Sahibkarlıqda Qadın Gücü: Lənkəranlı Hacı Xanım Zərintac İsmayılova

Zərintac İsmayılova Lənkəranın tanınmış qadın sahibkarlarından biri, cəmiyyətdə böyük hörmətə sahib xeyriyyəçi və Qadın Sahibkarlar İctimai Birliyinin Lənkəran şöbəsinin sədri kimi regionun iqtisadi və sosial inkişafına mühüm töhfələr verən görkəmli şəxsiyyətdir. O, yalnız sahibkarlıq fəaliyyəti ilə deyil, həm də insanlara göstərdiyi maddi və mənəvi dəstəklə seçilir.
"Cənub Turizm" – İstirahət Mərkəzi ilə Lənkərana Turist Axını
Zərintac İsmayılovanın rəhbərlik etdiyi "Cənub Turizm" istirahət mərkəzi, bölgənin turizm potensialını nümayiş etdirən əsas mərkəzlərdən biridir. Bu obyekt, həm yerli, həm də xarici turistlər üçün yüksək səviyyədə xidmət göstərərək, regionda turizmin inkişafına və iqtisadiyyatın güclənməsinə töhfə verir.
Mərkəz, Azərbaycanın cənub bölgəsinin füsunkar təbiətini və qədim adət-ənənələrini təqdim etməklə yanaşı, bölgənin yerli sakinlərinə də iş imkanları yaradır. Zərintac İsmayılovanın bu layihəsi, həm turizmin inkişafına, həm də sosial rifahın artırılmasına xidmət edir.
Qadın Sahibkarlar üçün Güclü Dəstək
Zərintac İsmayılova, Qadın Sahibkarlar İctimai Birliyinin Lənkəran şöbəsinin sədri olaraq, bölgədə qadınların iqtisadi fəaliyyətdə iştirakını təşviq edir. O, qadın sahibkarların inkişafı üçün təlimlər təşkil edir, onların qarşılaşdığı problemlərin həlli istiqamətində çalışır və uğurlu bizneslərin qurulmasında yol göstərir.
Onun fəaliyyəti nəticəsində bir çox qadın öz işini quraraq həm ailəsini, həm də cəmiyyətini gücləndirmək imkanı əldə etmişdir. Bu təşəbbüslər, cəmiyyətin iqtisadi inkişafında qadınların rolunun artırılmasında mühüm əhəmiyyət kəsb edir.
Xeyriyyəçilik və Sosial Təşəbbüslər
Zərintac İsmayılova, xeyriyyəçilik sahəsində də böyük nüfuz sahibidir. Xüsusilə aztəminatlı ailələrə, şəhid və qazi ailələrinə dəstək göstərməsi, onun insanpərvərliyinin və milli dəyərlərə bağlılığının bariz nümunəsidir. Bayramlarda, xüsusi günlərdə ehtiyacı olanlara yardım etməklə, Lənkəran camaatının qəlbində özünə dərin hörmət və rəğbət qazandırmışdır.
Onun təşəbbüsü ilə həyata keçirilən sosial layihələr, regionda həmrəyliyin və humanist dəyərlərin qorunmasına xidmət edir.
Lənkəranın İnkişafına Verilən Töhfə
Zərintac İsmayılovanın fəaliyyətləri, yalnız sahibkarlıqla məhdudlaşmır. O, Lənkəranın iqtisadi və mədəni inkişafına da töhfə verir. Regionun potensialını artırmaq, turizmi inkişaf etdirmək və qadınların iqtisadi müstəqilliyini təmin etmək istiqamətində atdığı addımlar, onun bir lider kimi rolunu təsdiqləyir.
Nəticə: Qadın Sahibkarlığın İlham Mənbəyi
Hacı xanım Zərintac İsmayılova, Lənkəranda qadın sahibkarlığın və liderliyin ən uğurlu nümunələrindən biridir. O, cəmiyyətin rifahı üçün çalışan, öz fədakarlığı ilə minlərlə insana dəstək olan və həm qadınların, həm də regionun inkişafına töhfə verən bir liderdir.
Onun fəaliyyəti, Azərbaycan qadınlarının sahibkarlıqda və ictimai həyatda daha böyük uğurlar qazanması üçün bir nümunədir. Zərintac İsmayılova, həm sahibkar, həm də insanpərvər bir lider kimi, cəmiyyətə və ölkəsinə xidmət etməyə davam edir.
Zərintac İsmayılova - 20 Yanvar Azərbaycan tarixinin qanlı səhifəsi olmaqla bərabər, həm də xalqımızın qəhrəmanlıq salnaməsidir. Həmin gün uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığına qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar hadisələri totalitar Sovet rejimi tərəfindən Azərbaycanda xalqa, demokratik proseslərə qəsd, öncədən planlaşdırılmış, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan haqlarını pozan cinayət idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi surətdə qətlə yetirildi. Hərbi əməliyyatlar nəticəsində Bakıda və rayonlarda 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edildi. 1990-cı ilin Yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başladı. Sovet rəhbərliyi yüksələn xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Azərbaycan xalqına qarşı dəhşətli cinayət törətdi. 20 Yanvar hadisələrindən sonra Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını itirdi.
