“Full ice Tea”nın istehsalçısı olan şirkətin rəhbəri Tapdıq Məmmədli ölkədən külli miqdarda valyuta çıxarıb?
gundem / sosial
Oxunub: 88 026
30 окт 2024 | 10:34
“Full ice Tea”nın istehsalçısı olan şirkətin rəhbəri Tapdıq Məmmədli ölkədən külli miqdarda valyuta çıxarıb?


Xırdalan Şərab Zavodunu idarə edən “A+CO” ASC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

“A+CO” ASC-nin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

ASC ilə bağlı iş baxıması üçün Abşeron rayon məhkəməsinə göndərilib. 6 noyabr tarixində hakim Vaqif Həsənovun sədrliyi ilə işə baxılacaq.
Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:
“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.
Qeyd edək ki, Xırdalan Şərab Zavodunu idarə edən “A+CO” ASC 1997-ci ildə MMC kimi təsis edilib. Şirkət “Mamedoff” “Yakor” araqlarını şərab, konyak və digər alkoqollu işçilər istehsal edir. Həmçinin “Full ice tea” içkisinin istehçalçısıdır. “A+CO” ilə “GOLD VİNE” ASC-lər ikisi də eyni ünvanda yerləşir. Hər iki şirkətin qanuni təmsilçisi Qasımov Xanoğlan Məsim oğludur.Şirkətin rəhbəri isə Tapdıq Məmmədlidir.
Qarşı tərəfi dinləməyə hazırıq.(XALQ.AZ)
“Full ice Tea”nın istehsalçısı olan şirkətin rəhbəri Tapdıq Məmmədli ölkədən külli miqdarda valyuta çıxarıb?
“Full ice Tea”nın istehsalçısı olan şirkətin rəhbəri Tapdıq Məmmədli ölkədən külli miqdarda valyuta çıxarıb?
Вчера, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
Вчера, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
Вчера, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
Вчера, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Вчера, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Вчера, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Вчера, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Вчера, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Вчера, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Вчера, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Вчера, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Вчера, 11:54
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Вчера, 11:50
Mərkəzi Bank manatla bağlı qərar verdi
Вчера, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Вчера, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Вчера, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Вчера, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Вчера, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Вчера, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Вчера, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Вчера, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Вчера, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Вчера, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
22-09-2026, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
22-09-2026, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
22-09-2026, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
22-09-2026, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb