saxta keyfiyyət sənədi almasına və fəaliyyətlərini davam etdirməsinə də imkan verilməməlidir. Bu, hökumətin üzərinə düşən vəzifədir”.
Qiymət artımın hansı civarda olacağı ilə bağlı suala isə ekspert belə cavab verib:
“Ötən il balın bir kilosunun maya dəyəri 26 manat 50 qəpik idi. İndi ola bilsin, bu qiymət baha olsun.
Azərbaycanın regionları müxtəlif olduğu üçün bəzi regionlarda bal baha başa gəlir, bəzilərində ucuz. Söhbət keyfiyyətli baldan gedir. Onun maya dəyəri yemdən asılıdır. Əgər fermer məcbur qalıb arıları başqa rayonlara da aparırsa, onun xərcləri də artır. Belə olan halda onun istehsal etdiyi balın maya dəyəri də yüksək olur. Biz istehlakçılar bunu başa düşməliyik. Düzdür, istehsalçı çalışmalıdır məhsuldarlığı artırsın, maya dəyərini aşağı salsın, keyfiyyəti yaxşılaşdırsın, rəqabət qabiliyyətli olsun. Arıçıların da rəqabətədavamlı bal istehsal etməsi, yem bazasının möhkəmlənməsi üçün hökumət müəyyən işlər görməlidir. Mövcud problemlər barədə bizə arıçılardan çox sayda zənglər gəlir. Hazırda məhsulun maya dəyəri yüksək olduğu üçün qiyməti də onlar müəyyən edəcəklər. Dediyim kimi, regionlardan asılı olaraq maya dəyəri də müxtəlifdir. Elə region var ki, balın kilosunun maya dəyəri 26-27 manat, eləsi də var ki, 15 manatdır. Hansı regionda bu il bal az, maya dəyəri yüksək olubsa, həmin yerlərdə arıçılara subsidiya dəstəyi göstərilməlidir”.
Сегодня, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Сегодня, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
Сегодня, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Сегодня, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Сегодня, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Сегодня, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Сегодня, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Сегодня, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Сегодня, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Вчера, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
Вчера, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
Вчера, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
Вчера, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
Вчера, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Вчера, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
Вчера, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
Вчера, 12:24
Afra Saraçoğlu da saxlanıldı
Вчера, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
Вчера, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
Вчера, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
Вчера, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
Вчера, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
Вчера, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
Вчера, 10:26
Rusiyada üçgünlük seçkilər başladı
Вчера, 10:21
Hasan Şaş, Aras Bulut və daha bir neçə məşhur saxlanıldı
Вчера, 10:18
Formula 1-ə görə sabahdan bu yollar bağlanır - Siyahı
Вчера, 09:43
Dərslər başladı, xərclər artdı: Sentyabr ailə büdcəsini necə dəyişir?