Nizami rayonunda “ağac soyqırımı” - Nazir və başçı məsələdən xəbərdardırlar, amma “soyqırım” davam edir + Fotolar, Video
gundem / bolge / video
Oxunub: 1 485 845
21 окт 2023 | 15:19
Nizami rayonunda “ağac soyqırımı” - Nazir və başçı məsələdən xəbərdardırlar, amma “soyqırım” davam edir + Fotolar, Video


Bəstəkar Lalə Cəfərova yaşadığı həyətdə ağacların özəl şirkət tərəfindən qanunsuz kəsilməsinə görə Nizami Rayonu İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyində olsa da, bu qurumlar “ağac “soyqırımı”nı durdurmaq fikrindən uzaqdırlar...

Şikayətçi: “Ağacların kəsilməyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazə verib. Deməli​ ​Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “ağacların kəsilməsi qadağandır” sərəncamına heç kəs məhəl qoymur”.
Bakı şəhəri Nizami rayonunda ağacların kəsilməsi ilə bağlı saytımıza şikayət daxil olub. Şikayətə görə, özəl şirkət öz maddi maraqlarını həyata keçirmək üçün ərazidə ağac “soyqırımı” həyata keçirir. Buna da Nizami Rayonu İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi biganə qalır.

Poliqon.info daxil olan şikayəti təqdim edir:

“Mən Lalə Cəfərova Tahır qızı Bakı şəhəri, Nizami rayonu Tofik Abbasov 83, mənzil 4 ünvanında yaşayıram. Yaşadığım binanın plana getməsi ilə əlaqədar “Global Engineering & Technology” MMC özəl şirkəti tərəfindən nümayəndələr, 36 ailədən ibarət​ üç binanın sökülməsi ilə əlaqədar, biz sakinlərə artıq bir ildir ki, təzyiq göstərirlər. Bununla əlaqədar mən Az.Respub. Döv. Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin, Memarlıq və Şəhərsalma idarəsinin rəisi Read Qasımovun qəbulunda oldum. 11 may, 2023 ildə mənə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən mənə cavab məktubu gəldi. Məktubun məzmununda adı çəkilən şirkətin rəylər almadığına görə Baş İdarə tərəfindən tikintiyə icazə verilməməsi yazılmışdı.

Nizami rayonunda “ağac soyqırımı” - Nazir və başçı məsələdən xəbərdardırlar, amma “soyqırım” davam edir + Fotolar, Video


Bildirmək istəyirəm ki,​ 19.10.2013 tarixdə bu şirkət tərəfindən bir neçə ağac yenidən kəsildi. Qeyd edim ki, aprel- may aylarında da bir neçə ağac kəsilmişdi. Bu haqda televiziya kanalinda xəbərlərdə də məlumat getdi və bildirildi ki, Ekologiya Təbii Sərvətlər Nazirliyi adı çəkilən şirkəti ağacları kəsdiyi üçün məhkəməyə verib.

İndi isə ağacların kəsilməsi ilə əlaqədar mən İcra Hakimiyyətinə, Ekologiya Nazirliyinin Ekspert şöbəsi, təhlükəsizlik xidməti, şöbə müdiri Fariz Qasımov və aparıcı müfəttiş Emin Hüseynli ilə telefon əlaqəsi qurdum. Bu qurumların rəsmiləri mənə dedilər k,i ağacların kəsilməyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazə verib. Deməli​ ​Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “ağacların kəsilməsi qadağandır” sərəncamına heç kəs məhəl qoymur.​ Bu məsələ ilə əlaqədar video materiallar var. Xahiş edirəm bu məsələnin araşdırasınız!”.

Nizami rayonunda “ağac soyqırımı” - Nazir və başçı məsələdən xəbərdardırlar, amma “soyqırım” davam edir + Fotolar, Video



Redaksiyadan: Şənbə günü olduğu üçün qanunsuz ağac kəsiminin qarşısını almaqda məsuliyyətli olan dövlət qurumlarından mövqe öyrənə bilmədik. Göstərilən ünvanda ağacların qanunsuz kəsilməsi ilə bağlı Nizami Rayonu İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mövelərini dərc etməyə hazırıq.
Сегодня, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Сегодня, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Сегодня, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Сегодня, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Сегодня, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Сегодня, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Сегодня, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...