Faciəyə səbəb olan tuneli o tikibmiş - FOTO
gundem / sosial
Oxunub: 254 196
23 окт 2024 | 14:07
Faciəyə səbəb olan tuneli o tikibmiş - FOTO


Xəbər verdiyimiz kimi, Sabunçuda ötən gecə tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb. Bu bədbəxt hadisədən sonra tunelin tikintisi zamanı nöqsanlara yol verilib-verilməməsi müzakirələrə səbəb olub.

Xalqxeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb. Tunel “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında tikinti işləri aparan “Körpü Bina Tikinti” MMC tərəfindən inşa olunub. Tunelin açılışı isə 2020-ci ilin martin 13-nə təsadüf edib. Açılış mərasimində qırmızı lenti isə “Azərbaycan Dəmir Yolları”nın ozamankı sədri Cavid Qurbanovun müavini Zaman Novruzov kəsib.

Qısa arayış olaraq bildirək ki, tunelin uzunluğu 388 metr, hündürlüyü 5,5 metr, eni isə 13,5 metrdir. Qapalı hissənin uzunluğu isə 68 metrə bərabərdir.

4 il əvvəl açılış mərasimində verilən məlumata görə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb. Amma görünən və real mənzərə onu deməyə əsas verir ki, ötən gecəki hadisə zamanı nə üç nasos, nə 100 kilovatlıq transformator, nə də generator işə yarayıb.

Ümumiyyətlə, ötən müddət ərzində onların yararlılığı yoxlanılıbmı, o da tunel kimi sual altındadır.

O ki, qaldı “Körpü Bina Tikinti”yə, bu MMC-nin rəhbəri Xəlil Göyüşovdur. Sözügedən şirkət 2001-ci ildə təsis edilib və istər Bakıda, istərsə də bölgələrdə bir sıra milyonluq layihələrin icraçısı olub.

Bu layihələrə keçmiş Şəfa stadionunun qarşısındakı yeraltı keçidi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev adına hava limanı avtomobil yoluna keçidi, Suqovuşan su anbarının təmir və bərpasını, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunu, Sabunçu-Pirşağı-Sumqayıt dəmiryolu stansiyasının yenidən qurulmasını və s. misal çəkmək olar.

Faciəyə səbəb olan tuneli o tikibmiş - FOTO

Maraqlıdır ki, Sabunçu rayonu ərazisində bu şirkətin daha öncə tikdiyi başqa bir tuneli də su basmış, o zaman da bir neçə avtomobil suyun altında qalaraq yararsız vəziyyətə düşmüşdü.

2019-cu ilin sentyabrında baş verən həmin hadisə zamanı nə dünənki kimi aramsız yağışlar yağmışdı, nə də başqa bir fəlakət baş vermişdi. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da dediyi kimi, ola bilər tikinti zamanı nöqsanlara yol verilib. Təbii ki, bunun da araşdırılması aidiyyəti qurumların üzərindədir.
Сегодня, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Сегодня, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Сегодня, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Сегодня, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Сегодня, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Сегодня, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Сегодня, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...