Qeyri-rəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir? -İLGİNC
bolge
Oxunub: 68 486
8 янв 2025 | 21:48
Qeyri-rəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir? -İLGİNC


Bakı Ağır Cinayətlər Məhkəməsində Siyəzən rayonunda yerləşən qum-çınqıl karxanasından 103 minlik avadanlıqların oğurlanması ilə bağlı keçirilən prosesdə maraqlı faktın üstü açılıb.

Məhkəmə zamanı iddiaçı kimi Bakı şəhərinin rayonlarından birində vaxtilə icra başçısı olmuş İ.M inisiallı şəxsin sürücüsü M.Məmmədov tanınıb. İcra başçısı da məhkəmədə ifadə verib və karxananın ona məxsus olduğunu dolayısı ilə təsdiqləyib.

Teleqraf.com-un məlumatına görə, ittiham olunan tərəf isə icra başçısının onun bacısından qisas aldığını bildirib. Onun sözlərinə görə, bacısı sabiq icra başçısı ilə qeyri-rəsmi nikahda olub və karxananı da İ.M bacısına bağışlayıb.

Təqsirləndirilən şəxsin bacısı da məhkəmədə ifadəsində bunu təsdiqləyib.

Maraqlıdır, qeyri-rəsmi nikahda yaşadığı qadına karxana bağışladığı bildirilən İ.M. inisiallı icra başçısı kimdir?

İttiham tərəfi “2017-ci ildə icra başçısı olmuş” şəxsdən danışır. 2017-ci ildə Bakı rayonlarından birində icra başçısı olmuş “İ.M” inisiallı şəxs isə İbrahim Mehdiyevdir. O, 2000-2006-cı illərdə Xətai, 2006-2017-ci ildə isə Yasamal rayonuna başçılıq edib.

1946-cı il təvəllüdlü İbrahim Mehdiyev Sovetski ərazisində məşhur Hacı Cavad məscidinin sökülməsi qalmaqalı zamanı vəzifəsindən azad edilmişdi.

İbrahim Mehdiyevin var-dövləti haqda isə çoxsaylı məlumatlar mövcuddur. Bildirilir ki, onun yalnız Bakıda ondan çox milyonluq obyekti, eyni zamanda İsveçrədə böyük sərvəti var.

“Unikal”ın mənbədən əldə etdiyi məlumata görə, o, Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışarkən köhnə “Maşın bazarı”nın arxasında böyük torpaq sahəsini ələ keçirib. Həmçinin Bakı şəhəri, Sarayevo küç, 1 (“Əhmədli” metrosunun yanı) “Soliton” mağazalar şəbəkəsinin yerləşdiyi bina, Baku Electronics MMC-nin “Əhmədli” filialının binası, Əhmədlidə bir neçə yerdə məşhur hamamları var. Həmçinin onun Xətai rayonunda bir neçə yaşayış binasında mənzilləri və bahalı villaları mövcuddur.

İ.Mehdiyev Yasamal rayonuna başçı təyin edildikdən sonra burada da bir sıra iri milyonluq obyektlər alıb.

Belə ki, İ.Mehdiyevin Yasamalda bir neçə uşaq bağçası, diş klinikası, villaları, boş torpaq sahələri var. "Eklint” restoranlar şəbəkəsi, "Volvo” şirkətinin binası da ona məxsusdur.

İ.Mehdiyevin “Nərimanov” metrostansiyasının yaxınlığında iri kompüter mağazası da var.

İ.Mehdiyevin oğlu Həsən Mehdiyev isə İsveçrədə yaşayır. O atasının pullarını bu ölkənin banklarında qoruyur və orada böyük biznes şəbəkəsinə malikdir. H.Mehdiyev Bakıda məşhur "Unipark” şirkətinin də şərikidir.(axar.az)
Сегодня, 12:11
Aİİ sammitində Paşinyana sərt mesaj
Сегодня, 11:39
ABŞ Ordusu İranı dənizdən boğur: 51 gəmiyə imkan verilməyib ki...
Сегодня, 11:13
İşçi ödənilməyən əməkhaqqını necə tələb edə bilər? — Açıqlama
Сегодня, 10:41
Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
Сегодня, 10:39
Metro əhalini XƏRCƏ saldı – Çıxış yolu...
Сегодня, 10:34
Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
Сегодня, 10:29
“Yaxın vaxtlarda TRIPP-in praktiki icrasına başlayacağıq”
Сегодня, 10:24
Yaşasaydı, 35 yaşı olacaqdı…
Сегодня, 10:07
Toylar başlayır: şadlıq evlərində YENİ qiymətlər
Сегодня, 09:44
Qızılın qiyməti 4 400 dollara yaxınlaşır
Сегодня, 09:34
Mövsümə Ronaldosuz başlayacaqlar
Сегодня, 09:30
Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
Сегодня, 09:00
Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əsasını qoyan memorandumun imzalanmasının bir ili tamam olur
Вчера, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
Вчера, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
Вчера, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Вчера, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
Вчера, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
Вчера, 13:26
Media və Yayım Şurası yaradıldı
Вчера, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
Вчера, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
Вчера, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
Вчера, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
Вчера, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
Вчера, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
Вчера, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
Вчера, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk