Xırdalanda zirzəmini sökürlər – Mehman Səfərov “başını qumun altına soxub”
Abşeron rayonunun sürətli məskunlaşma səbəbindən əvvəlcə qəsəbəyə çevrilən, sonra da şəhər statusu alan Xırdalan kəndi ərazisində qanunsuz tikintilər davam etməkdədir. Bakının 14 kilometrliyində yerləşən Xırdalan şəhərində bu cür xaotik şəkildə məskunlaşmanın artmasına rəvac verilməsi yerli sosial infrastrukturu da həddən ziyadə yükləyir: Uşaq bağçaları, məktəblər, poliklinikalar sayı sürətlə artan əhaliyə xidməti çatdırmır, hərəkət intensivliyi yüksələn yolları böyütmək mümkün olmur, kanalizasiya problemi dərinləşir. Həmçinin, ekoloji tarazlıq pozulur. Öz şəxsi, qrup maraqlarına xidmət edən işbazlar aldıqları torpaq sahələrində olan meyvə ağaclarını da kökündən qoparıb atırlar. Xırdalan bələdiyyəsi və Rayon İcra Hakimiyyəti baş verən bu xaosa göz yumur.
Xatırladaq ki, iki il əvvəl məhz bu cür qanunsuz əməllərə görə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirmişdi. İcra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev, sabiq başçı İradə Gülməmmədovanın bacısı oğlu Babək Alıyev və Tural Ağaməmmədov həbs olunmuşdular.
Cənab Abdin Fərzəliyev rayona rəhbər təyin olunandan sonra da bu mənfi tendensiya davam etməkdədir. Müşahidələrdən belə qənaətə gəlmək olur ki, Abşeron Rayon İcra Hakimiyyətinə kimin başçı vəzifəsinə gətirilməsindən asılı olmayaraq, ərazilərin qanunsuz satışı rəhbər vəzifəli şəxslərin vaz keçə bilmədikləri əsas gəlir mənbələrindəndir və baş memarlar, mənzil kommunal təsərrüfatı birliklərinin direktorları bu şıdırğı gedən alverin qarşısını almağa deyil, əksinə, rahat baş tutmasına xidmət edən kiçik funksionerlərdir.
Xırdalan şəhəri, Nəsibə Zeynalova küçəsi, 27 ünvandakı (bazarın və bələdiyyə binasının yaxınlığı) binanın zirzəmisində söküntü işi gedir. Zirzəmidə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olan dəyişikliklər edilir. Binanın bünövrə və konstruksiyasına bu cür özbaşına müdaxilə halı onun etibarlılığını və təhlükəsizliyini azaldır. Beton təbəqələr kəsilərək qapı oyuğu açılıb, dayanıqlığı təmin edən armaturlarlar doğranıb. Hal-hazırda da usta və fəhlələr işləyirlər. Həmin işləri əks etdirən görüntülər saytımızın “Youtobe” səhifəsində yerləşdirilib. Sözügedən ünvanda Abşeron Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin işçilərinin, Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsinin əməkdaşlarının, polis sahə müvəkkilinin və lazım gəlsə, media nümayəndələrinin iştirakı ilə binanın zirzəmisinə baxış keçirilməlidir. Di gəl, xeyri olacaqmı?
Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinin rəisi Mehman Səfərov qeydə aldığımız neqativ faktların görüntülərini video-mesaj kimi onun telefonuna göndərdiyimizə görə nömrəmizi “qara siyahıya” salıb.
Amma problemi görmək istəməməsi, göz yumması o demək deyil ki, problem yoxa çıxdı. Dəvəquşu kimi başını qumun altına soxmaqla təhlükədən qaçmaq olmaz, onsuz da gövdən görünür. Mehman Səfərov bunca qanunsuz işlərə rəvac verməklə, ona etimad göstərmiş icra başçısı Abdin Fərzəliyevin fəaliyyətinə kölgə salır. Razılaşmaq lazımdır ki, Xırdalan şəhərində qeyd olunan müstəvidə yol verilmiş neqativ hallar Mehman Səfərov kimi orta manqalı məmurun rəvac verə biləcəyi miqyasdan böyükdür. Səfərovun vəzifədə qalmaqda davam edərək, bundan artığına qol qoyması elə təəssürat yarada bilər ki, o, vəzifəni yalnız formal olaraq daşıyır (hərçənd, bunu etməyə borclu deyil), icra başçısı ondan yalnız göz yummağı tələb edir.
Mövzuya qayıdacağıq.
Сегодня, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Сегодня, 11:54
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Сегодня, 11:50
Mərkəzi Bank manatla bağlı qərar verdi
Сегодня, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Сегодня, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Сегодня, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Сегодня, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Сегодня, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Сегодня, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Сегодня, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Сегодня, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Сегодня, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Сегодня, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Вчера, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Вчера, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Вчера, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Вчера, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Вчера, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Вчера, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Вчера, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Вчера, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Вчера, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Вчера, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Вчера, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Вчера, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Вчера, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Вчера, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır