Şərəfli, ləqayətli və inamlı addım - Firqət Camalov
bolge
Oxunub: 393 034
9 мар 2024 | 12:16
Şərəfli, ləqayətli və  inamlı addım - Firqət Camalov


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Firqət Camalov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Firqət Camalov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Firqət Camalovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

Firqət Camalov çalışdığı bu sahədə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

Mübaliğəsiz demək olar ki, 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Firqət Camalov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Firqət Camalov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Firqət Camalov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Firqət Camalov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Firqət Camalovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Firqət Camalov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Firqət Camalova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Firqət Camalov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Firqət Camalov bu işin müqəddəsliyini qoruyub saxlayır. Firqət Camalov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Firqət Camalov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Firqət Camalov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Firqət Camalov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Firqət Camalovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Firqət Camalov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Firqət Camalov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Firqət Camalov özünü doğruldub. Bizdə hörmətli Firqət Camalovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Сегодня, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
Сегодня, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
Сегодня, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Сегодня, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
Сегодня, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
Сегодня, 13:26
Media və Yayım Şurası yaradıldı
Сегодня, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
Сегодня, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
Сегодня, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
Сегодня, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
Сегодня, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
Сегодня, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
Сегодня, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
Сегодня, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk
Сегодня, 10:28
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
Сегодня, 10:19
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
Сегодня, 10:12
Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
Сегодня, 09:37
Yeni virusla bağlı XƏBƏRDARLIQ - Qardaş ölkənin sərhədinə çatır
Сегодня, 09:32
Hakerlər ABŞ-nin onlarla böyük maliyyə şirkətinə hücum ediblər
Сегодня, 09:28
İranda rejim dəyişikliyi planı boşa çıxdı – "Mossad"ın yeni rəhbərindən kadr təmizliyi
Сегодня, 09:23
Ailədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş
Сегодня, 09:18
Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
Сегодня, 09:00
Azərbaycanın 44 günlük savaş strategiyası kitab oldu – ABŞ-dən böyük araşdırma-Foto
Вчера, 14:51
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Вчера, 14:25
Prezidentdən AZAL-la bağlı FƏRMAN
Вчера, 13:49
Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu
Вчера, 13:44
Prezident onu “Şöhrət” ordeni ilə təltif etdi