Sabiq başçının oğlu ölkədən QAÇDI - ŞOK SƏBƏB!
İlk yayımlanma zamanı: 10.01.2024
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə sabiq baş həkim Aruz Əliyev və onun tanışı Ehtiram Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, müttəhimlər dələduzluqda ittiham olunurlar. İş üzrə zərərçəkən icra başçısı işləmiş Lütvəli Babayevin oğlu Babəli Babazadədir. Prosesdə zərərçəkmiş Babəli Babazadə sərbəst ifadə verib. O, müttəhimlərdən Aruz Əliyevi tanıdığını, onun Zərdab rayonunda baş həkim işlədiyini deyib. Bildirib ki, Aruz Əliyev onların evlərinə yaxınlarından birinin müalicəsi ilə bağlı gəlib-gedib: “Vergi ilə bağlı problemim yaranmışdı.
O dövrdə Aruz Əliyev bizə gəlib-gedirdi. Evdə xəstə vardı, onu bir həkim kimi çağırırdıq. Aramızda səmimiyyətimiz yaranmışdı. Vergi ilə bağlı problemimi ona dedim. O da mənim təcili Türkiyəyə getməyimi məsləhət gördü. Onun məsləhəti ilə Türkiyəyə getdim. Orada olanda Aruz Əliyevlə əlaqə saxladım.
Mənə dedi ki, haqqımda qırmızı “stop” var, qayıtma, problem olacaq. Sonra da mənə dedi ki, Ehtiram adlı şəxs var, məsələni o həll edəcək. Məni Ehtiramla əlaqələndirdi. Türkiyədə Ehtiram gəlib mənimlə görüşdü. İşlərimi yoluna qoymaq üçün etibarnamə verməyimi məsləhət bildi. Mən ona etibarnamə verdim. Bu etibarnamə əsasında Ehtiram mənim evimi satdı. Sonradan pul lazım oldu, ondan pulumu istədim, mənə 30 min dollar verdi. Qalanını istədim, pulumun qalığı olmadığını söylədi. Mən Azərbaycana gəldim...”
Bu zaman Ehtiram Kərimovla Babəli Babazadə arasında mübahisə yaranıb.
“Pişik asqırdı Azərbaycana gəldin... Sənin vergi məsələni biz həll etdik ki, rahat gəldin” deməklə Ehtiram Kərimov Babəli Babazadənin sözünü kəsib. Hakim tərəfləri sakitləşdirib. Ehtiram Kərimov bildirib ki, Babəli Babazadənin vergi borclarını, sənədləşmə işlərini görüblər, nəticədə o, Azərbaycana qayıda bilib. Onun sözlərinə görə, satılan mülklərdən əldə olunan pullarla vergi işləri yoluna qoyulub. Zərərçəkmiş isə onların heç bir iş görmədiklərini deyib.
Babəli Babazadə mülkləri əlindən çıxdığından evlənə bilmədiyini, otellərdə yaşadığını deyib.
“Mən rüsvay olmuşam. Əlimdə heç nə qalmayıb. Bu gün subayam, evlənə bilmirəm. Mənə sübut etsinlər ki, pullar hara xərclənib. Mənim evimi versinlər. Yaşamağa yerim yoxdur, otellərdə qalmışam. Elə vəziyyətə düşmüşəm ki, evlənə də bilmirəm”,-deyə Babəli Babazadə məhkəmədə üsyan edib.
Babəli Babazadə deyib ki, siqaret alveri ilə məşğul olub. Alverdən 10 min dollar qazanıb. O, müttəhimlərlə fındıq biznesi qurduğunu, amma həmin biznesdən də gəlir verilmədiyini bildirib. Növbəti dəfə Babəli Babazadə ilə müttəhimlər arasında mübahisə düşdüyündən proses təxirə salınıb.
Qeyd edək ki, Babəli Babazadənin dostu Aruz Əliyev 3-cü şəxslə əlbir olaraq onun əmlaklarını 2 milyon manata sataraq pulu mənimsəməkdə ittiham olunur. Bu hadisə baş verməzdən əvvəl isə Babaəli Babayevin sahibi olduğu tikinti şirkətinin 1 milyon manat vergi borcu yaranıb. Bununla bağlı ona rəsmi məktub gəlib, verginin ödənməli olduğu xatırladılıb. Məsələylə bağlı Babəli dostu Aruz Əliyevlə məsləhətləşib, ondan nə edə biləcəyini soruşub. İddia olunur ki, Aruz Əliyev külli miqdarda vergi borcu yaranmış Babəli Babazadəyə ölkədən çıxmağı məsləhət bilib.
O, tanışı Ehtiram Kərimovla əlbir şəkildə eks-icra başçısının oğlunun Türkiyəyə qaçmasını təşkil ediblər. Babəli Babazadə Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruz Əliyevə etibarnamə verib. Əmlaklar satışa çıxarılıb. Dediyinə görə, Aruz Əliyev onun etibarından sui-istifadə edib. Aruz Əliyev və Ehtiram Kərimov Babəli Babazadənin əmlakını ümumilikdə 2 milyon manata satıblar, pulu sahibinə vermədən şəxsi mənafelərinə sərf ediblər. Bu cinayətin üstü açılana kimi “Uniklinika”nın baş həkimi olub. Zərərçəkmiş şəxsin şikayəti əsasında Aruz Əliyev və Ehtiram Kərimov tutulub. Onlara qarşı Cinayət Məcəlləsinin 178-ci - dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq dövründə keçmiş icra başçısı Lütvəli Babayev şahid qismində dindirilib. Müttəhimlər ittihamı qəbul etmirlər. Deyirlər ki, Babəli Babazadə əmlaklarını könüllü satıb, pulları da Türkiyədə xərcləyib. Babəli Babazadə ailəsinin əmlakını satıb xərclədikdən sonra vəziyyətdən çıxmaq məqsədilə polisə şikayət edib. Digər məlumata görə, Babəli Babazadə Türkiyəyə qaçmazdan əvvəl xırda xuliqanlığa görə 15 gün həbsdə qalıb. Buraxıldıqdan dərhal sonra isə ölkədən gedib.
Xatırladaq ki, Babəli Babazadənin atası Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı işləyib.
Məhkəmə fevralın 6-da davam edəcək.
Вчера, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Вчера, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Вчера, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Вчера, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Вчера, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Вчера, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Вчера, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Вчера, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi
Вчера, 12:29
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Вчера, 12:28
Deputat: “Ətrafı iy bürüyür, ərazidən keçmək olmur”
Вчера, 12:24
Prezident müşavirə keçirdi - FOTOLAR
Вчера, 12:01
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
Вчера, 11:55
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Вчера, 11:33
Azərbaycan buna görə müdafiə xərclərini yüksək səviyyədə saxlayır
Вчера, 11:23
Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı
Вчера, 10:33
İki uşaq anası qısqanclıq zəminində öldürüldü - Hadisə yerindən görüntülər
Вчера, 10:21
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç karvanları yola salındı
Вчера, 09:51
TƏCİLİ! Türkiyədə məktəbə silahlı hücum - Yaralananlar var
Вчера, 09:45
Bəzi məktəblər bu gündən distant təhsilə keçdi – SİYAHI
Вчера, 09:34
Bakıda partlayış - Xəsarət alanlar var - VİDEO
Вчера, 09:29
Tehrandan Vaşinqtona sərt mesaj
Вчера, 09:24
Qaxda kafedə bıçaqlanma - Saxlanılan var
Вчера, 09:00
Ali tribunadan Qafqaz mesajı - Hakan Fidan Azərbaycandan danışdı
21-09-2026, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
21-09-2026, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
21-09-2026, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
21-09-2026, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...