Şəhidlik - Vətənpərvərliyin ən ali məqamıdır!
Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Belə şərəfli ömür sahiblərindən biri də həmyerlimiz, Əmiraslanov Yadigar Vəliqulu oğludur.
Martın 3-də Azərbaycan Dövlət Aqrar Universitetində birlikdə təhsil aldığım tələbə yoldaşlarımla digər tələbə yoldaşımız, Birinci Qarabağ müharibəsinin iştirakçısı olan şəhid Əmiraslanov Yadigar Vəliqulu oğlunun əziz xatirəsini yad etdik.
Bu məqsədlə kollektiv olaraq ilk əvvəl şəhidin İmişli rayonunun Cəfərli kəndində təhsil aldığı məktəbi ziyarət etdik. Daha sonra şəhidin adını daşıyan bulağın önünə əklil qoyub, ruhuna dualar oxuduq.
Mərasimdə şəhidin qardaşı Qoşqar Əmiraslanov, əmisi İbaqulu Əmiraslanov və digər yaxınları və biz - şəhidin tələbə yoldaşları iştirak etdilər.
Şəhidin tələbə yoldaşları olaraq öz təəssüratlarımızı ifadə etdik. Bildirdik ki, hər şəhid millətimiz, xalqımız, dövlətimiz üçün əzizdir.
Qeyd etdik ki, bu gün hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, onlarla qürur duyur.
Şəhidin yaxınları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.
Qeyd edim ki, Əmiraslanov Yadigar Vəliqulu oğlu 20 iyul 1969-cu ildə İmişli rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində zoomühəndislik ixtisası üzrə ali təhsil almışdır. 1993-cü ildə Qarabağ uğrunda döyüşlərə könüllü olaraq qatılmaq üçün müraciət etmiş və baş leytenant rütbəsi ilə zabit kimi döyüşlərdə fəal iştirak etmişdir. Qəhrəman şəhidimiz Füzulidən başlayaraq Murovdağ istiqamətinə doğru şanlı döyüş yolu keçmişdir. O, 1994-cü ildə Murovdağ uğrunda gedən döyüşlərdə şəhid olmuş, lakin şəhidin nəşinin çıxarılması mümkün olmamışdır.
Allah Şəhidlərimizə rəhmət eləsin.
Vətən torpaqlarının azadlığını, ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də Səfərli Cavid Xaliq oğludur.
Həmin gün digər tələbə yoldaşımız olan Səfərov Xaliq Babalı oğlunun qəhrəman övladı, Vətən müharibəsində şəhidliyə yüksəlmiş baş leytenant Səfərli Cavid Xaliq oğlunun məzarını da ziyarət etdik.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdik.
Şəhidimizin məzarı önünə əklil qoyub, ruhlarına dualar oxuyub, əziz xatirəsini ehtiramla yad etdik.
Mərasimdə şəhidin yaxınları və biz - şəhidin atasının tələbə yoldaşları iştirak etdilər.
Mərasimdə çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilədik. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Cavidin xatirəsinin daim əziz tutulacağını bildirdik. Cavid kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini, tarixi Zəfərə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd etdik.
Şəhidin atası Xaliq Səfərli və yaxınları çıxış edərək övladlarıyla fəxr etdiklərini söylədilər, onun xatirəsinə göstərilən hörmət və ehtirama görə hər kəsə təşəkkürlərini bildirdilər. Onlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan məmnunluqlarını ifadə etdilər, bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.
Qeyd edim ki, Səfərli Cavid Xaliq oğlu 31 may 1993-cü ildə İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. 2007-2010-cu illərdə C.Naxçıvanski adına hərbi liseydə, 2010-2014-cü illərdə isə Heydər Əliyev adına AAHM-də təhsil almışdır. Cavid Səfərli 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət etməyə başlamış, 2016-cı ildə baş verən Aprel döyüşlərində aktiv iştirak etmiş, önəmli strateji yüksəkliklərin alınmasında pay sahibi olmuşdur. Vətən müharibəsi başlayan kimi Cavid də çoxdandır həsrətlə gözlədiyi torpaqlarımızın azad olunması uğrunda döyüşlərə qatılmış, Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Oktyabrın 21-də Xocavənd döyüşləri zamanı Düdükçü istiqamətində qəhrəmancasına şəhid olmuş və Əliqulular kəndində dəfn olunmuşdur.
Əziz şəhidimizin atası ilə son danışığını oxuyanda hər bir insanın daxili aləmində çox böyük qürur və şərəf hissi oyanır, tarixi qələbəmizin qazanılmasında şəhid olmuş qəhrəman Vətən övladlarının fədakarlığı və igidliyi insanın gözləri önündə canlanır:
- "Ata, narahat olma yaxşıyam, hər şey yaxşıdır... İndi - bu saat erməni postunu aldım, 8 erməni öldürdüm... Dovşan kimi qaçırlar hamısı...
- "Ata isə Cavidə cavabında özünü qoru, Cavid.." - deyə bildirib.
- Cavid isə həmişəki kimi gülə-gülə... "Ay ata, vallah hər şey yaxşıdır, məndən arxayın olun. İnşallah bayrağımızı Şuşaya sancacağam..." - deyə söyləyib.
Qeyd etmək istəyirəm ki, vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Cavid Səfərli ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah Şəhidlərimizə rəhmət eləsin! Bütün Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Вчера, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Вчера, 09:32
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Вчера, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Вчера, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 16:07
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:19
“Bitcoin”in yenidən bahalaşdı
19-09-2026, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
19-09-2026, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
19-09-2026, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
19-09-2026, 09:32
Dünya bazarında neft ucuzlaşdı
19-09-2026, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
19-09-2026, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
19-09-2026, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:56
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:12
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq