Zeynəb Bəhmənova: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı
bolge
Oxunub: 394 959
24 ноя 2023 | 10:07
Zeynəb Bəhmənova: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı


Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Bərdə rayon Güloğlular kənd həkim məntəqəsinin baş həkimi Zeynəb Bəhmənova Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Zeynəb Bəhmənova Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Bərdə rayon Güloğlular kənd həkim məntəqəsinin baş həkimi Zeynəb Bəhmənova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Zeynəb Bəhmənovanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Zeynəb Bəhmənova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Bərdə rayon Güloğlular kənd həkim məntəqəsinin baş həkimi Zeynəb Bəhmənovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Bərdə rayon Güloğlular kənd həkim məntəqəsinin baş həkimi Zeynəb Bəhmənova - Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin yeni tarixində xüsusi yer tutur. Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmış Yeni Azərbaycan Partiyası respublikamızın müasir tarixinin ən əlamətdar hadisələrindəndir.

1991-93 cü illərdə Azərbaycan dövlət müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz üzə qalmışdır. İctimai-siyasi durumun gərginliyi, vətəndaş qarşıdurmasının dərinləşməsi, hakimiyyət uğrunda mübarizə həmin dövrün xarakteristikasıdır. İdarəetmə səriştəsi olmayan, təsadüfü adamların dövlət strukturlarında yüksək vəzifələrə təyin edilməsi ölkəmizin üzləşdiyi ağır durumu daha da dərinləşdirir, ölkəni uçuruma aparırdı. Uzaqgörən, qədirbilən Azərbaycan xalqı belə bir çətin məqamda öz xilaskarına - Heydər Əliyevə üz tutdu. 16 oktyabr 1992 - ci ildə bir qrup ziyalının, Heydər Əliyevə “Azərbaycan sizin sözünüzü gözləyir” müraciəti də belə bir çətin vəziyyətdə ünvanlandı. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin müraciət, bütün xalqın arzu və istəklərinin ifadəsi idi.

Əlbəttə ki, hər zaman qəlbi Azərbaycanla, xalqı ilə döyünən ulu öndər ölkəsinin bu ağır, çətin məqamina biganə qala bilməzdi. Xalqın səsinə səs verən Heydər Əliyevin sədrliyi ilə 1992-ci il noyabrın 21-də Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verǝrǝk Bakıya gəlməsi, Azərbaycan ağırlıqlarını öz çiyinlərinə götürməsi Azərbaycanı mövcud təhlükədən xilas etdi. Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmizin üzərindəki qara buludlar dağılmağa başladı, ölkənin ictimai-siya­si, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə, bir sözlə bütün sahələrdə ciddi dönüş yarandı.

550 nəfərin iştirakı ilə Təsis konfransını keçirən Yeni Azərbaycan Partiyasınin 10 illiyinə 280 min üzv birləşirdirsə, bu gün onların sayı 720 mindən artıqdır. Əlbəttə ki, bu ulu öndər Heydər Əliyev ideyyalarına sədaqətin, onun layiqli davamçısı Prezident İlham Əliyevin dövrün tələblərinə uyğun olaraq həyata kecirdiyi uğurlu, düşünülmüş siyasətin gələcəyinə inamın göstəricisidir.

Yeni Azərbaycan Partiyasının 31 illik həyatı mühüm hadisələrlə zəngin olmuşdur. Belə ki, Partiyanın 2001-ci ilin noyabr ayının 21-də keçirilən II Qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmiş, yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə cənab İlham Əliyev seçilmişdir. 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir.

Yeni Azərbaycan Partiyasının 2021-ci il mart ayının 5-də keçirilən VII Qurultayı da partiyanın həyatında olduqca əhəmiyyətli yer tutur. Qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunub, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçilib və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxılıb. Partiyanın yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Əli Əhmədov partiya sədrinin müavini təyin edilmişdir. Qurultayda İdarə Heyətinin, Təftiş Komissiyasının yeni tərkibi, habelə yeni yaradılan Veteranlar Şurasının sədri, müavini və üzvləri seçilmişdir.

Prezident kimi 10 illik fəaliyyəti dövründə Ulu öndər bir iqtisadi formasiyadan digərinə keçid alan Azərbaycan cəmiyyətini bütün təhlükələrdən xilas edərək, yeni iqtisadi modellə gələcəyimizi İlham Əliyev kimi gənc, peşəkar siyasi liderin rəhbərliyinə istiqamətləndirdi. Cənab İlham Əliyev hakimiyyətə gəlişi ilə Azərbaycan dövləti üçün yeni səhifə açdı. Bu səhifə Azərbaycanı regionun lider dövlətinə çevirmək, onun beynəlxalq nüfuzunu artırmaq, dövlətimizi gücləndirmək və onu daha da qüdrətli etmək kimi vəzifələri həyata keçirməyə başladı.

Prezident, Partiyamızın sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi.

Zəngin və şərəfli inkişaf yolu keçmiş Yeni Azərbaycan Partiyası 31 ildir ki, xalqa xidmət edir, ölkəmizin milli mraqlarına uyğun fəaliyyət göstərir. Yarandığı gündən xalqın böyük etimadını qazanmış Yeni Azərbaycan Partiyası Azərbaycanın xoşbəxt gələcəyinin təminatçısıdır.
Вчера, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
Вчера, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
Вчера, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Вчера, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
Вчера, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
Вчера, 13:26
Media və Yayım Şurası yaradıldı
Вчера, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
Вчера, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
Вчера, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
Вчера, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
Вчера, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
Вчера, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
Вчера, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
Вчера, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk
Вчера, 10:28
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
Вчера, 10:19
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
Вчера, 10:12
Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
Вчера, 09:37
Yeni virusla bağlı XƏBƏRDARLIQ - Qardaş ölkənin sərhədinə çatır
Вчера, 09:32
Hakerlər ABŞ-nin onlarla böyük maliyyə şirkətinə hücum ediblər
Вчера, 09:28
İranda rejim dəyişikliyi planı boşa çıxdı – "Mossad"ın yeni rəhbərindən kadr təmizliyi
Вчера, 09:23
Ailədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş
Вчера, 09:18
Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
Вчера, 09:00
Azərbaycanın 44 günlük savaş strategiyası kitab oldu – ABŞ-dən böyük araşdırma-Foto
6-08-2026, 14:51
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
6-08-2026, 14:25
Prezidentdən AZAL-la bağlı FƏRMAN
6-08-2026, 13:49
Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu
6-08-2026, 13:44
Prezident onu “Şöhrət” ordeni ilə təltif etdi