İmişli Rayonu: Qanunsuz Karyer Fəaliyyəti və Ekoloji Fəlakət Təhlükəsi
gundem / bolge / video
Oxunub: 576 803
23 дек 2024 | 13:02
İmişli Rayonu: Qanunsuz Karyer Fəaliyyəti və Ekoloji Fəlakət Təhlükəsi


Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərişinə əsasən, ölkə ərazisində ekoloji balansın qorunması və təbii sərvətlərin düzgün idarə olunması məqsədilə bütün qanunsuz fəaliyyət göstərən qum-çınqıl karyerlərinin bağlanması tələb olunub. Lakin İmişli rayonunda bu göstərişin tam əksinə olaraq, çoxsaylı qum-çınqıl karyerləri qanunsuz şəkildə fəaliyyətini davam etdirir. Təəssüf ki, bu fəaliyyətlərin qarşısını almaq əvəzinə, Şirvan şəhərində yerləşən 3 saylı RETSİ-nin rəisi Fərid Piriyevin bu qanunsuzluqlara göz yumduğu iddia edilir.

İmişli rayonunda fəaliyyət göstərən bu qanunsuz karyerlər yalnız ətraf mühitə zərər vurmaqla kifayətlənmir, həm də çayın məcrasının dəyişdirilməsi, təbii sərvətlərin talan edilməsi və qırmızı kitaba düşmüş ağacların çıxarılması ilə bölgədə ciddi ekoloji fəlakət təhlükəsi yaradır. Təbiətə qarşı bu cür laqeyd yanaşma, ətraf mühitin qorunması üzrə qanunvericiliyin kobud şəkildə pozulması ilə yanaşı, regionun ekosisteminə uzunmüddətli zərər vurur.

Gecə aparılan qanunsuz daşımalar yerli sakinlər arasında narahatlıq doğurur. Sakinlər iddia edirlər ki, təbii sərvətlərin "Arazın o tayı, bu tayı" ilə qanunsuz şəkildə daşınması, əslində, təbiətə qarşı açıq-aşkar soyğunçuluqdur. Çayın məcrasının dəyişdirilməsi isə bölgədə sel və daşqın riskini artırır, kənd təsərrüfatı sahələrinə ciddi zərər vura bilər və əhalinin həyatına təhlükə yaradır.



Nazirliyin göstərişinə baxmayaraq, 3 saylı RETSİ-nin rəisi Fərid Piriyevin bu qanunsuzluqlara göz yumması ciddi suallar doğurur. Əgər dövlət səviyyəsində belə mühüm qərarlar qəbul edilir və icrası tələb olunursa, yerli qurumların bu tələblərə əməl etməməsi, qanunun aliliyinə zidd hərəkətlər etməsi qəbuledilməzdir. Bu cür hərəkətlər yalnız təbiətə deyil, həm də dövlət orqanlarının nüfuzuna ciddi zərbə vurur.

Azərbaycanın təbiəti bizim milli sərvətimizdir və onu qorumaq hər bir dövlət qurumu və vətəndaşın borcudur. Şirvan şəhəri, 3 saylı RETSİ-nin rəhbəri Fərid Piriyev və digər aidiyyəti qurumların bu məsələ ilə bağlı laqeyd yanaşması qəbulolunmazdır. Dövlət səviyyəsində verilən göstərişlərin icra olunması və təbiətə vurulan ziyanın qarşısının alınması təcili olaraq təmin edilməlidir. Təbiətə qarşı edilən bu cür biganə münasibət cəmiyyətimiz üçün böyük bir itkiyə çevrilə bilər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Сегодня, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Сегодня, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Сегодня, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Сегодня, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Сегодня, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Сегодня, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Сегодня, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Сегодня, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Сегодня, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Сегодня, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Сегодня, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Сегодня, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Сегодня, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Сегодня, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Сегодня, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Сегодня, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Сегодня, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Сегодня, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Сегодня, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Сегодня, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Сегодня, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Сегодня, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
Вчера, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Вчера, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Вчера, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Вчера, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...