Füzulinin azad olunmasına görə” təsis olunmuş medal
Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Vətən müharibəsi nəticəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Mühüm əhəmiyyət kəsb edən döyüşlər. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib. “Füzulinin azad olunmasına görə” təsis olunmuş medal. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub.
Сегодня, 13:14
İran yeni hərbi blokun mesajını verdi - SON DƏQİQƏ AÇIQLAMASI
Сегодня, 12:37
Qubada 7 kq narkotik aşkarlanıb
Сегодня, 12:23
DYP velosipedçilərə müraciət etdi
Сегодня, 12:20
Litvanın Baş naziri İlham Əliyevə zəng etdi
Сегодня, 12:11
Bakıda daha bir kosmetoloji mərkəz lisenziyasız fəaliyyət göstərirmiş
Сегодня, 11:56
Corab satdığı deyilən qazi ilə bağlı - Daha bir açıqlama
Сегодня, 11:51
Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir
Сегодня, 11:20
Əliyev Pezeşkiana təşəkkür etdi
Сегодня, 11:06
İşlədiyi evdən 80 minlik 6 üzük oğurladı - Bu cəza verildi
Сегодня, 11:02
Kürdə batan 17 yaşlı Gülnaz Azərbaycan çempionu imiş - Foto - Yenilənib
Сегодня, 10:22
Balakəndə zəncirvari qəza - 3 nəfər öldü - Yenilənib
Сегодня, 09:58
Bu gün 11 marşrut bu dayanacaqlarda saxlamayacaq
Сегодня, 09:53
İranın Hörmüz qərarı neft qiymətlərini dəyişdi
Сегодня, 09:42
Bu ərazilərdə işıq olmayacaq
Сегодня, 09:37
İcra başçısının sürücüsü qəzada öldü
Сегодня, 09:00
Məsud Pezeşkian: "Azərbaycan müharibədə bizə kömək etdi"
8-08-2026, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
8-08-2026, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
8-08-2026, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
8-08-2026, 10:41
Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
8-08-2026, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
8-08-2026, 10:34
Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
8-08-2026, 10:29
“Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
8-08-2026, 10:24
Yaşasaydı, 35 yaşı olacaqdı…
8-08-2026, 10:07
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
8-08-2026, 09:44
Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
8-08-2026, 09:34
Mövsümə Ronaldosuz başlayacaqlar