Həmin vaxt Azərbaycan informasiya blokadasına alınmışdı. Dəhşətli faciədən bir az öncə Azərbaycan Televiziyasının enerji bloku partladılmışdı. Hərtərəfli informasiya blokadası səbəbindən dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı hadisədən xəbərsiz idi. O vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü, yanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi. Ümummilli Lider 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. Ulu Öndər faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu. Nəticədə Azərbaycan xalqının qəlbində ümid çırağı yandı.
20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başladı. Belə ki, əvvəllər dəfələrlə 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti zəbt etdikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduqları dövrdə faciəyə siyasi qiymət vermək əvəzinə sanki ört-basdır etməklə məşğul oldular. Bu da əlbəttə, onlar haqqında çoxlu qaranlıq mətləblər, suallar olduğunu ortaya qoyur. Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra həllini tapdı. Bu reallığı dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışında belə xarakterizə etmişdi: “Nə üçün Xalq Cəbhəsi-Müsavat cütlüyü 20 Yanvar faciəsinə siyasi qiymət verməmişdir? Onların bir il vaxtı var idi. Nə üçün? Çünki onların da əli Azərbaycan xalqının qanına batmışdır. Onlar da 20 Yanvar faciəsini ört-basdır etmək istəyirdilər. Yalnız Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verdi.”
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Bu qərar Ümummilli Lider Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi. Lakin bütün bu çağırışlara baxmayaraq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. 1993-cü ildə, Azərbaycanın ağır günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin əsas diqqət göstərdiyi məsələlərdən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması oldu. O da məlumdur ki, 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı - Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verildi. Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olunurdu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Həmçinin şəhidlərin xatirəsi əbədiləşdirildi. Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi. Şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.
Son 21 ildə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir. Cənab İlham Əliyev hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyur. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanı ilə şəhid ailələrinə təqaüd verilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparıldı. Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində 20 Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldıldı.
Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Qanlı faciədən 35 il keçməsinə baxmayaraq, xalqımız hələ də o müdhiş gecənin faciəsinin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, xəyanət və cinayətin səbəbkarlarına öz dərin nifrətini bildirir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il yanvarın 20-də onların xatirəsini dərin ehtiramla yad edir. Hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, qanlı qırğının ildönümü respublikanın bütün şəhər və rayonlarında qeyd olunur. 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə əbədi həkk olunub. Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.
Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Azərbaycan şanlı Zəfərə imza ataraq tarixi ədaləti bərpa etdi. Bu gün qalib, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycanın uğurlarından bəhs edirik. Qalibiyyət rəmzi olan üçrəngli Bayrağımız azad edilmiş bütün ərazilərimizdə əzəmətlə dalğalanır. Vaxtilə böyük inamla qeyd etdiyimiz “Tezliklə Qarabağda, Şuşada, Xankəndidə Azərbaycan Bayrağı dalğalanacaq” arzusunu bu gün “Tezliklə Böyük Qayıdış Proqramı uğurla başa çatacaq” çağırışı əvəzləyir. Tarixi sahibinə qayıdan Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışın sevincini yaşayırlar.
Сегодня, 16:00
Körfəz ölkələrinin milyardları Azərbaycana yönəlir
Сегодня, 15:30
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək?
Сегодня, 14:22
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Сегодня, 14:00
Kiyev səfərinin şifrələri açılır - Bakı hər iki paytaxtla eyni dildə danışır
Сегодня, 13:54
Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM
Сегодня, 13:26
Media və Yayım Şurası yaradıldı
Сегодня, 13:21
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi
Сегодня, 12:21
Azərbaycandakı şortik "söhbəti" Yaponiyaya sıçradı – 7 ölü...
Сегодня, 12:16
Atəşkəs möhkəmlənib, ticarət başlayıb - bəs sülh?
Сегодня, 12:10
Təcili XƏBƏRDARLIQ edildi: Alıb yığın evə, qiyməti ÇOX BAHALAŞACAQ
Сегодня, 12:03
“Qarabağ”ın halı və Qurban Qurbanovun istefası...
Сегодня, 11:42
Dünyanın diqqəti bu görüşdə: Mühüm imzalanma
Сегодня, 11:25
Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz
Сегодня, 10:37
II Qaregin məhkəmə qarşısına çıxarılır - Ermənistan tarixində ilk
Сегодня, 10:28
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
Сегодня, 10:19
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda və daş kömür göndəriləcək
Сегодня, 10:12
Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmədən mühüm qərar
Сегодня, 09:37
Yeni virusla bağlı XƏBƏRDARLIQ - Qardaş ölkənin sərhədinə çatır
Сегодня, 09:32
Hakerlər ABŞ-nin onlarla böyük maliyyə şirkətinə hücum ediblər
Сегодня, 09:28
İranda rejim dəyişikliyi planı boşa çıxdı – "Mossad"ın yeni rəhbərindən kadr təmizliyi
Сегодня, 09:23
Ailədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş
Сегодня, 09:18
Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
Сегодня, 09:00
Azərbaycanın 44 günlük savaş strategiyası kitab oldu – ABŞ-dən böyük araşdırma-Foto
Вчера, 14:51
AAYDA Suraxanı sakinlərinin MÜRACİƏTİNİ EŞİTMİR - Uşaqlarımız yenə palçıq içində məktəbə gedəcək?
Вчера, 14:25
Prezidentdən AZAL-la bağlı FƏRMAN
Вчера, 13:49
Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu
Вчера, 13:44
Prezident onu “Şöhrət” ordeni ilə təltif etdi